Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-924/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi Şəki Rayon Məhkəməsinə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 24 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 175 manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, o, cavabdeh Cavabdeh ilə 22 oktyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 24 mart 2011-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və Şəki Rayon Məhkəməsinin 30 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, 24 mart 2011-ci il təvəllüdlü X2 onun yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat aliment alınaraq ona verilməsi, alimentin tutulmasının əvvəlinin 12 iyun 2012-ci il tarixdən hesablanması qərara alınmışdır. Lakin bu günkü bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və o, maddi cəhətdən çox çətinlik çəkir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur. Cavabdeh qazancı barədə məlumatı yoxdur. Cavabdeh kifayət qədər qazanc əldə etməsinə baxmayaraq uşağın saxlanılması üçün ona ayda cəmi 50 manat məbləğində aliment ödəyir. Həmin məbləğlə uşağının pal-paltarının, təhsilinin, sağlamlığının və maddi təminatının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaq böyüdükcə tələbatları artır. O, isə təkbaşına himayəsində olan uşağının tələbatlarını ödəyə bilmir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qət edilən aliment məbləğini vaxtında ödəmir. İddiasını alimentin 100-135 manat hissədə artırılması həddində müdafiə edir və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, o, həqiqətən də, İddiaçı qız ilə 22 oktyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan onların 24 mart 2011-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və Şəki Rayon Məhkəməsinin 30 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, uşağı 24 mart 2011-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 50 manat aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 12 iyun 2012-ci il tarixdən hesablanması qərara alınmışdır. O, iddiaçıdan ayrıldıqdan sonra başqa bir qadınla yenidən ailə həyatı qurmuş, lakin həmin ailədən uşağı olmamışdır. O, fərdi əməklə məşğul olmaqla, hər ay 220-250 manat qazanc əldə edir və təyin edilmiş 50 manat alimenti çətinliklə ödəyir. İddiaçıya hər ay maksimum 80-100 manat aliment ödəyə bilər. Qalan hissədə iddianı qəbul etmir. Göstərilənləri nəzərə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı Cavabdeh ilə 22 oktyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan onların 24 mart 2011-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən tərəflər ayrılmışlar. İddiaçı iddia ərizəsi əsasında Şəki Rayon Məhkəməsinin 30 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, 24 mart 2011-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin 12 iyun 2012-ci il tarixdən hesablanması qərara alınmışdır. İddiaçı müəyyən edilmiş 50 manat aliment məbləği ilə uşağının tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddiasını qismən, yəni alimentin 100-135 manat həddində artırılması hissəsində müdafiə edir. Cavabdeh isə iddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurduğunu, hər ay 220-250 manat qazanc əldə etdiyini, qət edilmiş aliment məbləğini çətinliklə ödədiyini və maksimum 80-100 manat aliment ödəyə biləcəyini bildirmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 30 avqust 2012-ci il tarixli, 2 (075)-1129/2012 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 406 saylı nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşağı-24 mart 2011-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı himayəsində saxlanılması, X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 50 manat aliment tutularaq İddiaçı verilməsi, aliment tutulmasının əvvəlinin 12 iyun 2012-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, əvvəlki illərə münasibətdə 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün artmasını, İddiaçı Şəki Rayon Məhkəməsinin 30 avqust 2012-ci il tarixli, 2 (075)-1129/2012 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 24 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin İddiaçı tərəfindən Cavabdeh aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Həmin Məcəllənin 106.4-ci maddəsinə əsasən Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi İddiaçı alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni 21 aprel 2021-ci il tarixdən hesablanmasını tələb edir. Məhkəmə iddiaçının himayəsində saxlanılmış uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə alimentin tutulması barədə məhkəmə qətnaməsinin olmasını və həmin məhkəmə qətnaməsindən alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasının dəqiq olaraq göstərilməsini, hazırda isə iddaçının tələbinin alimentin artırılması ilə bağlı olmasını nəzərə alaraq İddiaçı iddiasının alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni 21 aprel 2021-ci il tarixdən hesablanması barədə hissəsini də əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 24 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 24 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq İddiaçı ödənilsin. Aliment tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-924/2021 21 may 2021-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17/3) Cavabdeh: Cavabdeh (Şəki şəhəri, Sarabski küçəsi ev 16) (Şəki şəhəri, H.Əliyev prospekti ev 16) Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2 (075)-924/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-924/2021 21 may 2021-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17/3) Cavabdeh: Cavabdeh (Şəki şəhəri, Sarabski küçəsi ev 16) (Şəki şəhəri, H.Əliyev prospekti ev 16) Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2 (075)-924/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-924/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-924/2021
21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver