Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-95/2022 11.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh X5 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 iyun 2006-cı il tarixində 3.60 hektar torpaq sahəsinin alınması üçün ödənilmiş 720 manat pul vəsaitinin 2006-2021-ci illər üzrə indeksasiya olunmuş şəkildə alınaraq ona verilməsi, əldən çıxmış faydaya və mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş xərclərə görə 15000 manat, mənəvi sarsıntı ilə bağlı 3000 manat mənəvi zərərin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Cavabdeh əsl cavabdeh olan X9 ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 iyun 2006-cı il tarixdə Qayabaşı kəndində Qayabaşı icra nümayəndəsinin müavini İlyas İbrahimovun, Qayabaşı kənd sakini İlqar Nağıyevin, Sarıca kənd sakini Simozər İlyasovanın və onun iştirakı ilə akt tərtib edilərək, İlyasova Aliyə və qızı Bayramova Sonaya məxsus 3.60 ha torpaq sahəsi aktda adları olan şəxslərin iştirakı ilə bir hektarı 200 manat olmaqla, cəmisi 720 manata ona satılmışdır. Aktın doğruluğunu iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Həmin torpaq sahəsi Simozər İlyasova tərəfindən ona satılarkən “Torpağa mülkiyyət hüququna dair JN- 009, Kod 40402048 nömrəli Dövlət Aktı” da ona təhvil verilmişdir. Torpaq ona satılan müddətdən bu günə kimi o, həmin torpaq sahəsindən istifadə edir. Bu günə kimi həmin torpaq sahəsini əkib-becərmişdir. Həmin torpaq sahəsinə xeyli miqdarda mineral və üzvi gübrələr vermişdir. Torpaq sahəsini tam yararlı vəziyyətə gətirmişdir. Həmin müddətdə nə Simozər İlyasova nədə ki, nəvəsi olan Sona Bayramova həmin torpağı tələb etməmişdir. Belə ki, 30 mart 2021-ci il tarixdə Simozər İlyasovanın nəvəsi – həmin Dövlət aktında adı olan X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Həmin iddia tələbi əsasında işə baxılmış və Şəki Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iddia ərizəsində Sona Bayramova qeyd etmişdir ki, “həmin vaxt mənim 13 yaşım olduğu üçün bütün bu qeyd edilən məsələlər mənim ana nənəmin vasitəçiliyi ilə olmuşdur. Nənəm Dövlət aktının əslini də cavabdehə vermişdir”. Ancaq alqı-satqı onunla Simozər İlyasova arasında olmuşdur. Bundan sonra yenidən X2 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək yuxarıda qeyd edilən Dövlət aktı əsasında payların müəyyən edilməsini xahiş etmişdir. Hazırda iddia tələbi əsasında mülki iş Şəki Rayon Məhkəməsinin icraatındadır. 19 iyun 2006-cı il tarixdə həmin torpaq sahəsinin alınması üçün o, Sona Bayramovanın nənəsi Simozər İlyasovaya torpağın bir hektarı üçün 200 manat olmaqla, 3.60 ha torpaq sahəsi üçün 720 manat pul vermişdir. Həmin müddətdə 720 manata üç hektardan artıq torpaq sahəsi alınması mümkün idisə, hazırda həmin pula həmin ölçüdə torpaq sahəsinin alınması mümkün deyildir. Ona görə də hazırda həmin 720 manat pulu 2006-2021-ci illər üzrə indeksasiya olunmuş şəkildə Cavabdeh tələb edir. Həmçinin, hazırda Şəki rayonu Qayabaşı kəndində bir hektar torpaq sahəsinin orta bazar qiyməti 3000 manatdan yuxarıdır. Hazırda 3.60 hektar torpaq sahəsinin alınması üçün 10000 manatdan artıq pul vəsaiti lazımdır. Bundan başqa, o, həmin torpaq sahəsinin tam yararlı vəziyyətə salınması və mineral və üzvi gübrələrin alınması üçün külli miqdarda pul xərcləmişdir. Torpağa həmin qulluqların edilməsində məqsədi torpağın münbitləşdirilməsi və əldə edəcəyi məhsuldarlığın, yəni gəlirin artması olmuşdur. Lakin cavabdehin hərəkətləri nəticəsində o, həmin gəlirdən məhrum olur. Torpağa lazımi qulluq göstərildikdən sonra torpağın məhsuldarlığının artması hamı üçün aşkar olan haldır. Belə ki, o, torpağı cavabdehdən aldıqdan sonra torpağın məhsuldarlığı hər hektara təxminən 10-15 sentiner olduğu halda tərəfindən edilən münbitləşdirmələr nəticəsində torpağın məhsuldarlığı 30 sentinerə çatmışdır. Hesab edir ki, bu minvalla əldən çıxmış faydaya və mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş xərclərə görə 15000 manat cavabdehdən alınaraq ona verilməlidir. Bundan başqa, cavabdehin bu hərəkəti nəticəsində o, mənəvi sarsıntıya məruz qalmışdır. Buna görə də Cavabdeh mənəvi sarsıntı ilə bağlı 3000 manat mənəvi zərər tələb edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək göstərdi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə 3 nəfər ailə üzvünə - Valeh Bayramov, Sona Bayramova və Aliyə Bayramovaya 6.06 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanaraq verilmişdir. Qeyd edilən Dövlət Aktına əsasən iki hissədə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi mülkiyyətçilərə verildikdən sonra səkkiz il müddətində onlar tərəfindən istifadə edilmişdir. 2006-cı ilin may ayında Valeh Bayramov və Aliyə Bayramova arasında olan nikah pozulmuşdur. Bundan sonra Aliyə Bayramova xəstələnmiş, onun müalicə olunması üçün pula ehtiyacları olmuşdur. Həmin vaxt X9 iddiaçı tərəfdən 600 (altı yüz) manat borc pul almışdır. Bir ay sonra iddiaçı onlardan borcu tələb etmiş, lakin imkanları olmadığı üçün ödəyə bilməmişlər. Bundan sonra iddiaçı tərəf borcu hissə-hissə ödəməyi təklif etmiş, onlar da imkanlarının olmaması səbəbindən borc bitənədək torpaqlarını əkib-becərməsini bildirmişlər. 03.07.2006-cı il tarixdə İlyasova (Bayramova) Aliyə Fərman qızı vəfat etmişdir. Bundan sonra cavabdeh iddiaçı tərəfdən torpaq sahəsini tələb etsə də sonuncu qaytarmamışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh 19.06.2006-cı il tarixdə iddiaçıdan 600 manatı borc şəklində almışdır. İddiaçı tərəf borcun əvəzinə torpaqdan 15 ildən çoxdur ki, fayda götürür və borc çoxdan əvəzlənmişdir Mülki proses tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 göstərmişdir ki, İddiaçı qohumudur. Cavabdeh X6 isə tanıyır. 2006-cı ildə icra nümayəndəsinin müavini işləyərkən Simozər xanımın qızı və nəvəsinə məxsus torpaq sahəsini satmaq istəməsi ilə əlaqədar icra nümayəndəsinin otağında akt tərtib etmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Saleh torpağı almaq üçün Simozər xanıma 720 manat (360 şirvan) pul ödəmişdir. Həmin qiymət 2006-cı ildəki bazar qiymətlərinə uyğun olmuşdur. Tərtib edilmiş aktın doğruluğunu təsdiq edir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X17 göstərmişdir ki, İddiaçı ilə 25 ildir ki, birlikdə müəllim işləyir. Cavabdeh X9 isə əmisioğlunun qayınanasıdır. 2006-cı ildə bələdiyyə sədri işləyərkən Simozər xala yanına gəlmiş, qızı və nəvəsinə məxsus torpaq sahəsini satmaq istədiyini, müştəri olarsa deməyini xahiş etmişdir. O, da Salehə demişdir. Saleh əvvəl tərəddüd etsə də, sonradan razılaşmışdır. O, Saleh və Simozər xala icra nümayəndəsinin otağında rəsmiləşdirmə aparıb akt tərtib etmişlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Saleh torpağı almaq üçün 720 manatı (360 şirvan) sayıb ona vermiş, o, da sayıb Simozər xalaya vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin 2(075)-720/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Qayabaşı kənd sakinləri X7, X11 və X12 6.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə JN:0009 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilmişdir. 13 may 2006-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 və X11 arasında nikah pozulmuşdur. 19 iyun 2006-cı il tarixli aktdan görünür ki, Cavabdeh Aliyə İlyasova və qızı Sona Bayramovaya məxsus 360 ha torpaq sahəsini hektarı 200 manat olmaqla, cəmi 720 manata İddiaçı satmışdır. Aktın doğruluğunu İlyas İbrahimov, İlqar Nağıyev, Cavabdeh və İddiaçı təsdiq etmişlər. 15 avqust 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 03 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli, 9/8947 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 27 oktyabr 2021-ci il tarixədək olan inflyasiya səviyyəsi nəzərə alınmaqla 19.06.2006-cı il tarixdə verildiyi iddia edilən 720 manat pulun, qərardadın çıxarıldığı günə, yəni 27 oktyabr 2021-ci il tarixədək indeksasiyası 1.960.56 manat və 19.06.2006-cı il tarixdə alındığı qeyd edilən 600 manat pulun, qərardadın çıxarıldığı günə, yəni 27 oktyabr 2021-ci il tarixədək indeksasiyası 1.633.80 manat təşkil edir. Tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı cavabdeh və onun ailə üzvlərinə məxsus Şəki rayonu Qayabaşı kəndində yerləşən 3.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmiş, bunun müqabilində pul ödəmişdir. İddiaçı cavabdehlə arasında alqı-satqı müqaviləsi olduğunu, lakin sonradan cavabdehin torpağı tələb etdiyini və rəsmi müqavilənin bağlanmasından imtina etdiyini bildirərək torpağın alışı müqabilində verdiyi 720 manatın 2006-2021-ci illər üzrə indeksasiyasının, həmçinin əldən çıxmış fayda, torpağın yaxşılaşdırma xərclərinin, mənəvi zərərin və dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. İddiaçı tərəf məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməmiş, pulu 600 manat həcmində borc şəklində alındığını, iddiaçının 15 il ərzində torpaqdan istifadə edərək gəlir götürdüyünü və borcun əvəzləşdirildiyini bildirmişdir. Məhkəmə iddia tələbinin “torpaq sahəsinin alınması üçün ödənilmiş 720 manat pul vəsaitinin 2006-2021-ci illər üzrə indeksasiya olunmuş şəkildə alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdeh X9 19.06.2006-cı il tarixdə İddiaçı torpağın satılması müqabilində 720 manat məbləğində pul almış, lakin torpağın satışını həyata keçirməmiş, qanuni və müqavilə əsası olmadan əsassız varlanmışdır. Ona görə də X9 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh X9 tərəfindən İddiaçı 720 manat məbləğində maddi ziyan vurulmuşdur. Bu səbəbdən də iddiaçı ona vurulmuş ziyanın əvəzinin ödənilməsini cavabdehlər tələb etməkdə haqlıdır. İddiaçı həmin ziyanın həcminin 720 manat olduğunu bildirsə də, cavabdeh həmin məbləğin 600 manat həcmində borc şəklində alındığını bildirmişdir. Lakin cavabdeh tərəfindən iddiaçından həmin miqdarda borcun alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa cavabdehin özü tərəfindən təsdiq edilmiş aktda da 720 manat pulun alındığı qeyd edilmişdir. Ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli, 9/8947 nömrəli ekspert rəyinin nəticəvi hissəsində 720 manat pulun 27 oktyabr 2021-ci il tarixədək indeksasiyasının 1960.56 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə işin faktiki hallarını və prosessual hüquq normasını nəzərə alaraq hesab edir ki, istehlak qiymətləri indeksinə əsasən indeksləşdirmə aparılmasına məhkəmə tərəfindən qiymət verildiyindən iddiaçı verilmiş pul məbləğinin indeksasiyasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda və mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilmiş xərclər” hissəsinə münasibətdə qeyd edir ki, Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh X1 əldən çıxmış faydaya və mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün tərəfindən çəkilmiş xərclərə görə 15000 manatın alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən əldən çıxmış fayda məbləğini də hazırda müəyyən etmək qeyrimümkündür. Bundan başqa iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı konkret olaraq nə zaman, hansı işlərin görülməsi göstərilməmiş, bu işlərin görülməsi ilə bağlı çəkilən xərclərə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı torpağın yaxşılaşdırılması ilə bağlı hər hansı bir vəsait xərcləmişdirsə də belə həmin dövrdə torpaq onun istifadəsində olmuş və bəhərini də məhz iddiaçı götürmüşdür. Məhkəmə iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirilməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı ona dəymiş mənəvi zərər görə 3000 manatın cavabdeh X1 alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə əsas ola biləcək cavabdehlərin qanunsuz hərəkətlərinin nədən ibarət olması müəyyən olunmur. Həmçinin, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu hallar şahid ifadələri ilə təsdiqlənməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 19 iyun 2006-cı il tarixində 3.60 hektar torpaq sahəsinin alınması üçün ödənilmiş 720 manat pul vəsaitinin 2006-2021-ci illər üzrə indeksasiyası olan 1960.56 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30.40 manat dövlət rüsumunun 29.20 manatı iddiaçının özünə aid edilməklə, 1.20 manatı cavabdeh X1 alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. 50 manat ekspertiza xərcinin 20 manatı İddiaçı və 30 manatı cavabdeh X1 alınıb Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 19 iyun 2006-cı il tarixində 3.60 hektar torpaq sahəsinin alınması üçün ödənilmiş 720 manat pul vəsaitinin 2006-2021-ci illər üzrə indeksasiyası olan 1960.56 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumunun 29.20 manatı iddiaçının özünə aid edilməklə, 1.20 manatı X1 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərcinin 20 manatı İddiaçı və 30 manatı X1 alınıb Dövlət büdcəsinə - Az. MEM, VÖEN**********, X4 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-95/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-95/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver