Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1056/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o uzun müddətdir sement alqısatqısı ilə məşğul olmaqla “Akkord” və İran İslam Respublikası şirkətlərindən sement götürərək Gəncə şəhər və ətraf rayonlarda topdan və pərakəndə satışı ilə məşğul olmuş və cavabdehi də 2013-cü ildən tanımışdır. Belə ki, cavabdeh əvvəlcə mərhum qardaşı X1 ilə birlikdə ondan topdan alaraq sement götürərək Şəmkirdə və ətraf rayonlarda satmış və satışdan sonra pulunu ödəmişdir. Cavabdeh müxtəlif vaxtlarda ondan sement götürərək satmış və onun ona 20000 manat borcu qalmışdır. Cavabdeh götürdüyü sementi borca verdiyini pullarını yığan kimi qaytaracağını desə də sonradan müxtəlif bəhanələr edərək ondan aldığı sementin pulunu qaytarmaqdan imtina etmişdir. O dəfələrlə görüşərək ondan pulunu ödəməsini xahiş etsə də müxtəlif bəhanələr edərək yayınır. Bir neçə dəfə mobil telefonla əlaqə saxlamışdır, sonuncu dəfə isə bildirmişdir ki, 9000 manat borcu qalıb, o ondan Şəmkir Rayon Polis şöbəsinə şikayət etmişdir, cavabdeh orada bildirmişdir ki, 4000 manat borcu qalıb. Şikayəti üzrə mübahisənin mülki xarakterli olması bildirildi, cavabdehin əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edildi. Hazırda cavabdehin günahı üzündən o 20000 manat ziyana düşmüşdür. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək, o Şəmkir Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 20000 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmin iddiada cavabdehin ona 20000 manat borcunun aralarında olan sement alqı-satqısına görə yarandığını göstərmişdir. İddia ərizəsinə əlavə olaraq göstərir ki, cavabdeh həmin sementləri ondan ayrı-ayrı vaxtlarda götürmüşdür. Belə ki, o xx.xx.2013-cü il tarixdə Bakı şəhərindən 800 kisə, hər kisənin qiyməti 5.80 manat olmaqla 50 kiloluq, İran_Mazandaran sementini cavabdehə göndərmiş, həmin sementin dəyəri 4640 manat olub, cavabdeh qeyd olunan borcdan 510 manat avtomobilə yol xərci verib, 950 manat ona ödəyib. Qeyd olunan borc üzrə cavabdehin ona 3180 manat borcu qalıb. Bundan başqa xx.xx.2013-cü ildə 400 marka, 500 ədəd 50 kiloluq, hər kisənin dəyəri 4.80 manat olmaqla, 2400 manat dəyərində “Akkord” sementini cavabdehə göndərmişdir. Cavabdeh həmin borcdan ödəniş etməyib. xx.xx.2014-cü ildə EM-300 markalı, 400 kisə, 50 kiloluq, hər kisənin dəyəri 4.20 manat olmaqla, 1680 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 575 kisə, 50 kiloluq, hər kisənin dəyəri 4.20 manat olmaqla, 2415 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 350 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 1295 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 163 kisə, 40 kiloluq, hər kisənin dəyəri 4.00 manat olmaqla, 652manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-500 markalı, 600 kisə, 50 kiloluq, hər kisənin dəyəri 5.20 manat olmaqla, 3120 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 301 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.80 manat olmaqla, 1143.80 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 150 kisə, 40 kiloluq, hər kisənin dəyəri 4.00 manat olmaqla, 600 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 300 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.80 manat olmaqla, 1140 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 180 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.80 manat olmaqla, 684 manat dəyərində,“Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 250 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 925 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir.xx.xx.2014-cü il tarixdə EM-500 markalı, 200 kisə, 50 kiloluq, hər kisənin dəyəri 5.10 manat olmaqla, 1020 manatdəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 380 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 1406 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 352 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 1303 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. Həmin göndərdiyi sementlərin dəyərindən cavabdeh xx.xx.2014-cü il tarixdə 1000 manat, xx.xx.2014-cii il tarixdə 850 manat, xx.xx.2014-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixdə cavabdeh 2013-cü ildə götürdüyü EM-400 markalı sementdən 114 kisəsini, hər kisənin dəyəri 4.80 manat olan, ümumi dəyəri 547.20 manat dəyərində sementi yararsız olduğu üçün geri qaytarıb. İddia ərizəsində qeyd olunan 547.20 manat texniki səhv olaraq qeyd edilməmişdir. Ona görə də həmin qaytarılmış sementin dəyəri cavabdehin borcundan çıxılmalıdır. Hazırda cavabdehin 19566.80 manat borcu qalmışdır. Ona görə də Cavabdeh 19566.80 (on doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, o, Cavabdeh təxminən 2013-cü ildən tanıyır və onunla heç bir ədavəti və düşmənçəliyi yoxdur, daim münasibətləri yaxşı olmuşdur. O, Aqili etdikləri ticarətlə bağlı tanımışdır. Belə ki, o, şirkətlərdən topdan sement götürüb paylamış və Aqilə isə 2013-cü ildə İran sementi vermişdir. 2014-2015-ci illərdə isə o, Aqili rəhmətlik qardaşı Telmanla tanış etmiş və onlara satıb pul qazanmaları üçün Akkord sementi vermişdir. Həmçinin Aqil tikinti materiallarının pərakəndə satışı ilə məşğul olduğu üçün ondan nisyə sement almışdır. Onun hazırda tələb etdiyi pul şəxsən Aqilin özünün satış edəcəyi üçün aldığı sementdən qalan puldur. Onların arasında illik 100-150 min manat dövrüyyə olmuşdur. Qeyd olunan pulun 3180 manatı 2013-cü ildə Aqilə satdığı İran sementinin puludur. Həmçinin onu da qeyd etmək istəyir ki, 3180 manat deyil dollar olmuş, lakin cavabdeh dolların qalxdığı üçün onun manatla əvəzləşdirməməsini ondan istədiyi üçün o da etiraz etməyib manat kimi qeyd etmişdir. Ondan 19000 manatlıq sementi şəxsən Aqil özü götürüb və öz obyektində satmaq üçün istifadə edib. O akkord sementinin regionda satılmasını Telman ilə Aqilə həvalə etmiş, bundan əlavə Aqilə özü satması üçün akkord sementi vermişdir, həmçinin İran sementini isə şəxsən Aqilin özünə vermişdir. Onun Aqillə aralarında olan alverdə dövrüyyə hədsiz yüksək olub, lakin yekunda qalan ödənilməyən pul budur. Akkord şirkəti bir neçə dəfə ondan Aqilə verdiyi pulu istəmiş, bu zaman o Aqilə şirkət pulunu istədiyini bildirmiş, lakin Aqil pulunun olmamasını bildirərək obyektində olan çənləri borcunun qarşılığında təklif etmişdir. O, bununla bağlı şirkətə bildirmiş, şirkət nümayəndələri gəlib Aqilin obyektində olan çənlərə baxmış, lakin Aqil çənləri çox baha qiymətə hesablamaq istədiyi üçün şirkət bununla razılaşmamışdır. O, Aqildən pulunu bir neçə dəfə istəmişdir. Qardaşı Telman pandemiya zamanı rəhmətə getmişdir. Qardaşı Telman öldükdən sonra o, Aqilə zəng vurmuş və ona qardaşının ölməsini bildirmədən ona olan borcunu soruşmuş və səs yazısını qeyd etmişdir. Aqil həmin zaman borcunun dollarnan olan hissəsinin manatla əvəz edilməsini, həmçinin 9000 manat borcu olmasını və o bir neçə dəfə ona 20000 manat borcun var dedikdə etiraz etməmiş, borc kitablarına baxıb dəqiqləşdirib deyəcəyini bildirmiş, lakin keçən bu müddət ərzində borc məbləğinə münasibət bildirməmişdir. O, qeyd olunan pulla bağlı ilk olaraq polisə müraciət etmiş və Aqilin polisdə də izahatı alınmış və ona 4000 manat borcu olduğunu etiraf etmişdir. Səs yazısında, cavabdehin polisdə olan ifadəsində və məhkəmədə verdiyi ifadədə borcunu etiraf etməsini nəzərə alınaraq iddianın təmin edilməsini, Cavabdeh 19566.80 (on doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o İddiaçı 2013-cü ildən tanımış və İddiaçıla və onun qardaşı Telman ilə uzun illər ticarət etmişdir. Onların arasında pandemiya vaxtına qədər ticarət əlaqələri olmuş və təxminən illik 100-150 min manatlıq dövrüyyələri olmuşdur. O iddiaçı İsadan 2013-cü ildə İran smenti almış və daha sonra isə Akkord smenti almışdır. O hazırda iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan malları iddiaçının qardaşı Telmandan almışdır. Qeyd olunan malları Telmandan almış və pullarını ödəmişdir. O dəftərlərini itirdiyi üçün borcunun nə qədər olmasını dəqiq deyə bilmir, lakin təxminən onun hazırda 950 manat borcu Telmana qalıb. Onlar ticarət etdikləri müddətdə, O hər gün 50-100 kisə sementi öz obyektində satmışdır. O mərhum Telmanla haqq-hesab etmişdir. O həm pərakəndə sement satmış, həm də Telmanla birgə topdan sement paylamışdır. O sement satmaq üçün müştəri tapmışdır və malları nisyə paylamışdır. Nisyə malların pulunu o və Telman yığmışdır. O sementi 2013-2014-cü illərdə paylamışdır, daha sonra Telmandan ayrılmış, Telmanın özü sement paylamağa başlamışdır. Onun İsanın özünə borcu olmuş lakin o borcunu ödəmiş və təxminən İsaya 170 manat borcu qalmışdır. Onlar İsa ilə ticarət edərkən o, İsadan 1 maşın təxminən 250 kisə sementi nisyə olaraq almış və onu satıb pulunu ödəmiş və yenidən nisyə mal almış və bu şəkildə dövriyyə etmişlər. Onların ticarət etdikləri vaxtlarda onun borcu çox olmuş, lakin ayrıldıqdan sonra Telman gəlmiş və onlar hesablama edərək borcunu ödəmişdir. O günə ortalama 50-100 smenti öz obyektində satmış və onun aylıq dövriyyəsi 10000-50000 azərbaycan manatı arasında dəyişmişdir. Telmanla birlikdə payladıqları smentləri isə o, müştəriləri tapmış, Telman paylamış, o isə nisyə malların pulunu yığmış və Telmana vermişdir. Daha sonra Telman malları özü paylamağa başlamış və onu həmin alverdən kənarlaşdırmışdır. Onlar ayrılanda Telmanla hesablaşa bilməmiş, onun təxminən 950 manat boru olmuş və 6 il ərzində ona olan borcunu ödəməmişdir. O topdan nisyə payladığı malların pullarını yığa bilməmişdir. İsa zəng vurub ondan pulunu istəmiş və o da borcu olduğunu bildirmişdir. Polisdə izahat verərkən ona adını bilmədiyi polis əməkdaşı qışqırmış və ona təsir etmişdir. Ona görə də o polisdə borcunun olmasını etiraf etmişdir. İddiaçının qeyd etdikləri çənlər ona məxsus obyektdə olmuşdur. Zülfüqar məllim gəlmiş və çənlə bağlı aralarında söhbət olmuş, onlar onun borcunun əvəzinə çənləri götürmək istəmiş, lakin o həmin vaxt nə qədər borcu olmasını bilməmiş və çənlərin onun olmadığını, qohumuna aid olmasını ona satmaq üçün verdiyini bildirmişdir. O iddiaçının kağız üzərində ona olan borcunu isbat etməyə sübutu olmadığı üçün borcu qəbul etmir. Səs yazısının İsa ilə onun arasında oldugunu bildirir və səs yazısı ona aitdir. O səs yazısından sonra İsaya pul ödəməmiş, o borcunu təxmini hesablamış, İsaya 170 manat borcu olmuşdur. Banka olan borcuna görə onun evi əlindən alınmış bu zaman onun hesab dəftərləri itmişdir. Onun nisyə verdiyi sementin pulunu yığa bilməmiş, miqdarını dəqiq xatırlamasa da təxminən 5000-6000 manat məbləğində olmuşdur. O iddia ilə razı deyil, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o hazırda "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Şirkətin adı əvvəl Su tikinti olmuş lakin 2022-ci ildə dəyişmişdir. O İddiaçı və Cavabdeh tanıyır. Belə ki onlar İddiaçı nisyə sement vermişlər, İsa isə bölgələrdə paylayaraq satmışdır. Təxminən 2014-2015-ci illərdə Düyərlinin kənarında Cavabdeh obyektində olmuşdur. Onlar malı İsaya vermişlər İsa isə Aqil və Telmanın vasitəsi ilə paylamışdır. Bir dəfə də o Aqilin obyektində borc pulla bağlı problem olduğu üçün yəni onlar İsadan nisyə satılmış sementin pullarını tələb etdikdə, İsa malları Aqilə verdiyini və Aqilin pulunun olmamasını, pulun əvəzində Aqilə məxsus çənləri götürmələrini bildirmiş, ona bu barədə Telman da demişdir ki, Aqildə çənlər var borcun əvəzinə çən götürsünlər. Onların sirkətin daxilində bir çox başqa müəssisələr olduğundan onlar pullarını qurtarmaq üçün çənə baxıb həmin çənləri başqa müəssisələrdə istifadə etmək istəmişlər. Onlar Aqilə məxsus Şəmkir rayonu, Düyərli kəndi ərazisində yerləşən obyektə getmişlər və Aqilin obyektində olan çənlərə baxmışlar. Aqildə olan çənlər 50-60 tonluq çənlər olmuşdur. Həmin vaxt Aqil çənləri çox baha təxminən birini 11000 manata dediyi üçün, onlar bununla razılaşmamış və çənləri götürməmişlər. Həmin vaxt təxminən 18000-19000 manat Aqilin borcu olmuşdur. Daha sonra isə Aqilə verilmiş malların borcu odənilmədiyidən ona sement verilməsini saxlamışlar. Hazırda da həmin borc məbləği ödənilməmişdir. Məhkəmə, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, eləcə də təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nin 6 saylı yataqxanasının ətrafında müvəqqəti məskunlaşan İddiaçı Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şəmkir rayonu Düyərli kəndində yaşayan Aqil adlı şəxsin 2013-2017-ci illər ərzində ondan və mərhum qardaşı Telmandan 20000 manat dəyərində sement almasını, lakin pulunu mənimsəyib, dələduzluq etməsini bildirmişdir. İddiaçı ərizəsi 24 noyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsində HK-1/4Q04 nömrəsində qeydə alınaraq yoxlanılması üçün icraata daxil olmuşdur. İlkin yoxlama zamanı İddiaçı izahatında göstərmişdir ki, Şəmkir rayonu Düyərli kənd sakini Cavabdeh 2013-cü ildən tanıyır. Onların hər hansı bir ədavəti yoxdur. Təxminən 2013-cü ildən mərhum qardaşı X1 ilə birlikdə şirkətlər tərəfindən İran və Akort sementlərini götürüb ətraf rayonlara satış üçün paylamışlar. Həmin çeşiddə olan sementləri ondan Cavabdeh topdan götürüb pərakəndə satışını etmişdir. Cavabdeh sementi götürüb satdıqdan sonra hissə-hissə ödəsə də ona və qardaşına verməli pulların 20000 manatını verməyib başqa şəxslərə borclu olduğu pulun yerinə ödəmişdir. Həmin 20000 manat pulu digər borclarının yerinə verdiyini özü etiraf etmişdir. O, bir neçə dəfə Aqildən borclu olduğu pulu istəməsinə baxmayaraq Aqil müxtəlif bəhanələr gətirib pulunu verməmişdir. O, Aqildən pulunu ala bilmədiyi üçün bu barədə polisə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh Şəmkir rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, barəsində şikayət edən İddiaçı İsrafil oğlunu Gəncə şəhərində yaşayan Kəlbəcərli kimi tanıyır, O, onun özü və mərhum qardaşı Telmanla birlikdə ticarətlə məşğul olmuşdur. Belə ki, o, İsa və mərhum qardaşı ilə birlikdə Şəmkir və Tovuz rayonu ərazisində sement satışı ilə məşğul olmuşdur. İsa ilə onun mərhum qardaşı Telman ona gətirdikləri sementlərin satışı ilə məşğul olmuşdur. Təxminən 2015-ci ildən bəri fəaliyyətini dayandırmışdır. Buna səbəb nisyə verdiyi sementlərin pullarının müxtəlif şəxslərdən ala bilməməsi olmuşdur. İsanın yazmış olduğu ərizə ilə tanış olmuşdur. Bildirmək istəyir ki, o İsadan və mərhum qardaşı Telmandan sement almışdır, lakin onun ona 20000 manat borcu yoxdur. Onun təxminən İsaya 4000 manat borcu qalmışdır. Bəlkədə onun ona borcu qalmamışdır. Belə ki, onun mərhum qardaşı Telman ilə qazancı hesablanmamışdır. İş mteriallarında SD-diskdə olan İddiaçı ilə Cavabdeh arasında olan səs yazısından görünür ki, İddiaçı Cavabdeh sement satışından olan borcunun olmasını, nisyə satılmış sementin pulunun yığılmadığını, şirkət borcunu istədiyini və hesabat apardığını, təxminən 16000-17000 manat arası şirkətə borcunun olmasını bildirir, 2013-cü ildən İsanın özünə borcu olduğunu soruşur və hardasa 3200 ABŞ dollar olduğunu, lakin manatla verilməsinə etiraz etməmiş, ümumilikdə borcun 20000 manat olması və hər il hissə-hissə niyə ödənilməməsi bildirilir. Cavabdeh maddi imkanının olmamasını, şirkətə təxminən 9000 manat borcu olduğunu, qazancının hesablanmamasını, borcunu hesablayacağını və ona deyəcəyini bildirir, İddiaçı olan borcunun yadından çıxdığını, 3200 ABŞ dollar olmasına etiraz edərək, manatla hesablamasını deyir. İddiaçı 2013-cü ildən ümumilikdə 20000 manat borcunun olmasına Cavabdeh etiraz etmir. İşdə olan Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan AO ******* saylı hərbi biletin surətindən görünür ki, Cavabdeh xx.xx.1987ci il tarixdə doğulmuşdur. İşdə olan Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında yaşayır. İşdə olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 2013-cü ildən nisyə sement alqı-satqısına dair razılaşma olmuşdur. İddiaçı özünə və həmçinin şirkətə məxsus sementi satıb pulunu qaytarmaq şərti ilə Cavabdeh vermiş, aralarında uzun müddət ticarət əlaqələri olmuş, cavabdeh nisyə aldığı sementin pulunu ödəmədiyindən iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı xx.xx.2013cü il tarixdə Bakı şəhərindən 800 kisə, hər kisənin qiyməti 5.80 manat olmaqla 50 kiloluq, İran_Mazandaran sementini cavabdehə göndərmiş, həmin sementin dəyəri 4640 manat olub, cavabdeh qeyd olunan borcdan 510 manat avtomobilə yol xərci verib, 950 manat ona ödəyib. Qeyd olunan borc üzrə cavabdehin ona 3180 manat borcu qalıb. Bundan başqa xx.xx.2013-cü ildə 400 marka, 500 ədəd 50 kiloluq, hər kisənin dəyəri 4.80 manat olmaqla, 2400 manat dəyərində “Akkord” sementini cavabdehə göndərmişdir. Cavabdeh həmin borcdan ödəniş etməyib. xx.xx.2014-cü ildə EM-300 markalı, 400 kisə, 50 kiloluq, hər kisənin dəyəri 4.20 manat olmaqla, 1680 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 575 kisə, 50 kiloluq, hər kisənin dəyəri 4.20 manat olmaqla, 2415 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 350 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 1295 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 163 kisə, 40 kiloluq, hər kisənin dəyəri 4.00 manat olmaqla, 652 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-500 markalı, 600 kisə, 50 kiloluq, hər kisənin dəyəri 5.20 manat olmaqla, 3120 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 301 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.80 manat olmaqla, 1143.80 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 150 kisə, 40 kiloluq, hər kisənin dəyəri 4.00 manat olmaqla, 600 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 300 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.80 manat olmaqla, 1140 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 180 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.80 manat olmaqla, 684 manat dəyərində,“Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 250 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 925 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-500 markalı, 200 kisə, 50 kiloluq, hər kisənin dəyəri 5.10 manat olmaqla, 1020 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 380 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 1406 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. xx.xx.2014-cü il tarixdə EM-300 markalı, 352 kisə, 40 kiloluq, hər kisənin dəyəri 3.70 manat olmaqla, 1303 manat dəyərində, “Akkord” sementini cavabdehə göndərmişdir. Həmin göndərdiyi sementlərin dəyərindən cavabdeh xx.xx.2014-cü il tarixdə 1000 manat, xx.xx.2014-cii il tarixdə 850 manat, xx.xx.2014-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixdə cavabdeh 2013-cü ildə götürdüyü EM-400 markalı sementdən 114 kisəsini, hər kisənin dəyəri 4.80 manat olan, ümumi dəyəri 547.20 manat dəyərində sementi yararsız olduğu üçün geri qaytarmış, hazırda cavabdehin 19566.80 manat borcu qalmış, lakin həmin vaxtdan hal-hazıradək borcunu və ya aldığı əşyanı qaytarmamışdır. Məhkəmə cavabdehin iddia tələbinin qəbul etməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh öz izahatında iddiaçı ilə aralarında 2013-cü ildən sementin nisyə alqı-satqısına diar ticarət etdiklərini və aralarında illik 100000-150000 manatlıq dövrüyyələri olduğunu bildirmiş. Bundan əlavə İddiaçı ilə cavabdeh telefonla danışarkən sement satışından olan borcunun olması, nisyə satılmış sementin pulunun yığılmadığını, təxminən 16000-17000 manat arası şirkətə olan borcunun olması, 2013-cü ildən İsanın özünə 3200 ABŞ dollar borcu olması diqqətinə çatdırılmış, bu zaman Cavabdeh maddi imkanının olmamasını, şirkətə təxminən 9000 manat borcu olmasını, qazancının hesablanmamasını, borcunu hesablayacağını və deyəcəyini, İddiaçı olan borcunun yadından çıxardığını, 3200 ABŞ dollar olmasına etiraz edərək, manatla hesablamasını bildirmiş, İddiaçı 2013-2014-cü ildən ümumilikdə 20000 manat borcunun olmasına dair söylədiklərinə etiraz etməmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında iddiaçının kağız üzərində ona olan borcunu isbat etməyə sübutu olmadığı üçün borcu qəbul etmədiyini, səs yazısının İsa ilə onun arasında oldugunu, o səs yazısından sonra İsaya pul ödəmədiyini, hesab dəftərlərini itirdiyini, iddiaçı tərəfindən ona nisyə verilmiş sementin pulunu yığa bilmədiyini, miqdarını dəqiq xatırlamasa da təxminən 5000-6000 manat məbləğində olduğunu bildirmiş, iddia tələbinin əsassız olmasına dair əsaslı bir dəlil irəli sürməmiş, aldığı sementin pulunun qaytarılmasına dair heç bir sübutu məhkəməyə dəqdim etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh nisyə aldığı sementin ödənilməmiş dəyəri 19566.80 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün iddia ərizəsi verilərkən dövlət rüsumu ödəməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq 148,7 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19566.80 (on doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 148,7 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1056/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1056/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver