Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-836/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X6 cavabdehlər X2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququ,dəmir qapı və dəmir keçidin sökülüb götürülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh cavabdeh2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, yolun cavabdehlərin öz vəsaiti hesabına ləğv edilərək yol altına saldıqları torpaq sahəsinin əvvəlki vəziyyətinə salınması, yolun başlanğıcında quraşdırdıqları dəmir qapı və dəmir keçidin cavabdehlərin öz vəsaiti hesabına sökülüb götürülməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Seriya AZE №******** olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı ##.##.1956-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Otuzikilər kəndində qeydiyyatdadır.
2. Bərdə rayon Icra Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən *** saylı ##.##.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Soltan oğlu Bərdə rayon Otuzikilər kəndində yaşayır
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyesr nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 2,1 ha torpaq sahəsi İddiaçı tam xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ reyesr nömrəli, ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 1 ha torpaq sahəsi cavabdeh2 tam xüsusi mülkiyyətindədir.
5. ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli Rəyindən görünür ki, Bərdə Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixi *(***-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Iddiaçının və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUIS məlumat bazasına əsasən müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, TEKUIS melumat bazasına esasen Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin koordinatları, mübahisəli 0,08 ha torpaq sahəsinin sərhədləri ilə eynilik təşkil edir. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla cavabdeh2 oğlunun mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahəsi üst-üstə düşmür. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömreli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə etmədiyindən, hal-hazırda 2,28 ha torpaq sahesindən istifadə edir. Istifadə etdiyi torpaq sahəsinin 0,48 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla cavabdeh cavabdeh2 mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin 0,08 ha hissəsi cavabdeh cavabdeh2 tərəfindən istifadə olunur. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin hər hansısa hissəsi cavabdeh cavabdeh2, X3 və ya hər hansısa şəxs tərəfindən ümumi istifadə üçün nəzərdə tutulmuş yola qatılmamışdır. Lakin iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin, 0,01 ha hissəsindən cavabdeh cavabdeh2 pay torpaq sahəsinə gedişgəliş yolu məqsədilə yol kimi, yalnız özü istifadə edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, yolun cavadbehlərin öz vəsaiti hesabına ləğv edilərək yol altına saldıqları torpaq sahəsinin əvvəlki vəziyyətinə salınması, yolun başlanğıcında quraşdırdıqları dəmir qapı və dəmir keçidin cavabdehlərin öz vəsaiti hesabına sökülüb götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2019-cu il, qeydiyyat nömrəsi ********** olan *********** nömrəli reyestr Çıxarışına əsasən onun xüsusi mülkiyyəti olan Bərdə rayonu Otuzikilər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,1 ha torpaq sahəsindən qanunsuz zəbt etdikləri 0,10 ha hissəsindən və yol altına saldıqları 0,05 ha hissəsindən çıxarılmalarına, yolun cavadbehlərin öz vəsaiti hesabına ləğv edilərək yol altına saldıqları 0,05 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə salınmasına, yolun başlanğıcında quraşdırdıqları dəmir qapı və dəmir keçidin cavabdehlərin öz vəsaiti hesabına sökülüb götürülməsinə və hazırki iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 100 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Otuzikilər kəndində daimi yaşayır. Bərdə rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Bərdə rayonu Otuzikilər kənd ərazisindən 3,38 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən ##.##.2000- ci il tarixdə 4812 nömrəsi ilə qeydiyyata alınaraq onlara "Torpağa mülkiyyət hüququna dair" JN-582 KOD******** nömrəli Dövlət Aktı da verilmişdir. X1 əlavə edilmiş Torpaq sahəsinin planı (cizgisi) sənədinə əsasən JN-*** nömrəli mülk üzrə ayrı-ayrı yerlərdə yerləşməklə 30981,87 kv.m. (3,10 ha) və 2000 kv.m torpaq sahələri mövcud olmuşdur. Bunlardan 30981,87 kv.m. (3,10 ha) torpaq sahəsinin 1000 kv.m (1,0 ha) hissəsi satılmış, qalan 2,1 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında qeydiyyat tarixi ##.##.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan nömrəli Çıxarışa əsasən onun xüsusi mülkiyyətindir. Həmin Çıxarışın tərkib hissəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən ##.##.2019-cu il tarixdə tərtib edilmiş A№ ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə onun sözügedən 2,1 torpaq sahəsinin kordinatları, qonşu sərhədləri və döngə nöqtələri rəqəmli (elektron) kadastr xəritəsi ilə dəqiqliklə (1:10000 miqyasla) müəyyən edilmişdir. Cavabdehlərdən cavabdeh2 onun qardaşı, cavabdeh1 isə qardaşı oğludur. cavabdeh1 adına onun sözügedən 2,1 ha torpaq sahəsinin qonşuluğunda 3,877 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Belə ki, Bərdə rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə cavabdeh2 və onun ailə üzlərinə (cəmi 7 nəfər) Bərdə rayonu Otuzikilər kəndi ərazisindən cəmi 4,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılıb verilmişdir. Bu barədə onlara həmin vaxt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən JN-583 KOD******** nömrəli Dövlət Aktı verilmişdir. cavabdeh2 həmin torpağın 3,877 ha hissəsinə ##.##.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi 610013058004 olan Çıxarış almış, daha sonra siə ##.##.2019-cu il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” ilə həmin 3,877 ha torpaq sahəsini bütünlüklə oğlu cavabdeh1 bağışlamışdır. Odur ki, 3.877 ha torpaq sahəsinin rəsmi sənədlə mülkiyyətçisi cavabdeh1dur. Lakin torpağa faktiki sahiblik və istifadə edən isə cavabdeh2dur. Bir neçə illər bundan əvvəl cavabdeh cavabdeh2 onun nəvəsinin əlilliyi ilə əlaqədar uzun müddət Otuzikilər kəndində olmamağından və nəvəsinin müalicəsinə görə teztez Bakı şəhərinə gedib-gəldiyi üçün başının qarışıq olmasından istifadə edərək onun 2,1 ha torpaq sahəsinin yuxarı başından özünün 3,877 ha torpaq sahəsinə gediş-gəlişini asanlaşdırmaq (məsafəni qısaltmaq) üçün 55 metr uzunluğunda 4,5 metr enində yol salmış, həmin yolun başlanğıcına isə öz başına olaraq məftil tordan və dəmir borudan hazırlamış 4x1,3 metr ölçülü qapı və dəmir listlərdən hazırlanmış keçid qoymuşdur. Odur ki, o, məcburiyyət qarşısında qalaraq 1 km-dək məsafə qət etməklə öz 2,1 ha torpaq sahəsinə başqa istiqamətdən piyada gedib gəlir. Ən əsası isə odur ki, onların bu qanunsuz və özbaşına hərəkətləri nəticəində onun 2,1 ha torpaq sahəsindən 0,05 ha hissəsi yol altında qalmış, 0,10 ha hissəsi isə yolun üst tərəfində qaldığından onların torpağına qatılmışdır. O, dəfələrlə cavabdehlər cavabdeh2 və cavabdeh1 tələb etmişdir ki, onun torpaq sahəsinin girişində qoyduqları dəmir qapını və dəmir keçidi söküb götürsünlər, onun yol altına saldıqları 0,05 ha torpaq sahəsi yolu ləğv etməklə bərpa edib əvvəlki vəziyyətinə salıb özünə qaytarsınlar. Öz torpaqlarına qatdıqları 0,10 ha torpaq sahəsindən qanunsuz istifadələrinə son qoysunlar və onu özünə qaytarsınlar. Lakin cavabdehlər onun bu əsaslı və qanunu tələblərinə əməl etmirlər, əksinə ona hədə-qorxu gəlirlər. Cavabdehlər cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyində və istifadələrində olan 0,15 ha torpaq sahəsinin ona qaytarılması isə 2,1 ha torpaq sahəsini bütövləşdirmək və onu nəvəsinin müalicəsinə sərf etmək üçün real bazar dəyəri ilə satmaq üçün zəruridir. Torpağını almaq üçün gələn müştərilər də ondan tələb edirlər ki, ilk növbədə torpağının reyestr Çıxarışı və Torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən həcmdə, koordinatlar və qonşu sərhədlər (döngə nöqtələri) daxilində bərpasını, həmçinin yolun və qapının ləğv edilməsini təmin etsin, sonra alqı-satqını rəsmiləşdirsin.Cavabdehlər cavabdeh2 və Mühəmməd Mehdizadənin yuxarıda göstərilən qanunsuz hərəkətləri onun xüsusi mülkiyyəti olan 2,1 ha torpaq sahəsinə sahiblik, istifadə və sərəcam vermək, hüququnu pozan hərəkətlərdir.
9. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia tələbi qismən təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2.1 ha torpaq sahəsinin yol kimi istifadə olunan 0.01 ha hissəsindən və bağ kimi istifadə olunan 0.07 ha hissəsindən cavabdeh cavabdeh2 çıxarılması, yol kimi istifadə olunan 0.01 ha hissəsinin cavabdeh cavabdeh cavabdeh2 hesabına əvvəlki vəziyyətinə salnması və həmin yolun başanğıcında quraşdırılan dəmir qapının cavabdeh cavabdeh2 vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.5 və 157.8-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh2 Soltan oğlu apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşadığı Bərdə rayonu, Otuzikilər kəndində bir-biri ilə həmsərhəd kənd təsərrüfatı təyinatlı 2,5 ha, 1,57 ha, 3,877 ha və 0,88 ha torpaq sahələri vardır. Özü əkinçilik və bağçılıqla məşğul olur. Təxminən 2000-ci ildə hazırki iş üzrə iddiaçı İddiaçı özünün təklifi ilə tərəflər arasında razılaşdırılmışdır ki, onun mülkiyyətində olan 0,48 ha torpaq sahəsindən iddiaçı, iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən isə ona məxsus torpaqlara gediş-gəliş yolu verilsin. Belə ki, iddiaçıya məxsus torpaq küncdə olduğu üçün onun tərəfindən düz yerdən 0,48 ha torpaq sahəsi verilmişdir. Onun mülkiyyətində 2,10 ha torpaq sahəsi olsa da, faktiki olaraq onun razılığı ilə mülkiyyətində olan 0,48 ha torpaq sahəsindən istifadə etməklə, hazırda 2,58 ha torpaq sahəsi mövcuddur. 2000-2002-ci illərdə cavabdeh İddiaçı mülkiyyətində olan 0,08 ha hissədə öz torpağına maşın gediş-gəlişi üçün yol çəkdirmişdir. Bunun üçün xeyli sayda yük maşınları ilə qrabil, şeben gətirmiş, işçi qüvvəsi cəlb edərək, külli miqdarda xərc çəkərək yolun çəkilişini başa çatdırmışdır. Qeyd edir ki, ona məxsus torpaq sahəsi elə yerdə yerləşir ki, başqa yoldan istifadə etmək qeyri-mümkündür. Uzun illər istifadə etdiyi həmin yoldan həm piyada, həm də avtomobil yolu kimi bu günədək tərəflər tərəfindən istifadə edilmişdir. Lakin, iddiaçı gediş-gəliş yolu üçün nəzərdə tutulan avtomobil yolundan istifadə edilməsinə şərait yaratmır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, onlar doğma qardaşdırlar. Bərdə rayonu, Otuzikilər kəndində bir-biri ilə həmsərhəd kənd təsərrüfatı təyinatlı 2,5 ha, 1,57 ha, 3,877 ha və 0,88 ha torpaq sahələri vardır. Özü əkinçilik və bağçılıqla məşğul olur. Təxminən 2000-ci ildə iddiaçı İddiaçı özünün təklifi ilə onlar arasında razılaşma olmuş, onun mülkiyyətində olan 0,48 ha torpaq sahəsindən iddiaçı, iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən isə ona məxsus torpaqlara gediş-gəliş yolu çəkdirmişdir. Bunun xərc çəkmişdir. Ona məxsus torpaq sahəsindən başqa yoldan istifadə etmək qeyri-mümkündür. Lakin, iddiaçı gediş-gəliş yolu üçün nəzərdə tutulan avtomobil yolundan istifadə edilməsinə şərait yaratmır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, izahatında göstərmişdir ki, o, Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Ona və ailə üzvlərinə Bərdə rayonu Otuzikilər kənd ərazisindən 3,38 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə Dövlət Aktı vardır. X1 əlavə edilmiş Torpaq sahəsinin planı (cizgisi) sənədinə əsasən JN-*** nömrəli mülk üzrə ayrı-ayrı yerlərdə yerləşməklə 30981,87 kv.m. (3,10 ha) və 2000 kv.m torpaq sahələri mövcud olmuşdur. Bunlardan 30981,87 kv.m. (3,10 ha) torpaq sahəsinin 1000 kv.m (1,0 ha) hissəsi satılmış, qalan 2,1 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında qeydiyyat tarixi ##.##.2019-cu il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************ olan nömrəli Çıxarışa əsasən onun xüsusi mülkiyyətindir. Həmin Çıxarışın tərkib hissəsi olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bərdə Ərazi Idarəsi tərəfindən ##.##.2019-cu il tarixdə tərtib edilmiş A№ ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə onun sözügedən 2,1 torpaq sahəsinin kordinatları, qonşu sərhədləri və döngə nöqtələri rəqəmli (elektron) kadastr xəritəsi ilə dəqiqliklə (1:10000 miqyasla) müəyyən edilmişdir. Cavabdehlərdən cavabdeh2 onun qardaşı, cavabdeh1 isə qardaşı oğludur. cavabdeh1 adına onun sözügedən 2,1 ha torpaq sahəsinin qonşuluğunda 3,877 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Cavabdehlər ona məxsus 2,1 ha torpaq sahəsinin yuxarı başından özünün 3,877 ha torpaq sahəsinə gediş-gəlişini asanlaşdırmaq (məsafəni qısaltmaq) üçün 55 metr uzunluğunda 4,5 metr enində yol salmış, həmin yolun başlanğıcına isə öz başına olaraq məftil tordan və dəmir borudan hazırlamış 4x1,3 metr ölçülü qapı və dəmir listlərdən hazırlanmış keçid qoymuşdur. Odur ki, o, məcburiyyət qarşısında qalaraq 1 km-dək məsafə qət etməklə öz 2,1 ha torpaq sahəsinə başqa istiqamətdən piyada gedib gəlir. Ən əsası isə odur ki, onların bu qanunsuz və özbaşına hərəkətləri nəticəində onun 2,1 ha torpaq sahəsindən 0,05 ha hissəsi yol altında qalmış, 0,10 ha hissəsi isə yolun üst tərəfində qaldığından onların torpağına qatılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
19. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
27. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
28. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, ərdə rayon Otuzikilər kəndində yerləşən 2,1 ha torpaq sahəsi İddiaçı Sotan oğlunun, 1 ha torpaq sahəsi isə cavabdeh2 tam xüsusi mülkiyyətindədir. Iddiaçı ilə cavabdeh torpaq sahələri qonşudurlar. Hazırda iddiaçı mülkiyyətində olan ümumilikdə 2.08 ha olan torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən maneə törətdiyini iddia edir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
48. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
49. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
50. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
51. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
52. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır(Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
53. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə hazrıki tələblə çıxış etmək ixtiyarı vardır.
54. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ## ######## 2024-cü il tarixli nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, TEKUIS melumat bazasına esasen Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahesinin koordinatları, mübahisəli 0,08 ha torpaq sahəsinin sərhədləri ilə eynilik təşkil edir. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla cavabdeh2 oğlunun mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahəsi üst-üstə düşmür. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömreli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2.10 ha torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə etmədiyindən, hal-hazırda 2,28 ha torpaq sahesindən istifadə edir. Istifadə etdiyi torpaq sahəsinin 0,48 ha hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla cavabdeh cavabdeh2 mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahesi ile üst-üstə düşür. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin 0,08 ha hissəsi cavabdeh cavabdeh2 tərəfindən istifadə olunur. TEKUIS məlumat bazasına əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin her hansısa hissəsi cavabdeh cavabdeh2, X3 və ya hər hansısa şexs tərəfindən ümumi istifadə üçün nəzərdə tutulmuş yola qatılmamışdır. Lakin iddiaçı İddiaçı mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin, 0,01 ha hissəsindən cavabdeh cavabdeh2 pay torpaq sahəsinə gedişgəliş yolu məqsədilə yol kimi, yalnız özü istifadə edir.
55. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
56. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
57. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, rəy dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına həmçinin TEKUIS məlumat bazasına istinad edilmişdir.
58. Kollegiya iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə haqlı olmuşdur.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
60. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.