Məhkəmə qərarları › İş №2(075)-9/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-9/2022

29.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-9/2022 29.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən qüsurlar nəticəsində ona dəymiş 4319.90 manat maddi zərər, qüsurların aradan qaldırılması üçün 2550 manatın, banka ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi məbləğ 6899,90 manatın Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MPM-nin 54.1-ci maddəsinə əsasən əsl Cavabdeh2 ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1983-cü ildən mübahisə predmeti olan evdə yaşayır. Onun evinin arxa hissəsində isə Cavabdeh2 təxminən 1985-1986-cı ildən öz ailəsi ilə birlikdə inşa etdirdiyi fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi, öz evinin səviyyəsindən təxminən 2 metrə yaxın aşağı səviyyədə olduğundan, cavabdeh öz həyətyanı sahəsinə əlavə torpaq tökməklə həyətin səviyyəsini, yəni evinin arxa divarına bitişik olan hissəsini çox yuxarı qaldırmışdır. Bunun nəticəsində də güclü leysan yağışları yağan zaman, evinin arxa divarından yağan yağış suları evin içərisinə dolur. Bunun da nəticəsi olaraq evinin bütün divarları nəm olmuş, pol taxtaları isə tamamilə yararsız hala düşmüşdür. Bildirmişdir ki, torpaq töküləndən otuz bir il sonra evində nəmişlik başlamışdır. Nəmişlik ancaq yağış yağan zaman baş verir. O, bunun qarşısının alınması məqsədi ilə cavabdeh tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsini xahiş etsə də o, buna məhəl qoymamış və onun evinə keçən suyun qarşısının alınması üçün heç iş görməmişdir. Cavabdeh bununla da ona maddi zərər vurmuş və eyni hərəkətləri təkrar etməkdə də davanı edir. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, onun evinin cavabdehə tərəf olan hissəsində nov yoxdur. Yağan yağış və qar evinin üzərindən axaraq cavabdehin torpaq sahəsinə tökülür. Həmçinin göstərmişdir ki, evində nəmişlik və subasma cavabdehin həyətindən keçərək həyətinə gələn su xəttində baş vermiş partamadan sonra baş vermişdir. Belə ki, onun evinə gələn su xətti vaxtilə cavabdehin razılığı ilə onun həyətindən çəkilmişdir. Hesab edir ki, cavabdeh təxminən 30 il bundan öncə həyətinə torpaq tökdürərək həyətinin səviyyəsini qaldırdığında həmin torpağa axan yağış və qar suları onun evinin nəömlənməsinə səbəb olur. Bildirmişdir ki, cavabdehlə qonşu olan evinin divarı onun mülkiyyətindədir. Həmçinin göstərmişdir ki, evində olan nəmişlik və su basma hava yağmurlu və qar yağıntısı olan zaman baş verir. Ona görə də indiki iddia ərizəsi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili Vəkil1 da məhkəmə iclasında iddiaçı ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, həmin torpaq sahəsini ona anası vermişdir. Həmin vaxt orada ev mövcud olmamışdır. İlk olaraq iddiaçı tərəf həmin ərazidə ev inşa etmiş və onların torpaqlarının bir hissəsini zəbt etmişdir. Lakin anası bu məsələni qabartmamışdır. Vaxtilə iddiaçı ilə aralarında çəpər olmuşdur. Sonradan iddiaçı özü onların torpağına bitişik sərhəddə ev inşa etmişdir. Sonradan onlar özləri də orada ev tikdirmişlər. Bu təxminən 30-40-il bundan əvvəl olmuşdur. İddianı qəti olaraq qəbul etmirlər. Belə ki, iddiaçının evinə dəymiş ziyan birbaşa təbii hadisə olan yağış-qar yağması ilə bağlıdır. Belə ki, iddiaçının evinin cavabdehə tərəf olan divarları cavabdehin həyətinin səviyyəsindən aşağı olduğundan yağan yağış və qar suları torpağa hoparaq iddiaçının evinin divarlarına süzülür və beləliklə də həmin divarlara müəyyən ziyan dəyir. Bildirmişdir ki, iddiaçının evinin üstündə navalça yoxdur. İddiaçının evinin üstünə yağan yağış və qar suları onların mülkiyyətində olan torpaq sahəsinə tökülür. Həmçinin göydən yağan yağı və qar da onun həyətinin bütün sahəsinə yağdığı kimi iddiaçının evinin arxasında olan torpaq sahəsinə də yağır. Göstərmişdir ki, həmin yerin relyefi də yağış sularının yuxarıdan aşağıya axmasına dəlalət edir. Bildirmişdir ki, belə vəziyyət Şəki şəhərində olan həyət evlərinin ümumi bəlasıdır. Qeyd etmişdir ki, iddiaçının evinin su basması 3 il bundan əvvəl olmuşdur. Belə ki, onların həyətindən iddiaçıya su xətti kedir. Həmin su xəttini vaxtilə iddiaçı daha çox məsrəf etməsin deyə onların razılığı ilə çəkmişdir. Həmin su xətti onların həyətindən keçsə də həmin su xətti iddiaçıya məxsusdur. Qeyd edilən su xətti 3 il bundan öncə qış aylarında partlamış və iddiaçının evini su basmışdır. Həmin vaxt iddiaçıya həyətində qazıntı işləri apararaq qəzanı aradan qaldırmağa icazə belə vermişlər. Göstərmişdir ki, qeyd edilən ziyanlıq onların hər hansı qəsdi ilə əhatə olunmamışdır. Bütün bunlara görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 və nümayəndəsi (vəkili) Vəkil2 da məhkəmə iclasında Cavabdeh2 ilə eyni məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman hər iki evdə və həyətdə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də iddiaçıya məxsus evin divarları cavabdehə məxsus evin həyətyanı səhəsinin üst torpaq örtüyündən təxminən 1 metrdən çox aşağı səviyyədə yerləşir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdehin evinin üzərinə yağan yağış sularının həmin evin həyətində olan torpaq qatına tökülməsini təmin edən novlardan yalnız biri və həyətdəki adi trapdan keçən yağış və digər sular iddiaçının evinin arxa hissəsində cavabdehin özünə məxsus torpaq sahəsinə axıdılır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin dam örtüyünün yağış sularını ötürən novçaları yoxdur. Yəni iddiaçının evinin üzərinə yağan yağış və qar suları da cavabdehə məxsus torpaq sahəsinə yəni, iddiaçının evinin arxa hissəsinə axıdılır. Bundan başqa cavabdehin torpaq sahəsinin üstü açıqdır, yağan yağış və qar onun həyətinin bütün hissələrinə yağdığı kimi iddiaçının evinin arxa hissəsində olan cavabdehə məxsus torpaq sahəsinin üzərinə də yağır. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 03 oktyabr 2008-ci il tarixli, MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Səməd Vurğun küçəsi, döngə 1-də mülkiyyətində olan 0.04611 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.0kv.m yaşayış, 95.5 kv.m köməkçi sahədən ibarət 2A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Kristal MMC tərəfindən verilmiş, 01 avqust 2020-ci il tarixli, 1105/20 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin təqribi dəyəri 4320 manat təşkil edir, qüsurların aradan qaldırılması üçün isə 2550 manat vəsait tələb olunur. Qiymətləndirmə xərcləri 200 manat təşkil etmiş və İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan 03 oktyabr 2008-ci il tarixli, 139 invertar nömrəli, **********07-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan 15 fevral 1993-cü il tarixli, 9306 invertar nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyətindədir. İşdə olan FHN-nin Şimal-qərb Regional Mərkəzinin 18 sentyabr 2020-ci il tarixli, 37/Q-00029 saylı məktubundan görünür ki, İddiaçı 18 avqust 2020-ci il tarixli müraciətinə baxılmış, mübahisələndirilən məsələ onların səlahiyyətində olmadığı üçün qanunamüvafiq qaydada məhkəməyə iddia qaldırmaq hüququ izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə mühəndis-texniki ekspertizasının” 25 oktyabr 2021-ci il tarixli, 10/3454 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən həmin sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın ikinci, ücüncü və dördüncü sualları üzrə bildirilmişdir ki, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportu üzrə İddiaçı məxsus fərdi yaşayış evinin yarımzirzəmisinin texniki pasportda 1, 2 və 3 nömrə ilə qeyd edilmiş hissəsinə dəymiş maddi zərər 9306 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu üzrə Cavabdeh2 məxsus evin üzərinə yağan yağış sularının həmin evin həyətində olan torpaq qatına tökülməsini təmin edən novlardan yalnız biri və həyətdəki trapdan keçən yağış və digər suların İddiaçı evinin arxa hissəsində cavabdehin özünə məxsus torpaq sahəsinə axıdılması, təbii yağış sularının Cavabdeh2 məxsus torpaq sahəsinə yəni, İddiaçı evinin arxa hissəsinə axması və yağış sularının Cavabdeh2 məxsus torpaq sahəsinə yəni, İddiaçı evinin arxa hissəsinə axması nəticəsində yaranması mümkündür. Lakin baxış zamanı faktiki olaraq hər hansı bir susızması müşahidə edilmədiyindən axıntının konkret olaraq hansı səbəbdən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərci 50 manat təşkil edir. İşdə olan 03 fevral 2022-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 690 kv.m həyətyanı torpaq sahəsi, döngə nöqtələri, koordinatiarı, məhkəmə predmet olan mübahisəli divar və iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli **********07-10301 reyestr nömrəli texniki pasportda göstərilən torpaq sahəsi tərtib edilən yerquruluşu planında göstərilmişdir. Texniki pasportda İ – ayaqyolu, İİ - küçə ilə həmsərhəd hasar, İİİ - darvaza kimi qeyd edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin yarımzirzəmisinin cavabden Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə ortaq sərhəd divarı xx.xx.2008-ci iİ tarixli texniki pasporta əsasən İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə mühəndis-texniki ekspertizasının” 22 iyul 2022-ci il tarixli, 10/2782 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 690 kv.metr həyətyanı torpaq sahəsi, döngə nöqtələri, koordinatları, məhkəmə predmeti olan mübahisəli divar və iddiaçıya məxsus xx.xx.2008-ci il tarixli **********7-10301 reyestr nömrəli texniki pasportda göstərilən torpaq sahəsi tərtib edilən yerquruluşu planında göstərilmişdir. Texniki pasportda ayaqyolu, küçə ilə həmsərhəd hasar, darvaza kimi qeyd edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin yarımzirzəmisinin Cavabdeh2 Yunuz qızının istifadəsində olan torpaq sahəsi ilə ortaq sərhəd divarı xx.xx.2008-ci il tarixli texniki pasporta əsasən İddiaçı mülkiyyətindədir. Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın texniki pasportu üzrə İddiaçı məxsus fərdi yaşayış evinin yarım zirzəmisinin texniki pasportda 1, 2 və 3 nömrə ilə qeyd edilmiş hissəsinə dəymiş maddi zərər 9306 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu üzrə Cavabdeh2 məxsus evin üzərinə yağan yağış sularının həmin evin həyətində olan torpaq qatına tökülməsini təmin edən novlardan yalnız biri və həyətdəki trapdan keçən yağış və digər suların İddiaçı evinin arxa hissəsində cavabdehin özünə məxsus torpaq sahəsinə axıdılması, təbii yağış sularının Cavabdeh2 məxsus torpaq sahosino yoni, İddiaçı evinin arxa hissəsinə axması və yağış sularının Cavabdeh2 məxsus torpaq sahəsinə yəni, İddiaçı evinin arxa hissəsinə axması nəticəsində yaranması mümkündür. Lakin baxış zamanı faktiki olaraq hər hansı bir susızması müşahidə edilmədiyindən axıntınn konkret olaraq hansı səbəbdən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Qərardadın beşinci, altıncı və yeddinci sualları üzrə ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yarımzirzəmisinin döşəməsində və divarlarında yaranmış qüsurlar nəticəsində aparılacaq olan təmir və bərpa (qüsurların aradan qaldırılması) işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4359.18 manat məbləğində müəyyən olunur. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Tərəflərin izahatı və işdə olan sənədlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qonşudurlar. İddiaçıya məxsus ev 1983-cü ildə, cavabdehə məxsus ev isə 3-4 sonra inşa edilməyə başlamışdır. Cavabdehə məxsus evin yerləşdiyi torpaq sahəsi iddiaçının evinin yerləşdiyi torpaq sahəsində 1 metrdən daha çox hündürdə yerləşir. Məlum oldu ki, həm iddiaçının həm də cavabdehin evi təxminən 30 il bundan əvvəl inşa edilmişdir. Bütün bu müddət ərzində iddiaçı ilə cavabdeh arasında hər hansı problem yaranmamışdır. Lakin həm iddiaçının həm də cavabdehin izahatı ilə müəyyən edildi ki, iddiaçıya cavabdehin həyətindən keçməklə gedən su xəttindən 3 il öncə qəza baş vermiş və həmin qəza nəticəsində iddiaçının evi zərər görmüşdür. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin evinin üzərinə yağan yağış sularının həmin evin həyətində olan torpaq qatına tökülməsini təmin edən novlardan yalnız biri və həyətdəki adi trapdan keçən yağış və digər sular iddiaçının evinin arxa hissəsində cavabdehin özünə məxsus torpaq sahəsinə axıdılır. Həmçinin iddiaçıya məxsus evin dam örtüyünün yağış sularını ötürən novçaları yoxdur. Yəni iddiaçının evinin üzərinə yağan yağış və qar suları da cavabdehə məxsus torpaq sahəsinə yəni, iddiaçının evinin arxa hissəsinə axıdılır. Bundan başqa cavabdehin torpaq sahəsinin üstü açıqdır, yağan yağış və qar onun həyətinin bütün hissələrinə yağdığı kimi iddiaçının evinin arxa hissəsində olan cavabdehə məxsus torpaq sahəsinin üzərinə də yağır. Göründüyü kimi İddiaçı Cavabdeh2 ona vurduğu 4319.90 manat maddi zərər və qüsurların aradan qaldırılması üçün 2550 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etsə də, cavabdehin öz həyətyanı sahəsinə əlavə torpaq tökməklə həyətin səviyyəsini, yəni evinin arxa divarına bitişik olan hissəsini yuxarı qaldırması və bunun nəticəsində güclü leysan yağışları və qar yağan zaman, evinin arxa divarından yağan yağış və qar sularının onun evinin içərisinə dolması və bununla da evinin bütün divarlarının nəm olması, pol taxtalarının isə tamamilə yararsız hala düşməsinə dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinin yarımzirzəmisinin cavabden Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə ortaq sərhəd divarı xx.xx.2008-ci iİ tarixli texniki pasporta əsasən İddiaçı mülkiyyətindədir. Belə olan halda iddiaçı mütəxəssiz (usta) dəvət etməklə həmin divarı kənar yağış və qar kimi yağıntı olan təsirlərdən qorunması yollarını özü axtarıb tapmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının evinə dətmiş maddi ziyanlıq cavabdehin təqsiri üzündən yaranmamış və həmin ziyan cavabdehin tqəsiri ilə əhatə olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh tərəfindən ona qüsurlar nəticəsində dəymiş maddi zərər 4319.90 manatın, qüsurların aradan qaldırılması üçün 2550 manatın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi məbləğ 6899,90 manatın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE**********0002088501, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. İddia təmin edilmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 qarşı onun tərəfindən ona qüsurlar nəticəsində dəymiş maddi zərərərə görə 4319.90 manatın, qüsurların aradan qaldırılması üçün 2550 manatın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi məbləğ 6899,90 manatın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE**********0002088501, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar