Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-640/2021 16.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 9700 manat əsas borc, 1416.2 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə arasında bağlanmış və 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə o, cavabdehə 9700 manat kredit verməyi, cavabdeh isə həmin krediti xx xxxx 2018-ci il tarixə kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən vəsait cavabdehə verilsə də, cavabdeh xx xxxx 2018-ci il tarixə kimi müddət ərzində bu vəsaiti qaytarmamışdır. Bununla bağlı cavabdehə xx xxxxxx 2021-ci il tarixdə pretenziya edərək 9700 manat əsas borc və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faizin ona ödənilməsini xahiş etsə də, SS679406113AZ məktubu ilə xx xxxxxx 2021-ci il tarixdə göndərdiyi pretenziya cavabdehə çatdırılmamış, AZ5503 saylı poçt tərəfindən, «köçüb», «bu ünvanda yaşamır» poçt qeydləri ilə ona qaytarılmışdır. Halbuki cavabdehin qeydiyyat ünvanı ünvan 1 edir ki, cavabdehdən əsas borcla yanaşı ötmüş 02 il 11 ay üçün MM-nin 445.1-ci maddəsinə uyğun olaraq illik 5% tutulmalıdır. xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək 02 il 11 ay vaxt keçmişdir. Belə olan halda illik faiz borcu = 9700 manat X 02 il 11 ay (35 ay) X 5% = 1416.2 manat təşkil edir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, hazırkı iddia ərizəsini AZ1007 saylı poçt şöbəsi ilə (SS694272341AZ) xx xxxxxx 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə göndərmiş, xx xxxx 2021-ci il tarixdə iddia ərizəsi məhkəmə tərəfindən qeydiyyata alınmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 3M-352 reyestr nömrəli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, borc verən – İddiaçı “borc alan” – Cavabdeh 9700 manat məbləğində borc vermişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 3M-352 reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndindən görünür ki, “borc alan” – Cavabdeh krediti xx xxxx 2018-ci il tarixədək “borc verən” – İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 3M-352 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 9700 manat məbləğində borc verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini xx xxxx 2018-ci il tarixədək ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı kredit müqaviləsi üzrə 9700 manat pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə icra edilməmiş, onun ödənilməsi digər şəkildə gecikdirilmişdir. Odur ki, iddiaçı cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən faiz borc məbləği 1416.2 manat hesablanmışdır. Məhkəmə qeyd edir ki, 9700 manat borc məbləğinin 5%-lə müəyyən edilən illik faiz məbləği 485 manat (9700 X 5% = 485), aylıq faiz məbləği 40.4166 manat (9700 X 5% / 12 ay = 40.4166) təşkil edir. Odur ki, əsas borcla yanaşı ötmüş 02 il 11 ay üçün faiz məbləği 1414.58 manat (485 X 2 il + 40.4166 X 11 ay = 1414.58) müəyyən olunur. Odur ki, məhkəmə cavabdehdən 1414.58 manat faiz məbləğinin tutulmasını daha əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 449-cu maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat əsas borc, 1414.58 (bir min dörd yüz on dörd manat əlli səkkiz qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 11144.58 (on bir min bir yüz qırx dörd manat əlli səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat əsas borc, 1414.58 (bir min dörd yüz on dörd manat əlli səkkiz qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 11144.58 (on bir min bir yüz qırx dörd manat əlli səkkiz qəpik) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-640/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-640/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver