Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-635/2021 31.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyrinə 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4037,7 ABŞ dolları əsas borc, 71,83 ABŞ dolları faiz borcu və 206,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4315,67 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə 13 noyabr 2015-ci il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə 2(075)- 6505/2015 saylı məhkəmə əmri çıxarılmış, Cavabdeh1 etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 məhkəməyə 26 may 2021-ci il tarixdə daxil olmuş ərizəsində, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 03 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla 4800 ABŞ dolları məbləğində kredit verilmiş və kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 ilə İddiaçı arasında 03 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Cavabdeh1 krediti götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 30 faiz olmaqla 4800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 iyul 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı-dən həmin tarixdə kassa məxaric orderinə imza etməklə 4800 ABŞ dolları kredit almışdır. İşdə olan 03 iyul 2014-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 4800 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətində qaytarmalı olmuşdur. İş materiallarında olan 03 iyul 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, 10 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi ilə bağlı cavabdehlər xəbərdar edilmişlər. İşdə olan problemli kreditlər məlumatlarının sorğulanmasına dair elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı-nə xarici valyutada olan əsas kredit borcları 4037,7 ABŞ dolları, yəni 1 ABŞ dolları 1.70 manat hesabı ilə 6884,09 manat təşkil etmiş, həmin məbləğdən 2413,08 manatı borcun azaldılmasına yönəldilmiş və onun 4451,01 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 kredit və zaminlik müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh2 tələb etməkdə haqlıdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı-nə 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbi üzrə tələb edilən məbləğdə borcu qalmamışdır. Belə ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində göstərilmişdir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında 29 mart 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Göründüyü kimi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Yəni, Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı-nə xarici valyutada olan əsas kredit borcu 4037,7 ABŞ dolları, yəni 1 ABŞ dolları 1.70 manat hesabı ilə 6884,09 manat təşkil etmiş, həmin məbləğdən 2413,08 manat borcun azaldılmasına yönəldilmiş və onun 4451,01 manat borcu qalmışdır. Lakin İddiaçı iddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı İddiaçı-nə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Lakin, İddiaçı qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək Cavabdeh1 İddiaçı-nə yaranmış 4451,01 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda İddiaçı-nin Cavabdeh1 4451,01 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. Bütün bunları diqqətə alaraq məhkəmə Cavabdeh1 İddiaçı-nə 03 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 4451,01 manat borcunun qalmasını qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 4451,01 manat borc tutularaq İddiaçı-nin xeyrinə ödənilməli, əsaslı olmadığından iddianın qalan hissəsi təmin edilməməlidir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq 20 manatı İddiaçı-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilməlidir. Əsaslı olmadığından iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 4451,01 manat borc tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq 20 manatı İddiaçı-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-635/2021 31 may 2021-ci il İddiaçı: Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Bül-Bül prospekti 40) Cavabdehlər: Cavabdeh1, (Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4/9) Cavabdeh2, (Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4/9) Şəki Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2 (075)-635/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəqə, 06 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-635/2021 31 may 2021-ci il İddiaçı: Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Bül-Bül prospekti 40) Cavabdehlər: Cavabdeh1, (Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4/9) Cavabdeh2, (Şəki şəhəri, F.Sadıqov küçəsi ev 4/9) Şəki Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2 (075)-635/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-635/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-635/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver