Məhkəmə qərarları › İş №2(076)-105/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-105/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-105/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus avtomaşına dəymiş 3490 (üç min dörd yüz doxsan) manat məbləğində ziyanın və ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 sentyabr 2021-ci il tarixdə özünə məxsus avtomaşınla Şəmkir-Qaracəmirli yolunun 8-ci km-də hərəkətdə olduğu vaxt ona məxsus Mersedes Benz markalı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində Cavabdeh ona 3490 manat məbləğində ziyan vurmuşdur. Həmin hadisə ilə bağlı Şəmkir rayon polis şöbəsində tədbir görülmüş və bu barədə qərar qəbul edilmişdir. Hadisə Cavabdeh təqsiri ucbatından baş vermişdir. Ona dəymiş 3490 manat məbləğində maddi ziyan avtoservis müəssisəsinin rəyi əsasında öz sübutunu tapmışdır. Hadisə vaxtı və hadisədən bir müddət sonra Cavabdeh ona dəyən ziyanı ödəməsini tələb etmişdir. Lakin cavabdeh bu günə kimi ona dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən, Cavabdeh ona məxsus avtomaşına vurmuş olduğu 3490 (üç min dörd yüz doxsan) manat məbləğində ziyanın və ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək bildirdi ki, iddiaçının maşınına onun təqsiri nəticəsində ziyan dəymişdir. Lakin iddiaçı iddia ərizəsində maddi ziyanla bağlı göstərdiyi məbləğ şişirdilmiş məbləğdir. İddiaçının maşınına 3490 manat məbləğində ziyan dəyməmişdir. Hadisə vaxtı da iddiaçıya dəymiş ziyanı ödəməyə imkanı olmadığını və iyul ayına kimi vurmuş olduğu ziyanı ödəyəcəyini bildirmişdir. Ona görə də, iddia tələbinin qismən təmin olunmasını barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh kustar üsulla hazırladığı avtomobillə hərəkət edərkən, Şəmkir-Qaracəmirli yolunun kənarında yol ayrıcına çatanda, Şəmkir şəhər istiqamətindən Qaracəmrli kəndi istiqamətində hərəkət edən İddiaçı məxsus avtomobilin işıqlarını görmüş, yol ayrıcına yaxınlaşıb, yolu bir tərəfdən digər tərəfə keçmək istəyərkən, Mersedes Benz markalı avtomobil yolun hərəkət hissəsində Cavabdeh idarə etdiyi avtomobili sol yan tərəfindən vurmuşdur. İddiaçı hadisə nəticəsində ona məxsus avtomobilə 3490 manat məbləğində ziyan dəydiyini bildirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan ziyan aktından görünür ki, İddiaçı məxsus Mersedes Benz C- 180 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssis baxış keçirmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Qabaq bamper 250 manat, qabaq panel 80 manat, sifətlik 80 manat, qabaq kapot 350 manat, kondisonerin radiatoru 100 manat, ventilyator 40 manat, elektropər 120 manat, su nasosu 50 manat, faralar 200 manat, qabaq sağ qanad 80 manat, genişlənmə baçoku 40 manat, sükan gücləndirici 70 manat, hava filtirinin çanağı 40 manat, qabaq dönmə işıqları 100 manat, alın şüşə 120 manat, alt kasa 50 manat, aerobaklar 200 manat, sükan 50 manat, qabaq qanadaltılar 40 manat, tarpedo 140 manat, mühərrikin alt qoruyucusu 30 manat, buferin krasteyinləri 30 manat, tənəkəçi zəhmət haqqı 500 manat, rəngsazın zəhmət haqqın 500 manat və avtoelektrikin zəhmət haqqın 100 manat cəmi 3490 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3085 rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mersedes Benz” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 3280,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırılması zamanı Cavabdeh idarə etdiyi avtomobilin Mersedes Benz C-180 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olduğu, avtomobilin hadisədən əvvəlki vəziyyətinə gətirilməsi üçün 3280,0 manat xərc tələb olunduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, ekspert rəyini nəzərə alıb 3280,0 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 3280,0 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 107 və 115.0.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ödənilmiş dövlət rüsumu 55 manat, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinə istinad edərək belə qənaətə gəlir ki, 50 manat ekspertiza xərcinin 45 manat hissəsi cavabdehdən, 5 manat hissəsi isə iddiaçıdan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumunun 51.88 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3280,0 manat (üç min iki yüz səksən) manat pul və 51.88 (əlli bir manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun 5 (beş) manat hissəsi İddiaçı, 45 (qırx beş) manat hissəsi isə Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar