Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-797/2022 24.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2188 ABŞ doları əsas borc, 965,07 ABŞ doları faiz borcu və 270,34 ABŞ doları cərimə borcu olmaqla ümumilikdə cəmi 3423,41 ABŞ doları borcun və 20 ABŞ dolları dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə 31 oktyabr 2016-cı il tarixdə baxılaraq ərizənin təmin edilməsi barədə 2(075)-11752/2016 saylı məhkəmə əmri çıxarılmış, Cavabdeh1 etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı Ləğv Prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 32 faizlə 24 ay müddətinə 6380 ABŞ doları kredit götürmüşdür. Bu kredit müqaviləsinə əsasən 08.05.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2210,28 ABŞ doları müəyyən edilərək kreditin qalıq müddəti 6 ayadək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh1 ilə 07 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 30 sentyabr 2016-cı il tarixədək Cavabdeh2 banka 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2188 ABŞ doları əsas borc, 965,07 ABŞ doları faiz borcu və 270,34 ABŞ doları cərimə borcu olmaqla ümumilikdə cəmi 3423,41 ABŞ dolları borcu qalmışdır. Bildirmişdir ki, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırdığı üçün "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. ünvan 1inə əsasən borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə 2188 ABŞ doları əsas borc, 965,07 ABŞ doları faiz borcu, 270,34 ABŞ doları cərimə borcu olmaqla, cəmi 3423,41 ABŞ doları məbləğində borcun əmrin icra olunduğu günə Azərbaycan ABŞ dollarıına olan məzənnəsi ilə və ödənilmiş 20 manat dolları dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Lakin Cavabdeh1 01 mart 2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ünvan 1inin ləğv edilməsi, mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli, 1056 saylı ssuda hesabı kredit müqaviləsi üzrə müştəri məlumatları kredit profeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsiri altına düşmüş, hesablanmış 1865,37 ABŞ dolları kompensasiya məbləğindən yalnız 128,73 ABŞ dolları LPO "xxxx" ASC-də olan kreditindən silinmişdir. Müvafiq kredit restruktruzasiya olunması təklif olunan kreditlər siyahısına daxil olunmadığından Cavabdeh2 yeni müqavilə bağlanması üçü Bank tərəfindən heç bir müraciət edilməmişdir. İddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 izahat verərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 07 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 32 faizlə 24 ay müddətinə 6380 ABŞ doları kredit götürmüşdür. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bildirmişdir ki, hazırda CM-nin 178-ci və 308-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Ona təyin olunmuş cəzanın 5 ildən çoxunu çəkmişdir. Göstərmişdir ki, cəza çəkdiyi müddətdə vəkili Fərhad müəllimlə daimi əlaqədə olmuş və vəkili onun bütün hüquqi məsələləri ilə maraqlanmışdır. Göstərmişdir ki, Dəmir Bank da daxil olmaqla bir neçə digər banklarda da kredit götürmüşdür. Öyrənmişdir ki, qeyd edilən kredit müqavilələri Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsiri altına düşmüş və ona kompensasiya hesablanaraq digər banklardakı borc məbləğlərinə silinmişdir. Bildirmişdir ki, "xxxx" ASC-dən götürmüş olduğu 6380 ABŞ doları krediti üzrə 3000 ABŞ dollarından çox ödənişlər etmişdir. "xxxx" ASC-nin 2188 ABŞ doları əsas borc, 965,07 ABŞ doları faiz borcu və 270,34 ABŞ doları barədə iddiasını qəbul edir. Lakin cərimə məbləğinin azaldılmasında ona köməklik göstərilməsini xahiş edir. Həmçinin göstərmişdir ki, zamini Cavabdeh1 xəstə olmasını nəzərə alaraq ondan borcun tutulmamasını xahiş edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 izahat verərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 32 faizlə 24 ay müddətinə 6380 ABŞ doları kredit götürmüşdür. Borclunun öhdəliklərinin təmini olaraq onunla bank arasında 07 avqust 2013-cü il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Bildirmişdir ki, onun məhkəmə əmrindən xəbəri olmamışdır. Göstərmişdir ki, ona qarşı yönələn iddia 1 illik zaminlik müddəti keçdikdən sonra verildiyindən onun müqavilə üzrə zaminliyə xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli, 1056 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik faiz dərəcəsi 32 faiz olmaqla 6380 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 götürdüyü 6380 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli, ZM-1056 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 07 avqust 2013-cü il tarixli, 1056 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 08 may 2015-ci il tarixli əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 2210,28 ABŞ dolları, kreditin müddəti 08.10.2015-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 may 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısında 08 may 2015-ci il tarixli əlavə saziş üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmin müqavilədə zaminliyin öhdəliyin icrası müddəti çatdıqdan sonra 1 il ərzində qüvvədə olması göstərilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2(075)-11752/2016 saylı məhkəmə əmrindən görünür ki, borclular xx xxxx 1984-cü ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh2 və xx xxxx 1987-ci ildə ünvan 3 ünvanında yaşayan Cavabdeh1 müştərək qaydada kredit müqaviləsi üzrə 2188 ABŞ doları əsas borc, 965,07 ABŞ doları faiz borcu, 270,34 ABŞ doları cərimə borcu olmaqla, cəmi 3423,41 ABŞ doları məbləğində borcun əmrin icra olunduğu günə Azərbaycan ABŞ dollarıına olan məzənnəsi ilə və ödənilmiş 20 ABŞ dolları dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İşdə olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsi tərəfindən məhkəməyə ünvanlamış 05.04.2022ci il tarixli, 2(075)-797/2022 saylı məktubdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli, 1056 saylı ssuda hesabı kredit müqaviləsi üzrə müştəri məlumatları kredit profeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsiri altına düşmüş, hesablanmış 1865,37 ABŞ dolları kompensasiya məbləğindən yalnız 128,73 ABŞ dolları LPO "xxxx" ASC-də olan kreditindən silinmişdir. Müvafiq kredit restruktruzasiya olunması təklif olunan kreditlər siyahısına daxil olunmadığından Cavabdeh2 yeni müqavilə bağlanması üçün Bank tərəfindən heç bir müraciət edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 avqust 2013-cü il tarixli, 1056 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 24 ay müddətinə illik faiz dərəcəsi 32 faiz olmaqla 6380 ABŞ dolları məbləğində kredit verilmiş, bununla da bank kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh2 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 07 avqust 2013-cü il tarixli kredit sazişinin zaminliyə dair hissəsini imzalamış, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit sazişinə əsasən Cavabdeh2 kredit sazişi üzrə kredit məbləğini tərəflər arasında imzalanmış kredit sazişinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında hər ay hissəhissə ödəməli olmuşdur. Lakin Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq kredit borcunu bankın hesabına ödəməmişdir. Cavabdeh2 iddianı qismən qəbul etmişdir. Cavabdeh1 imzaladığı kredit müqaviləsinin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməli olduğuna istinad edərək iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, LPO "xxxx" ASC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh2 kredit məbləği verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 kredit sazişi üzrə kredit borcunun tam şəkildə iddiaçının hesabına ödənilməsini təmin etməmişlər. Bu səbəbdən də İPO "xxxx" ASC ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. İddiaçı LPO "xxxx" ASC iddia tələbində borcun əsas borclu Cavabdeh2 ilə yanaşı, zamin Cavabdeh1 da borcun tutulmasını xahiş etsə də, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi kredit sazişi LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında 07 avqust 2013-cü il tarixdə 24 ay müddətinə, yəni 07 avqust 2015-ci il tarixədək imzalanmışdır. Həmin kredit sazişinin zaminliyinə dair hissəsi isə Cavabdeh1 tərəfindən imzalanmışdır. Cavabdeh1 təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı 06 iyun 2015-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 28 oktyabr 2016cı il tarixədək 1 il 4 ay 22 gün müddət, işə iddia icraatı qaydasında baxılması qərara alındığı 04.03.2022-ci il tarixədək 6 il 6 aydan çox vaxt keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı zaminlik müqaviləsinin müddəti olan 07 avqust 2015-ci il tarixdən 1 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı bu müddəti təxminən 6 il 7 ay ötürmüşdür. Yəni Cavabdeh1 münasibətdə iddiaçı məhkəməyə vaxtında müraciət etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında imzalanmış 07 avqust 2013-cü il tarixli 1056 saylı kredit sazişinin zaminliyə dair hissəsinə xitam verilməli, Cavabdeh2 məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 2188 ABŞ dolları əsas, 965,07 ABŞ dolları faiz borcu və 30 ABŞ doları cərimə borcu LPO "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh2 tutularaq LPO "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 2188 ABŞ dolları əsas, 965,07 ABŞ dolları faiz borcu və 30 ABŞ doları cərimə borcu LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia Cavabdeh1 və qalan hissədə təmin edilməsin. Cavabdeh2 20 manat dövlət rüsumu tutularaq LPO "xxxx" ASC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-797/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-797/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver