Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-817/2021 12.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı BOKT «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 BOKT «xxxx» MMC-nin xeyrinə 1796,46 manat əsas, 36,92 manat faiz borcu və 0,20 manat cərimə olmaqla cəmi 1833,58 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, o zaman iddia ərizəsi geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İş materiallarına əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli portaldan çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 qeydiyyat ünvanı Laçın rayonu, Hətəmlər kəndi, Cavabdeh2 isə qeydiyyat ünvanı Laçın rayonu, Bülüldüz kəndidir. Belə olduğu halda iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İddiaçı BOKT «xxxx» MMC Cavabdeh1 və Cavabdeh2 BOKT «xxxx» MMC-nin xeyrinə 1796,46 manat əsas, 36,92 manat faiz borcu və 0,20 manat cərimə olmaqla cəmi 1833,58 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və 0,40 manat bank xidmət xərcinin tutulmasını xahiş etsə də, cavabdehlər Cavabdeh1 qeydiyyat ünvanının Laçın rayonu, Hətəmlər kəndi, Cavabdeh2 isə qeydiyyat ünvanının ünvan 4n rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməlidir. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi mülki iş məhkəmənin icraatına götürülməmişdir. Ona görə də iddia ərizəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanı üzrə müvafiq rayon məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq geri qaytarılmalıdır. Məhkəmə iddiaçıya cavabdehlərə qarşı hazırkı iddia tələbi üzrə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Laçın rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasını izah edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-817/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-817/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver