Məhkəmə qərarları › İş №2(075)-784/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-784/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-784/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda rəsmiləşdirilmiş 9000 manat pulun, həmçinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh 2015-ci ildən tanıyır və həmin vaxtdan münasibətləri vardır. Təxminən, 2017-ci ilin aprel ayının əvvələrində Cavabdeh başqa borclarının bağlanması üçün ondan 9000 manat borc pul istəmişdir. Həmin vaxt onun özünün 3000 manatı var idi və o, Cavabdeh kömək etmək məqsədi ilə bankdan da 6000 manat götürərək Cavabdeh ümumilikdə 9000 manat borc pul vermişdir. Bununla bağlı onunla Cavabdeh arasında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda 05 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh 9000 manat məbləğində faizsiz kredit vermiş və Cavabdeh ondan aldığı 9000 manat pulu 1 il müddətində, yəni 05 aprel 2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, o, cavabdehdən pulunu geri tələb etsə də, cavabdeh onun pulunu geri qaytarmamışdır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 9000 borcun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı 9000 manat borcunun olmasına dair müqaviləni imzalamışdır. Lakin, onun İddiaçı faktiki olaraq 9000 manat borcu yoxdur. Çünki, o, İddiaçı 9000 manat almamışdır. Onun İddiaçı 3000 manat borcu vardır. Belə ki, İddiaçı bankdan öz adına 3000 manat kredit götürərək ona vermişdir. Həmin krediti faizi ilə birlikdə o, özü ödəməli olsa da, ödəyə bilməmişdir. Buna görə də İddiaçı ona aralarında notarial qaydada bağlanmış miqavilə imzalatmışdır. Buna baxmayaraq iddianı qəbul edir, lakin, borcunu birdəfəyə ödəmək imkanı yoxdur. Borcunu hər ay 50 manat olmaqla ödəyəcəkdir. Göstərilənləri nəzərə alınmaqla qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh müqavilə bağlandığı gündən 1 (bir) il müddətində, yəni 05 aprel 2018-ci il tarixədək ödənilmək şərti ilə 9000 manat məbləğində faizsiz borc vermiş, Cavabdeh da İddiaçı aldığı borcu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli borc müqaviləsini sübut növü kimi qəbul edir. Beləliklə, İddiaçı Cavabdeh müqavilə bağlandığı gündən 1 (bir) il müddətində, yəni 05 aprel 2018-ci il tarixədək ödənilmək şərti ilə 9000 manat məbləğində faizsiz pul verdiyini, cavabdehin isə həmin borcu qaytarmadığını əsas göstərərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı Cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. Beləliklə, Cavabdeh İddiaçı 9000 manat borc pul almasına, Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda İddiaçı ilə arasında bağlanmış 05 aprel 2017-ci il tarixli borc müqaviləsi üzrə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini icra etməyərək iddiaçıya olan 9000 manat borcundan hər hansı bir məbləğdə ödəniş etməmiş və bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də İddiaçı Cavabdeh borc verdiyi 9000 manatı tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 9000 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 9000 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-784/2021 20 may 2021-ci il İddiaçı: İddiaçı (Sumqayıt şəhəri, MİKR-18, ev 29, mənzil 90) Cavabdeh: Cavabdeh (Şəki rayonu, Baş Göynük kəndi) Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2 (075)-784/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-784/2021 20 may 2021-ci il Cavabdeh: Cavabdeh (Şəki rayonu, Baş Göynük kəndi) Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2 (075)-784/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar