Məhkəmə qərarları › İş №2(076)-1043/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1043/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1043/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 2950,64 manat əsas borcun və bu borca hesablanmış 1327,50 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4278,14 manat məbləğində vəsaitin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 62,79 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında 11 mart 2021-ci il tarixdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 3590.63 (üç min beş yüz doxsan manat altmış üç qəpik) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 300 (üç yüz) manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. Cavabdeh öhdəliyini tam şəkildə icra etmədiyindən müqavilənin 2.4-cü maddəsinin tələbi əsasında qalıq borc üzrə 1327,50 (bir min üç yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində dəbbə pulu öhdəliyi yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş qalıq borca dair arayışdan müəyyən olunur ki, 30 yanvar 2023-cü il tarixinə cavabdehin iddiaçıya 2950.64 (iki min doqquz yüz əlli manat altmış dörd qəpik) manat əsas borc və bu borca hesablanmış 1327,50 (bir min üç yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4278,14 (dörd min iki yüz yetmiş səkkiz manat on dörd qəpik) manat ödənilməmiş borc öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşə əlavə edilmiş cavabdehə məxsus məlumatlar üzrə çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Şəmkir rayonu, Düyərli kəndində pasport qeydiyyatındadır. iddiaçı tərəfindən 22 dekabr 2022-ci il tarixində cavabdehin qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. İddiaçı tətərfindən məhkəməyə müraciət edilməsi məqsədi ilə 62,79 (altmış iki manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin rüsum da cavabdehdən tutulub İddiaçıya ödənilməlidir. Ona görə də, Cavabdeh 2950,64 manat əsas borcun və bu borca hesablanmış 1327,50 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4278,14 manat məbləğində vəsaitin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 62,79 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi X3 məhkəməyə ərizə və teleqramla müraciət edərək, mülki işə onların iştrakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iclasında çıxış edərək bildirdi ki, o, qardaşı ilə birlikdə mağazası işlətmişdir, həmin mağazanın vöeni onun adına olmuşdur. Veysəloğlu MMC-dən aldıqları məhsullara görə borcu yaranmışdır. Bundan sonra onunla Veysəloğlu MMC arasında borcun etirafı və ödənilməsi ilə bağlı müqavilə bağlanılmışdır. O, iddiaçıya borcunun olmasını qəbul edir, vaxt verilsə borcunu hissə-hissə ödəyəcəkdir. Borc məbləği ilə bağlı dəbbə pulunun azaldılaraq, iddia tələbinin əsas borc hissəsində təmin olunmasına etiraz etmir. İddiaçı Məhdud MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edəbilməyəcəyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “borcun etiraf və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, Cavabdeh 3590,63 manat məbləğində borcun yarandığını tam etiraf etmişdir. Cavabdeh 12 ay müddətə 3590,63 manat məbləğində borc pulu xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 300 manat kreditora ödəməyi, ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5 faiz miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş borcun ödənilməsi barədə pretenziyadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 51 nömrəli məktub göndərilərək borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Əks halda tələb olunan məbləğin cavabdehdən məcburi qaydada ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan borca dair maliyyə arayışından görünür ki, Cavabdeh 11 mart 2021-ci il tarixli borc müqaviləsi üzrə borclu olduğu 3590,63 manat borc puldan 639,99 manat iddiaçının hesabına ödəniş etmiş, 30 yanvar 2023-cü il tarixinə cavabdehin müqavilə üzrə iddiaçıya 2950,64 manat əsas borc, borca hesablanmış 1327,50 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4278,14 manat ödənilməmiş borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında olan alq-satqı nəticəsində cavabdehin iddiaçıya borcu yaranmı, bundan sonra İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “borcun etiraf və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, Cavabdeh 3590,63 manat məbləğində borcun yarandığını tam etiraf edərək 12 ay müddətinə 3590,63 manat məbləğində borc pulu xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay 300 manat kreditora ödəməyi, ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5 faiz miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürmüş, həmin borc məbləğindən cavabdeh 639,99 manat iddiaçının hesabına ödəniş etmiş, 30 yanvar 2023-cü il tarixinə cavabdehin müqavilə üzrə iddiaçıya 2950,64 manat əsas borc, borca hesablanmış 1327,50 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4278,14 manat ödənilməmiş borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında əsas borc hissəsində iddianı qəbul etmiş, dəbbə borcunu isə azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iş üzrə tərəflər arasında borcun etirafı və ödənilməsi barədə müqavilə bağlanmış və bununla da cavabdehin müqavilə üzrə öhdəliyi yaranmışdır. Cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı əsas borc məbləğinə müqavilənin şərtinə uyğun olaraq dəbbə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə dəbbə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər əsas borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə eyni zamanda iddianın dəbbə pulunu ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə dəbbənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1327,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh xx.xx.2021-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 2950,64 manat məbləğində əsas borc və 700 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-nə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, iddia ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 62,79 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə həmin məbləğin iddianın təmin edilmiş hissində 57 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını, 5,79 manat hissəsinin iddiaçının özünə aid edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2950,64 manat əsas borc və 700 manat dəbbə borcu olmaqla, ümumilikdə 3650,64 (üç min altı yüz əlli manat altmış dörd qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 57 (əlli yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar