Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-106/2023 23.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı Naiq oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Naiq oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Naiq oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1500 (min beş yüz manat) manat və 35 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" QSC-dən kredit götürərkən ondan ona zamin durmağını xahiş etdiyinə görə ona zamin durmuşdur. Cavabdehlə "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli 34L**********72 saylı müqavilə əsasında uzunmüddətli kredit xətti açılmış və xx.xx.2016-cı il tarixli 034R********** saylı kredit razılaşması əsasında cavabdehə 18 ay müddətində hissə ilə ödəmək şərti ilə 2000 (iki min) manat kredit verilmişdir. Onunla bank arasında bağlanmış müvafiq zaminlik müqaviləsi əsasında cavabdehin götürdüyü krediti ödəmiyəcəyi halda həmin krediti ödüyəcəyini öhdəsinə götürmüşdür. Ancaq cavabdeh götürdüyü krediti ödəməməsinə görə "xxxx" QSC cavabdehə və ona qarşı həmin müqavilə üzrə ödənilmiş 2000 (iki min) manat məbləğində kreditin cavabdehdən və ondan tutulmasının tələb etmişdir. Şəmkir rayon Məhkəməsi (hakim M.Mustafayev) xx.xx.2020-ci il tarixli 2(076)-1873/2020 saylı qətnaməsi ilə iddiaçının iddiasını təmin edərək 2000 (ik min) manat kredit pulunu ondan və cavabdeh –Cavabdeh tutulub Banka ödənilməsini qət etmişdir. İddiası üzrə cavabdeh məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini ödəməkdən boyun qaçırmasına görə məcburən tərəfindən bankla olan razılaşmalarına əsasən 1500 (bir min beş yüz) manat pul banka ödənilərək həmin borc tələbi bağlanmışdır. Bundan sonra cavadehdən onun əvəzinə banka ödədiyi 1500 manat pulun ona qaytarılmasını tələb etməyinə baxmayaraq bu günə qədər müxtəlif bəhanə ilə ödəməkdən imtina etmişdir. Ona görə də cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı Naiq oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, iddiaçının o borcu banka ödəməsindən məlumatı yoxdur və məhkəmə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1873/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh və İddiaçı Naiq oğlundan 13 dekabır 2016-cı il tarixli kredit razılaşması üzrə 2000 (iki min) manat məbləğində pul müştərək qaydada alınıb "xxxx" QSC-nə verilməsi, habelə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat rüsumun Cavabdeh və İddiaçı Naiq oğlundan müştərək qaydada alınıb "xxxx" QSC-nə verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" QSC-tinin İddiaçı Naiq oğlunun sorğusuna cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh krediti üzrə İddiaçı Naiq oğlunun hal-hazırda zamin kimi öhdəliyi yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, "xxxx" QSC Cavabdeh kredit vermiş, İddiaçı Naiq oğlu da kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan kreditor qarşısında öhdəliklərini yerinə yetirməmiş, kreditor isə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon məhkəməsinin 2(076)-1873/2020 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ondan, o cümlədən Cavabdeh müştərək qaydada 1500 manat və 30 manat dövlət rüsumunun tutularaq "xxxx"QSC-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı Naiq oğlu zaminlik öhdəliyini icra etmiş və onun əsas borclu qarşısında tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 1500 manat məbləğində pul tutularaq İddiaçı Naiq oğlua verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz manat) manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı Naiq oğluna verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-106/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-106/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver