Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-77/2022 26.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı: İddiaçı1, həmçinin İddiaçı2 və İddiaçı1 nümayəndəsi (vəkili) X4 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “əmlakın bölünməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Şəki rayonu, Çeşməli kəndində yerləşən 87 sot torpaq sahəsindən paylarının müəyyən edilməsi, paylarına düşən 58 sotun hər birinin payına uyğun naturada ayrılması və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadələrinə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların İddiaçı2 və İddiaçı1 sonradan məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək mülkiyyətlərində olan JN-100 40401002 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara verilmiş və Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.34 ha torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi və həmin paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahat verərək göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Cavabdeh1, Cavabdeh3 Alıbəy qızı, Nöbərova (Məmmədova) Gülnarə Salman qızı, X12, Cavabdeh2 və İddiaçı2 göstərilən sərhədlər daxilində 1,34 ha torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN 100 KOD 40401002 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bildirmişdir ki, torpaq sahəsi ayrıldıqdan sonra iddiaçıların qardaşı Cavabdeh2 bütün torpaq sahəsini zəbt etmiş, qarşılığında isə pul vəsaiti və ya taxıl verməmişdir. Hal-hazırda onlar həmin torpaq sahəsindən özlərinə düşən payı müəyyən etmək və həmin payı bölmək istəyirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 və İddiaçı1 nümayəndəsi (vəkili) X9 məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli, 10/6636 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyini qismən qəbul etmiş, lakin ekspertiza rəyinin torpaq sahəsinin bölünməməzliyi hissəsinə tənqidi yanaşmış və məhkəmə iclasında iddianın məzmununa oxşar olan izahat vermişdir. İşdə olan İİ-AZ 040570 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X12 arasında 10 iyul 2003-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abdurahmanova soyadı verilmişdir. İşdə olan Xİİİ-ЖГ 495563 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, 16 avqust 1989-cu il təvəllüdlü X3 atası Cavabdeh1, anası Cavabdeh3 Alıbəy qızıdır. İşdə olan AZ-İ 820708 seriya nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X8 arasında 13 noyabr 2012-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləei kitabında 65 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. İşdə olan Xİİİ-ЖГ 373893 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1982-ci il təvəllüdlü X6 atası Cavabdeh1, anası Cavabdeh3 Alıbəy qızıdır. İşdə olan JN 100, KOD 40401002 nömrəli, 25 avqust 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Cavabdeh1, Cavabdeh3 Alıbəy qızı, X7, X12, X10 və İddiaçı2 göstərilən sərhədlər daxilində 1,34 ha torpaq sahəsi verilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 mart 2022-ci il tarixli, 10/6636 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ tərəfindən tərtib edilmiş 04.02.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən kiçik ölçülü torpaq sahələrinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədləri və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə sevitut (torpaqdan məhdud istifadəyə) hüquqlarının yaranmasına zəmin yarada bilər. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaq bölünməz torpaq sahələri hesab olunur. Ekpertiza xərcinin dəyəri 50 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci maddəsinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İddiaçılar İddiaçı2 və İddiaçı1 torpağın mülkiyyətə verilməsinə dair JN-100 KOD 40401002 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahəsi üzərində onun yəni, İddiaçı2 və İddiaçı1 hər birinə 1/6 pay olmaqla paylarının müəyyən olunması və həmin torpaq sahələrinin naturada bölünməsini xahiş etsə də, məhkəmə tikinti-texniki ekspertizasının rəyindən göründüyü kimi kiçik ölçülü pay torpaq sahələrinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadəyə) hüquqlarının yaranmasına zəmin yarada bilər. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaq olduğundan bölgü aparılması mümkün olmaması göstərilmişdir. İddia tələbindən aydın olduğu kimi qeyd edilən torpaq sahəsi üzərində iddiaçılar İddiaçı2 və İddiaçı1 onların torpaq üzərində paylarının müəyyən olunmasını və həmin payların naturada bölünməsini xahiş etmiş və həmin payların müəyyən olunaraq naturada ayrılması xahiş olunmuşdur. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisələndirilən torpaq sahələri üzərində İddiaçı2 və İddiaçı1 hər birinin 1/6 pay hüququnun müəyyən edilməsi qənaətinə gəlir. Buna görə də məhkəmə JN-100, KOD 40401002 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.34 ha torpaq sahəsi üzərində İddiaçı2 və İddiaçı1 hər birinin 1/6 olmaqla payının müəyyən olunmasını əsaslı hesab etsə də həmin payların naturada bölünməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 torpağın mülkiyyətə verilməsinə dair JN-100, KOD 40401002 nömrəli torpaq aktına əsasən Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.34 ha torpaq sahəsi üzərində onların hər birinin 1/6 payları müəyyən olunmalı, lakin həmin paylarının naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı2 və İddiaçı1, 25 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Tələb edilmədiyindən iddiaçıların dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 və İddiaçı1 Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-100, KOD 40401002 nömrəli torpaq aktına əsasən Şəki rayonu, Çeşməli kəndində yerləşən 1.34 ha torpaq sahəsi üzərində İddiaçı2 və İddiaçı1 hər birinin 1/6 payları müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı2 və İddiaçı1, 25 manatı isə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İddiaçıların dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-77/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-77/2022
26.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver