Məhkəmə qərarları › İş №2(075)-961/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-961/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-961/2021 02.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 423.88 manat əsas, 166.99 manat faiz və 89.06 manat cərimə borcu olmaqla, ümumilikdə 679.93 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 26 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 02 iyun 2021-ci il tarixə, saat 11:20-yə təyin edilmişdir. Lakin 26 may 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vüsal Həsənli məhkəməyə ərizə göndərərək, cavabdehlə razılığa gəldiklərini, hazırda iddia tələbini müdafiə etmədiklərini bildirmiş, iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar