Məhkəmə qərarları › İş №2(075)-740/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-740/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-740/2020 16.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 388 manat əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 408 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMCnin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h:AZ53İBAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı məhkəməyə 08 iyun 2020-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 14 yanvar 2018-ci il tarixli, 505144 saylı borc müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 344 manat olan məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş, 324 manat məbləği 12 ay müddətinə aylıq 27 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 17 iyul 2018-ci il tarixli, 505828 saylı borc müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 356 manat olan məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş, 336 manat məbləği 12 ay müddətinə aylıq 28 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 14 yanvar 2018-ci il tarixli, 505144 saylı borc müqaviləsinə əsasən 108 manat və 17 iyul 2018-ci il tarixli, 505828 saylı borc müqaviləsinə əsasən 280 manat borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2018-ci il tarixli, 505144 saylı borc müqaviləsinə əsasən Cavabdeh satış qiyməti 344 manat olan məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş, 324 manat məbləği 12 ay müddətinə aylıq 27 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2018-ci il tarixli, 505828 saylı borc müqaviləsinə əsasən Cavabdeh satış qiyməti 356 manat olan məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş, 336 manat məbləği 12 ay müddətinə aylıq 28 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 sentyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-yə 14 yanvar 2018-ci il tarixli, 505144 saylı borc müqaviləsinə əsasən 108 manat və 17 iyul 2018-ci il tarixli, 505828 saylı borc müqaviləsinə əsasən 280 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2018-ci il tarixli, 505144 saylı borc müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 344 manat olan məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş, 324 manat məbləği 12 ay müddətinə aylıq 27 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış 17 iyul 2018-ci il tarixli, 505828 saylı borc müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 356 manat olan məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş, 336 manat məbləği 12 ay müddətinə aylıq 28 manat olmaqla ödəməklə öhdəsinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək xx xxx 1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 388 manat əsas borc və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 408 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 388 (üç yüz səksən səkkiz) manat əsas borc və 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 408 (dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar