Məhkəmə qərarları › İş №2(075)-856/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-856/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-856/2021 20.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “İddiaçı" ASC-nin arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 037CASA191600010 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ümumi qardada 482,77 manat əsas kredit borcu, 2,44 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 485,21 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə verilməsinə baxmayaraq, iddia tələbində “Cavabdeh ilə “İddiaçı" ASC-nin arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 037CASA191600010 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” xahiş edildiyindən məhkəmə tərəfindən mülki işə iddia icraatı qaydasında baxılması məqsədə müvafiq hesab edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 zahat verərək göstərdi ki, 037CASA191600010 saylı 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 482,77 manat məbləğində kredit Güzəştli krcdiı müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. Cavabdeh dələlərlə şifahi və rəsmi (bildirişlə) müraciət etməyimizə baxmayaraq, cavabdeh tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 22.02.2021-ci il tarixə İddiaçı ASC-yə 482,77 manat əsas kredit borcu, 2,44 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 485,21 manat borcu qalmaqdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh 29.04.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 037CASA191600010 saylı 11 iyun 2019-cu il tarixli kredit müqaviləsndən görünür ki, həmin müqavilə əsasında Cavabdeh krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 482,77 manat məbləğində kredit Güzəştli krcdiı müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. İşdə olan 22.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 037CASA191600010 saylı 11 iyun 2019-cu il tarixli il tarixli kredit müqaviləsi üzrə 17 sentyabr 2020-ci il tarixə 482,77 manat əsas, 2,44 manat faiz olmaqla, cəmi 485,21 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki 037CASA191600010 saylı 11 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 482,77 manat məbləğində kredit Güzəştli krcdiı müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 482,77 manat əsas kredit borcu, 2,44 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 485,21 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “Cavabdeh ilə “İddiaçı" ASC-nin arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 037CASA191600010 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(075)-856/2021 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 482,77 manat əsas kredit borcu, 2,44 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 485,21 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “Cavabdeh ilə “İddiaçı" ASC-nin arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 037CASA191600010 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(075)-856/2021 saylı qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar