Məhkəmə qərarları › İş №2(075)-826/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-826/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-826/2020 25.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, İddiaçı QSC x3 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 340.28 (üç yüz qırx ABŞ dolları 28 sent) ABŞ dolları, faiz borcu üzrə 76.73 (yetmiş altı ABŞ dolları 73 sent) ABŞ dolları olmaqla, cəmi 417.01 (dörd yüz on yeddi ABŞ dolları 1 sent) ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC x3 Təşkilatının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus 27.31 qr çəkisi olan yaşıl boyunbağı, 11.91 qr çəkisi olan yaşıl bilərzik, 4.53 qr çəkisi olan nişan üzüyü, 8.87 qr çəkisi olan ağ qaş komplekt, 2.27 qr çəkisi olan uşaq sırğası, 3.27 qr çəkisi olan sep klon birlikdə və 1.77 qr çəkisi olan sep olmaqla, qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinyət əşyalarının açıq hərracda satılmaqla satışdan əldə edilən vəsaitin İddiaçı QSC x3 Təşkilatının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC x3 Təşkilatı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC x3 Təşkilatı məhkəməyə 24 iyun 2020-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC x3 Təşkilatının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC x3 Təşkilatı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x1 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə “İddiaçı" QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“x2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli. 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh qızma dair sənədlər S- LMK-70 saylı, 05.03.2018-ci il tarixli təhvil-təslim aktına əsasən “İddiaçı" QSC-yə verilmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında 29 iyul 2015-ci il tarixdə 2015-L-134 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 24 ay müddətinə 831 (səkkiz yüz otuz bir) ABŞ Dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 29 iyul 2015-ci il tarixdə 2015-L-134 saylı girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh məxsus 27.31 qr çəkisi olan yaşıl boyunbağı, 11.91 qr çəkisi olan yaşıl bilərzik, 4.53 qr çəkisi olan nişan üzüyü, 8.87 qr çəkisi olan ağ qaş komplekt, 2.27 qr çəkisi olan uşaq sırğası, 3.27 qr çəkisi olan sep klon birlikdə və 1.77 qr çəkisi olan sep olmaqla, qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə 340.28 (üç yüz qırx ABŞ dolları 28 sent) ABŞ dolları və faiz borcu üzrə 76.73 (yetmiş altı ABŞ dolları 73 sent) ABŞ dolları təşkil edir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işəonların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 29 iyul 2015-ci il tarixli, 2015-L-134 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh oğluna illik faiz dərəcəsi 22% olmaqla 24ay müddətində qaytarılmaq şərti ilə cəmi 831 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 29 iyul 2015-ci il tarixli, 2015-L-134 saylı girov müqaviləsindən görünür ki, həmin kreditin təminatı kimi Cavabdeh məxsus 27.31 qr çəkisi olan yaşıl boyunbağı, 11.91 qr çəkisi olan yaşıl bilərzik, 4.53 qr çəkisi olan nişan üzüyü, 8.87 qr çəkisi olan ağ qaş komplekt, 2.27 qr çəkisi olan uşaq sırğası, 3.27 qr çəkisi olan sep klon birlikdə və 1.77 qr çəkisi olan sep olmaqla, qızıl-zinət əşyaları İddiaçı QSC x3 Təşkilatının xeyrinə girov qoyulmuşdur. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdehgötürdüyü 831 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməkləqaytarmalı olmuşlar. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin dövlətə məxsus səhьlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının surətindən görünür ki, həmin Fərmanın icrası ilə əlaqədar «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC x3 Təşkilatına keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2015-ci il tarixli, 2015-L-134 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 22% ödəmək şərtilə 831 (səkkiz yüz otuz bir) ABŞ Dolları məbləğində kredit verilmiş və həmin kreditin təminatı kimi tərəflərin qarşılıqlı razılığı ilə Cavabdeh məxsus 27.31 qr çəkisi olan yaşıl boyunbağı, 11.91 qr çəkisi olan yaşıl bilərzik, 4.53 qr çəkisi olan nişan üzüyü, 8.87 qr çəkisi olan ağ qaş komplekt, 2.27 qr çəkisi olan uşaq sırğası, 3.27 qr çəkisi olan sep klon birlikdə və 1.77 qr çəkisi olan sep olmaqla, qızıl-zinət əşyaları İddiaçı QSC x3 Təşkilatının xeyrinə girov qoyulmuşdur. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya münasibət bildirməmişdir. Göründüyü kimi iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdehkredit və girov müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı QSC BOKTqalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məhkəmə qətnaməsinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı QSC x3 Təşkilatının xeyrinə 340.28 (üç yüz qırx ABŞ dolları 28 sent) ABŞ dolları, faiz borcu üzrə 76.73 (yetmiş altı ABŞ dolları 73 sent) ABŞ dolları olmaqla, cəmi 417.01 (dörd yüz on yeddi ABŞ dolları 1 sent) ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalı, borc məbləği girov predmeti olan Cavabdeh məxsus 27.31 qr çəkisi olan yaşıl boyunbağı, 11.91 qr çəkisi olan yaşıl bilərzik, 4.53 qr çəkisi olan nişan üzüyü, 8.87 qr çəkisi olan ağ qaş komplekt, 2.27 qr çəkisi olan uşaq sırğası, 3.27 qr çəkisi olan sep klon birlikdə və 1.77 qr çəkisi olan sep olmaqla, qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinyət əşyaları açıq hərracda satılmaqla satışdan əldə edilən vəsait İddiaçı QSC x3 Təşkilatının hesabına ödənilməli, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məhkəmə qətnaməsinin icra olunduğu günə Azərbaycan manatına məzənnəsi ilə İddiaçı QSC x3 Təşkilatının xeyrinə 340.28 (üç yüz qırx ABŞ dolları 28 sent) ABŞ dolları, faiz borcu üzrə 76.73 (yetmiş altı ABŞ dolları 73 sent) ABŞ dolları olmaqla, cəmi 417.01 (dörd yüz on yeddi ABŞ dolları 1 sent) ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Borc məbləği girov predmeti olan Cavabdeh məxsus 27.31 qr çəkisi olan yaşıl boyunbağı, 11.91 qr çəkisi olan yaşıl bilərzik, 4.53 qr çəkisi olan nişan üzüyü, 8.87 qr çəkisi olan ağ qaş komplekt, 2.27 qr çəkisi olan uşaq sırğası, 3.27 qr çəkisi olan sep klon birlikdə və 1.77 qr çəkisi olan sep olmaqla, qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinyət əşyaları açıq hərracda satılmaqla satışdan əldə edilən vəsait İddiaçı QSC x3 Təşkilatının hesabına ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar