Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-974/2021 28.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı-nin Cavabdeh qarşı “torpaqdan çıxarma” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan iddia ərizəsində qeyd edilən torpaq sahələrindən Cavabdeh çıxarılması, cavabdehin zəbt etdiyi torpaq sahələrindən qanunsuz sahibliyinə son qoyulması, torpaq sahələrinin İddiaçıyə təhvil verilməsi və cavabdehə həmin torpaq sahəsində əkin-biçin işlərinin aparılmasına qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq və aydın göstərməlidir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan iddia ərizəsində qeyd edilən torpaq sahələrindən Cavabdeh çıxarılması, cavabdehin zəbt etdiyi torpaq sahələrindən qanunsuz sahibliyinə son qoyulması, torpaq sahələrinin İddiaçı-yə təhvil verilməsi və cavabdehə həmin torpaq sahəsində əkin-biçin işlərinin aparılmasına qadağa qoyulmasını xahiş etsə də, iddia ərizəni imzalamış Nümayəndə İddiaçı adından iddia ərizəsini imzalama səlahiyyətinin olması müəyyən edilmir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinin “xahiş edirəm” hissəsində Cavabdeh çıxarılması tələb edildiyi torpaq sahələrinin hansı olduğu (hansı ərazidə yerləşən, hansı ölçüdə və s.) dəqiq göstərilməmişdir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı-nin Cavabdeh qarşı “torpaqdan çıxarma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-974/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-974/2021
28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver