Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-724/2020 24.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı X4 Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və rüsum tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə islasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, L-BK-0034560-F saylı kredit və BK-00022045 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 1447.04 ABŞ dolları məbləğində əsas borc, 985.22 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2432.26 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi imzalanmış, Cavabdeh1 illik faiz dərəcəsi 29 faiz, aylıq faiz dərəcəsi 2.42 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə eyni tarixdə Cavabdeh2 ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx xxxxxx 2015-ci il tarixindən bu günə qədər borclu tərəfindən 2000 ABŞ dolları məbləğində əsas borcun 552.96 ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 408.56 ABŞ dolları, müqavilənin 4.3-cü bəndinə əsasən 146.23 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 1107.75 ABŞ dolları ödənilmişdir. Kredit müqaviləsinə əsasən cavabdehlərin iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş tarixə 1447.04 ABŞ dolları məbləğində əsas borc, 985.22 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2432.26 ABŞ dolları kredit borcu ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iddiaçı X4 Təşkilatı İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015ci il tarixdə kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri altına düşməmişdir. Lakin qətnamə çıxarıldıqdan sonra icra mərhələsində bank tərəfindən borclulara müəyyən güzəştlər ediləcəkdir. Həmçinin, cavabdehin iddia müddətini tətbiq ərizəsinə münasibət bildirərək göstərdi ki, iddia müddəti ötürülmədən xx xxxxx 2018-ci il tarixdə Goranbay Rayon Məhkəməsinə göndərilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, həqiqətən BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə onun arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi imzalanmış, Cavabdeh1 ona illik faiz dərəcəsi 29 faiz, aylıq faiz dərəcəsi 2.42 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə eyni tarixdə Cavabdeh2 ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi imzalanmışdır. Bu günə qədər borcundan 1200 ABŞ dollarına yaxın məbləğdə ödəniş etmişdir. Sonradan dolların devalvasiyası baş vermiş və ödəniş qabiliyyətini itirmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı 3 illik iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etdi. Həmçinin, qeyd etdi ki, digər Cavabdeh2 onun qardaşıdır. Cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatı vardır. Lakin hərbçi olduğundan üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmir. Digər Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, L-BK-0034560-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə həmin müqaviləni imzalamış, kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 29 faiz, aylıq faiz dərəcəsi 2.42 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, BK-00022045 BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxx 2015-ci il tarixli, L-BK-0034560-F saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxx 2017-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış məktubların surətlərindən görünür ki, cavabdehlərə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bank tərəfindən xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə kredit və Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 29 faiz, aylıq faiz dərəcəsi 2.42 faiz olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC qarşısında götürdüyü kredit öhdəliyinin icra edilmədiyi təqdirdə kredit təşkilatı qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Kredit müqaviləsinə əsasən borcalan qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC qarşısında kredit öhdəliklərinin icrasını təmin etməmişlər. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, müqavilə öhdəliyi ilə bağlı yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə tərəflər arasında bağlanmış sığorta aktında başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə ki, iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə müqavilə münasibətləri yaranmışdır. Müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmiş, iddiaçı müqavilə öhdəliyi üzrə üç illik tələb etmə müddətini keçirmədən xx xxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1 və 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1447.04 ABŞ dolları məbləğində əsas borc, 985.22 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2432.26 ABŞ dolları məbləğində borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) müştərək qaydada tutularaq iddiaçı BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməlidir. İddia təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1447.04 (bir min dörd yüz qırx yeddi ABŞ dolları dörd sent) ABŞ dolları məbləğində əsas borc, 985.22 (doqquz yüz səksən beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2432.26 (iki min dörd yüz otuz iki ABŞ dolları iyirmi altı sent) ABŞ dolları məbləğində borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) müştərək qaydada tutularaq BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq BOKT «xxxxxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-724/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-724/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver