Məhkəmə qərarları › İş №2(075)-853/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-853/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-853/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış 23 may 2019-cu il tarixli 037CASASA191430018 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qardada 4757,71 manat əsas kredit borcu, 22,97 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 4780,68 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 zahat verərək göstərdi ki, 037CASA191430018 saylı 23 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh2 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4807,71 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191430018 saylı 23 may 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM39231302 saylı 23 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1, borclu Cavabdeh2 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh2, eləcədə onun zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 22.02.2021-ci il tarixə "İddiaçı" ASC-yə 4757,71 manat əsas kredit borcu, 22,97 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 4780,68 manat borcu qalmaqdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. . Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 037CASA191430018 saylı 23 may 2019-cu il tarixli kredit müqaviləsndən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4807,71 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. İşdə olan 037FİZAM39231302 saylı 23 may 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyır. İşdə olan 22.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 037CASA191430018 saylı 23 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 22.02.2021-ci il tarixə 4757,71 manat əsas kredit borcu, 22,97 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 4780,68 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki 037CASA191430018 saylı 23 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh2 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 4807,71 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191430018 saylı 23 may 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM39231302 saylı 23 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1, borclu Cavabdeh2 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh2 və onun zamini Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4757,71 manat əsas kredit borcu, 22,97 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 4780,68 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış 23 may 2019cu il tarixli 037CASASA191430018 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(075)-853/2021 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4757,71 manat əsas kredit borcu, 22,97 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 4780,68 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış 23 may 2019cu il tarixli 037CASASA191430018 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(075)-853/2021 saylı qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar