Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-780/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1916,53 manat, bundan 679,36 manat əsas, 298,78 manat faiz, 848,48 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 89,91 manat məbləğində faiz məbləğinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızından tutularaq Ləğv prosesində olan QSC «xxxx» KB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB iddia ərizəsində səlahiyyətli nümayəndələri iştirak etmədikdə işə baxılmasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB iddiasını onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan QSC «xxxx» KB ilə cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı arasında 20 aprel 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla 2700 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə Ləğv prosesində olan QSC «xxxx» KB-nə ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızının Ləğv prosesində olan QSC «xxxx» KB-nə 20 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 20 aprel 2018-ci il tarixə 679,36 manat əsas borc, 298,78 manat faiz borcu, 848,48 manat cərimə borcu və həmin tarixdən sonrakı dövr üçün gecikdirilmiş günlər üzrə illik 5 faiz hesabı ilə 89,91 manat faiz borcu olmaqla, ümumilikdə 1916,53 manat borcu vardır. Buna görə də iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB hazrki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Ləğv prosesində olan QSC «xxxx» KB ilə cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı arasında 20 aprel 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla 2700 manat məbləğində kredit verilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına göndərilmiş bildirişdən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına aralarında bağlanmış 20 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu vaxtında ödəmədiyi tədqirdə, həmin müqavilənin ləğv edilməsi və borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ləğv prosesində olan QSC «xxxx» KB ilə cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı arasında 20 aprel 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına 36 ay müddətinə illik faiz dərəcəsi 22 faiz olmaqla 2700 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı ona verilmiş kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etmədiyindən bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyinin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin verilməsinə baxmayaraq cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı kredit müqaviləsi üzrə özdəliklərinin icrasını, yəni kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Ləğv prosesində olan QSC «xxxx» KB kredit müqaviləsinin ləğv edilməsini və qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızından tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 848,48 manat cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı ilə Ləğv prosesində olan QSC «xxxx» KB arasında bağlanmış 20 aprel 2015-ci il tarixli nömrəli kredit müqaviləsi üzrə 679,36 manat əsas borc, 298,78 manat faiz borcu, 50 manat cərimə borcu və gecikdirilmiş günlər üzrə illik 5 faiz hesabı ilə 89,91 manat faiz borcu cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızından tutularaq Ləğv prosesində olan QSC «xxxx» KB-nin hesabına ödənilməli, tənasübsüz dərəcədə yüksək hesablandığından 848,48 manat cərimə borcunun 798,48 manatla bağlı hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızından iddiaçı Ləğv prosesində olan QSC «xxxx» KB-nin xeyrinə 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızı ilə Ləğv prosesində olan QSC «xxxx» KB arasında bağlanmış 20 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 679,36 manat əsas borc, 298,78 manat faiz borcu, 50 manat cərimə borcu və gecikdirilmiş günlər üzrə 5 faiz hesabı ilə 89,91 manat faiz borcu və 30 manat dövlət rüsumu cavabdeh Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızından tutularaq Ləğv prosesində olan QSC «xxxx» KB-nin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-780/2021 21 may 2021-ci il İddiaçı: Ləğv prosesində olan QSC «xxxx» KB-nə (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) Cavabdeh: Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına (Şəki şəhəri, A.Nuxəvi küçəsi ev 3) Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2 (075)-780/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-780/2021 21 may 2021-ci il İddiaçı: Ləğv prosesində olan QSC «xxxx» KB-nə (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) Cavabdeh: Əliyeva (Abdurahmanova) Tünzalə Qurbanəli qızına (Şəki şəhəri, A.Nuxəvi küçəsi ev 3) Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2 (075)-780/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-780/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-780/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver