Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-75/2022 19.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində onun adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və Cavabdeh məxsus evin həmin yola baxan hissəsində olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 sentyabr 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində quraşdırılmış qapının (dəmir darvaza) cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Göstərmişdir ki, hazırda mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə ataları X3 mülkiyyətində olmuşdur. Cavabdeh olan qardaşı da daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin atası 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv/m-lik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini Cavabdeh bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Həmin vaxt evin bir hissəsi və həyətyanı torpaq sahəsindən onun payında bir hissə qalmışdır. Həyətyanı torpaq sahəsi kimi onun adına bir hissə torpaq sahəsi **********87 saylı reyetr nömrə ilə qeydiyyata keçmişdir. Göstərmişdir ki, Cavabdeh adına qeydə alınmış reyestrdən çıxarış onun iddia etdiyi kimi bütün evi və torpaq sahəsini əhatə etmir. Belə ki, sonradan cavabdeh hansısa yollarla atası tərəfindən ona bağışlanan hissədən əlavə torpaq sahəsini də öz mülkiyyətində qeydə alınmasına nail olmuşdur. Belə ki, hazırda onun evinə və torpaq sahəsinə gedən yeganə yolun 64 kv/m-lik hissəsi cavabdehin mülkiyyətindədir. Hansı ki, həmin hissədən keçən yol onun evinə gedən yeganə yoldur və o həmin yerdə qapı kimi darvaza quraşdırmışdır. Belə ki, ona məxsus ev və torpaq sahəsi Şəki şəhərinin yuxarı dağlıq hissəsində yerləşir. Evinin arxa hissəsi və sol hissəsi dağlıq ərazi, sağ hissəsi isə cavabdehə məxsus evə və torpaq sahəsidir. Evindən və torpaq sahəsindən küçəyə yalnız cavabdehə məxsus torpaq sahəsində keçməklə çıxa bilir. Cavabdeh isə ona həmin yoldan istifadə etməsinə maneəçilik törədir. Göstərmişdir ki, onun və cavabehin küçədən onların evlərinə və torpaq sahələrinə giriş darvazaları ayrıdır. Lakin onun mülkiyyətində olan torpaq sahəsində cavabehin istifadəsində olan ev var və cavabdeh də ona məxsus darvazadan istifadə etməklə həmin evə girmək istəyir. Həmçinin həmin tikilinin üzərində 2 ayrı-ayrı pəncərə var. Qeyd edilən pəncərə bir başa onun həyətinə baxır. Göstərmişdir ki, evin qeyd edilən hissəsi vaxtilə atasının mülkiyyətində olmuş və əvvəllər həmin tikilinin cavabehin evinin içərisinə qapısı olmuşdur. Həmin tikilinin hazırkı vəziyyəti sonradan bu şəklə salınmışdır. Hazırda evin həmin hissəsində anası yaşayır. Hesab edir ki, həmin yoldan istifadə etməsinə maneçilik cavabdehə qadağan edilməli və cavabdehin istifadəsində olan və onun həyətinə baxan pəncərələr bağlanmalıdır. Məhkəmə tərəflərə dəfələrlə barışmaları üçün təklif bildirsə də iddiaçı iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaya münasibət bildirərək onu əsassız hesab etmiş və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X8 küçəsi, dalan 9 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi onun adına reyestrdə dövlət qeydiyyatına alınmışdır. Mülkiyyətində olan həmin fərdi yaşayış evi ilə bağlı texniki pasport işlənilmiş və mülkiyyətinin hüdudları müəyyən edilmişdir. Lakin, mülkiyyətində olan həmin əmlakından istifadə etməsinə iş üzrə İddiaçı müxtəlif bəhanələrlə maneəçilik yaradır. Mübahisə predmeti olan fərdi yaşayış evi ona məxsusdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasına dair hüquq müəyyənedici sənədlər vardır. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir və bununla bağlı cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə mülkiyyətində olan əmlakdan istifadə etməsi ilə bağlı İddiaçı tərəfindən ona olan manelərin qadağan edilməsini onun tələb etmək hüququ vardır. Mülkiyyətində olan həmin fərdi yaşayış evindən istifadə etməsi ilə bağlı İddiaçı tərəfindən edilmiş maneələrə son qoyulması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticə olmamışdır. Buna görə də həmin tələblə məhkəməyə müraciət etməli olmuş və iddiası həmin hissədə təmin edilmişdir. Lakin, İddiaçı hazırda ona qarşı məhkəmədə əsassız bir iddia qaldırmışdır. Halbuki, cavabdeh İddiaçı söküləməsini tələb etdiyi qapı-ayna onun mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh İddiaçı belə bir hüququ yoxdur. Əslində, cavabdeh İddiaçı həmin qapının açıldığı torpaq sahəsinə, hansı ki, onun mülkiyyətindədir və giriş üçün qapı qoymuşdur. Həmin qapının saxlanılması onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Göstərmişdir ki, hazırda mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə ataları X3 mülkiyyətində olmuşdur. İddiaçı olan qardaşı da daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin atası 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv/m-lik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini ona bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Göstərmişdir ki, hazırda onların hər ikisinin küçədən evlərinə gedən giriş qapısı ayrıcadır. Lakin iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin 64 kv/m-lik hissəsində özünə darvaza-qapı qoymuşdur. Halbuki, onun Elmanın evinə gedən yol hissəsində 1 otaq və dəhlizdən ibarət evi vardır və evinin həmin hissəsinə yalnız Elmanın onun mülkiyyətində quraşdırdığı darvaza-qapıdan keçməklə gedə bilər. Bildirmişdir ki, əvvəllər həmin evin içdən onun evinin daxilinə açılan qapısı olmuşdur. Lakin sonradan həmin qapı bağlanmış və ev hazırkı vəziyyətə gətirilmişdir. Həmin evdən hazırda istifadə edə bilmir. Bildirmişdir ki, Elman tərəfindən onun evinə gedən yolda quraşdırılmış darvaza-qapı sökülməli və həmin yol iki hissəyə ayrılaraq o Elmana məxsus torpaq sahəsinə baxan evinə mülkiyyətində olan evinə sərbəst gedib gəlməlidir. Bütün bunları nəzərə alaraq ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil da, Cavabdeh ilə oxşar məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ekspert rəyində göstərilmiş İlhama məxsus evin 11 kv/m-lik hissəsinin Elmana məxsus torpaq sahəsi üzərində yerləşməsi hissəsi ilə razılaşmır. Belə ki, bağılama zamanı həmin hissədə İlhama hədiyyə edilmiş və bu evin texniki pasportunda öz əksini tapmışdır. Bütün qeyd edilənləri nəzərə alaraq ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan evlərə və torpaq sahəsinə iddiaçının və cavabdehin iştirakı ilə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin küçədən onların öz evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. Lakin müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin mülkiyyətində olan 64 kv/m-lik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv/m-lik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Bu hal işə əlavə edilmiş ƏMDK Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2022- ci il tarixli mütəxəssiz Rəyində də öz əksini tapmışdır. Yerli baxış zamanı və məhkəmə iclasları zamanı mövcud vəziyyətin ən potensial həlli kimi tərəflər arasında barışığın əldə edilməsi onların diqqətinə çatdırılsa da tərəflər barışıq üçün heç bir cəhd etməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 25 yanvar 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X8 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində işlənmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 02 avqust 1972-ci il tarixli, 6281/681 saylı qeydiyyat vərəqindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X4 verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 04 yanvar 2018-ci il tarixli, 02 saylı arxiv çıxarışından görünür ki, X4 Şəki şəhəri, 5-ci rayon, Karl Maks dalan 9 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsinə icazə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 15 yanvar 2018-ci il tarixli, 7916 invertar nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, Şəki şəhəri X8 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 25 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri X8 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin 77.6 kv.metr hissəsini və 0.1741 ha olan torpaq sahəsi Cavabdeh bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 07 fevral 2018-ci il tarixli, 7916 invertar nömrəli fərdi yaşayış evinin texniki göstəricilərindən görünür ki, Şəki şəhəri X8 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X8 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 1 mərtəbəli, 56.2 kv.m köməkçi, 21.4 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində işlənmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 aprel 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X8 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində işlənmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 18 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri X8 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, AN seriyalı, 411532 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X8 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 17 iyul 2019-cu il tarixli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri X8 küçəsində yerləşən 0.0635 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində işlənmişdir.
1. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış üzrə Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X8 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv.metr olub, bunun 11 kv.metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi iddiaçı Cavabdeh mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə iddiaçı Cavabdeh mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X8 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin (tikili altında) torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 saylı qətnaməsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun həyata keçirilməsinə İddiaçı tərəfindən hər hansı maneələrin yaradılması cavabdehə qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı «mərhum atası X5 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh adına verilmiş 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(075)-1201/2021 nömrəli qərardadı nəzərə alınması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(107)- 1866/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin qarşılıqlı iddia ərizəsinin baxılması saxlanılması haqqında 11 avqust 2021-ci il tarixli 2(075)1201/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. Mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə onların ataları X3 mülkiyyətində olmuşdur. Onlar özləri də daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Ataları hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin ataları 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv/m-lik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini cavabdehə bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin küçədən onların öz evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin mülkiyyətində olan 64 kv/m-lik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv/m-lik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır. Məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Belə olan halda iddiaçı cavabdehdən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin pəncərəsinin bağlanmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir. İddiaçı iddiasını müdafə etmiş, qarşılıqlı iddianın isə rədd edilməsini, cavabdeh də öz növbəsində ilk iddianın rədd edilməsini və qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tam və hərtərəfli araşdırıb, mübahisəli torpaq sаhəsinə baxış keçirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. -180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. -180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Şərh edilən maddələrə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X8 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələr ona qadağan edilməli və həmin 0.0635 ha torpaq sahəsinin 11 kv/m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələri bağlanmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qarşılıqlı iddia təmin edilərək, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X8 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapı cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İlk iddia qismən, qarşılıqlı iddia isə tam, həmçinin həm ilk həm də qarşılıqlı iddia üzrə ekspert qarşısında suallar qoyularaq cavab alındığından 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin.ödənilməlidir. İlk iddia üçün ödənilmiş 10.40 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Qarşılıqlı iddia üçün ödənilmiş 10.40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İlk iddia qismən təmin edilsin. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X8 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələr ona qadağan edilsin və həmin 0.0635 ha torpaq sahəsinin 11 kv/m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələri bağlansın. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X8 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapı cavabdeh İddiaçı öz hesabına sökülərək götürülsün. Cavabdeh tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilsin. 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Cahid İmanov