Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1022/2025 08.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən bütünlüklə 22000 (iyirmi iki min) manat pulun və 156(bir yüz əlli altı) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin may ayında mənə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, birlikdə pul qoyub avtomobil alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. O, da onunla razılaşmışdır,2024-cü ilin may ayından 2024-cü ilin avqust ayına kimi olan 2 ay müddətində o, cavabdehə avtomobil alqı-satqısı üçün pul göndərmiş, o da həm qazanclarının yarısını, həm də ona avtomobil alqı-satqısı üçün göndərdiyi pulları ona geri qaytarmışdır.Sonra 2024-cü ilin avqust ayından yenidən cavabdehlə birlikdə avtomobil və telefon alqı-satqısı ilə məşğul olmağa razılaşmışlar. Aralarında olan razılığa əsasən o, ona alver etmək üçün pul göndərəcəkmiş, o isə alqısatqı işlərini ozü görüb, həm onun göndərdiyi pulu, həm də qazanclarının yarısını ona göndərəcəkmiş,Ona görə də o, müxtəlif banklardan kredit götürüb, ona hissə-hissə pul göndərməyə başlamış. O, Cavabdeh m10 pul köçürməsi vasitəsilə ona məxsus +**********21 mobil nömrə vasitəsilə cavabdehə məxsus +**********25 mobil nömrəsinə 12 avqust 2024-cü il tarixdə 5000 manat, 17 avqust 2024-cü il tarixdə 1000 manat, 1500 manat, 20 avqust 2024-cü il tarixdə 500 manat, 21 avqust 2024-cü il tarixdə 820 manat, 180 manat, 26 avqust 2024-cü il tarixdə 700 manat, 31 avqust 2024-cü il tarixdə 1500 manat, 12 sentyabr 2024-cü il tarixdə 5000 manat, 22 sentyabr 2024-cü il tarixdə 2500 manat, 29 sentyabr 2024-cü il tarixdə 2000 manat, 04 oktyabr 2024-cü il tarixdə 5000 manat, 06 oktyabr 2025-ci il tarixdə 1500 manat, 08 oktyabr 2024-cü il tarixdə 1000 manat olmaqla ümumilikdə 28200 (iyirmi səkkiz min iki yüz) manat pul göndərmişdir. Beləliklə, o, cavabdehə göndərdiyi pulla cavabdeh telefon və avtomobil alıb sataraq, əldə etdikləri qazancdan ona pul göndərməyə başladı. Cavabdeh ona qazancları ilə birlikdə 34000 manat pul göndərməli olduğu təqdirdə. Cavabdeh ona ümumilikdə 12000 (on iki min) manat pul göndərmişdir. Cavabdehlə aralarında olan son hesablaşmasına görə onun cavabdehə alver üçün göndərdiyi pullar və qazancları ilə birlikdə cavabdeh iddiaçıya ümumilikdə 22000 (iyirmi iki min) manat pul verməli imiş.Lakin, 2024-cü ilin noyabr ayının ortalarından cavabdeh nəinki qazanclarından, hətta ona göndərdiyi məbləğlərin qalan hissəsini də iddiaçıya göndərməkdən imtina etmişdir.İddiaçı hər dəfə cavabdehdən işlərin nə yerdə olduğunu, niyə qazanclarından olan pulu göndərmədiyini, onun həmin pulları ona kredit götürüb göndərdiyini desə də o hər dəfə iddiaçını aldadaraq bank hesabından pulu çıxarda bilmədiyini bildirmiş və borclu olduğu 22000 (iyirmi iki min) manat pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmədən Cavabdeh 22000(iyirmi iki min) manat pulun və 156(bir yüz əlli altı) manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o hər dəfə cavabdehdən niyə qazanclarından olan pulu göndərmədiyini, onun həmin pulları ona kredit götürüb göndərdiyini demiş lakin cavabdeh hər dəfə iddiaçını aldadaraq bank hesabından pulu çıxarda bilmədiyini bildirmiş və borclu olduğu 22000 (iyirmi iki min) manat pulu qaytarmaqdan imtina etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcminin azaldılmasını, Cavabdeh 13000( on üç min) manat pulun və ödənilmiş 156 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 avqust 2024-cü il tarixli qəbzlərin məzmunundan görünür ki, Cavabdeh hesabına onlayn şəkildə İddiaçı 1000 manat, 1500 manat pul ödəniş etmişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli qəbzlərin məzmunundan görünür ki, Cavabdeh hesabına onlayn şəkildə İddiaçı 500 manat pul ödəniş etmişdir, Həmçinin 21 avqust 2024-cü il tarixdə cavabdehə 820 manat və 180 manat onlayn şəkildə Cavabdeh hesabına ödəniş etmişdir, 31 avqust 2024-cü il tarixdə 1500 manat ödəniş etmiş, 12 sentyabr 2024-cü il tarixdə 5000 manat məbləğində eyni ilə həmin qaydada ödəniş etmiş, 22 sentyabr 2024-cü il tarixində isə 2500 manat yenidən cavabdehə ödəmiş, 29 sentyabr 2024-cü il tarixdə 2000 manat məbləğində ödəniş etmiş, 04 oktyabr 2024-cü il tarixində yenidən 5000 manatı eyni şəkildə cavabdehin hesabına ödəmiş, 06 oktyabr tarixində yenidən iddiaçı cavabdehə 1500 manat pul ödəmiş, 08 oktyabr 2024-cü il tarixdə iddiaçı cavabdehin hesabına 1000 manat sonuncu dəfə pul ödəmişdir. İş materiallarına əlavə edilmiş yazışmalardan görünür ki, İsax adlı şəxs digər şəxsə 22 000 manat pulun ondan borc aldığını və tez bir zamanda qaytaracağını bildirir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilir ki, Cavabdeh hesabına onlayn şəkildə İddiaçı 500 manat pul ödəniş etmişdir, Həmçinin 21 avqust 2024-cü il tarixdə cavabdehə 820 manat və 180 manat onlayn şəkildə Cavabdeh hesabına ödəniş etmişdir, 31 avqust 2024-cü il tarixdə 1500 manat ödəniş etmiş, 12 sentyabr 2024-cü il tarixdə 5000 manat məbləğində eyni ilə həmin qaydada ödəniş etmiş, 22 sentyabr 2024-cü il tarixində isə 2500 manat yenidən cavabdehə ödəmiş, 29 sentyabr 2024-cü il tarixdə 2000 manat məbləğində ödəniş etmiş, 04 oktyabr 2024-cü il tarixində yenidən 5000 manatı eyni şəkildə cavabdehin hesabına ödəmiş, 06 oktyabr tarixində yenidən iddiaçı cavabdehə 1500 manat pul ödəmiş, 08 oktyabr 2024-cü il tarixdə iddiaçı cavabdehin hesabına 1000 manat sonuncu dəfə pul ödəmişdir. Hazırda iddiaçı cavabdehdən borclu olduğunu əsas gətirərək 13000 manat pul tələb edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 13000 manat məbləğində pulun verilməsini, lakin həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı 2024–cü ilin avqust ayından başlayaraq həmin ilin oktyabrınadək müxtəlif tarixlərdə cavabdehə 5000, 1000, 1500, 500, 820, 180, 1500, 5000, 2500, 2000, 5000, 1500, 1000 manat olmaqla borca pul vermişdir. Cavabdeh isə həmin məbləği iddiaçıdan almış və borcunu ödəməkdən yayınmışdır. Lakin cavabdeh borcundan 9000 manat məbləğində olan hissəsini geri qaytarmış, hazırda ödənilməmiş borc 13000 manat təşkil edir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Bununla belə 13000 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı Müşviqoğlu Cavabdeh 13000 manat pul vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 13000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan tələb etdiyi pulun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 13000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Müşviq oğluna ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 13 000 (on üç min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 156 (yüz əlli altı) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1022/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1022/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver