Məhkəmə qərarları › İş №2(075)-90/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-90/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-90/2022 25.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8639,83 manat məbləğində əsas borcun, 141,12 manat məbləğində faiz borcunun, cəmi 8780,95 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 9600 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, ona, İddiaçı ASC arasında bağlanmış 18.11.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə, illik 21% olmaqla 9600 manat məbləğində kredit vermişdir. O, həmin kredit müqaviləsinə əsasən krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin pandemiya ilə əlaqədar maddi imkanı yaxşı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Bildirmişdir ki, ekspert rəyi ilə də razı deyildir. Artıq çoxdandır ki, ödənişlər etmir. Məhkəmə tərəfindən qətnaməsi çıxarılmasına etiraz etmir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli nəğd kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 36 ay müddətinə, illik 21% olmaqla 9600 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 9600 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 36 ay müddətinə qaytarmalı olmuşdur. İşdə olan 11 avqust 2021-ci il tarixli maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən "Bank of Baku” ASC-yə 8639,83 manat əsas və 141,12 manat faiz borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 9/8751 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, X1 İddiaçı ASC-yə 11 avqust 2021-ci il tarixə 8638,14 manat məbləğində əsas borc, 141,09 manat məbləğində faiz borcu olmaqla, cəmi 8779,23 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 21% olmaqla 9600 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC Cavabdeh xeyrinə 8639,83 manat əsas və 141,12 manat faiz borcu olmaqla, cəmi 8780,95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, məhkəmə mühasibalıq ekspertizasının 20 dekabr 2021-ci il tarixli, 9/8751 saylı rəyi ilə Cavabdeh İddiaçı ASC-yə olan əsas borcunun 8638,14 manat məbləğində əsas borc, 141,09 manat məbləğində faiz borcu olmaqla cəmi 8779,23 manat olması müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş faiz borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas borcu üzrə isə 1,69 manat az olması müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən ərizədə borc məbləğinin məhz tələb edilən miqdarda olması digər bir sübutla əsaslandırılmadığından məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilən məbləği daha əsaslı və Cavabdeh İddiaçı ASC-yə olan borcun müəyyənləşdirilməsinə məhz həmin rəyə istinad edilməsini doğru hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8638,14 manat məbləğində əsas borc, 141,09 manat məbləğində faiz borcu, cəmi 8779,23 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Həmçinin, 50 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ34CTRE********************, SWİFTBİK CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8638,14 manat məbləğində əsas borc, 141,09 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. 50 manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ34CTRE********************, SWİFTBik CTREAZ22 hesaba ödənil Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar