Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1065/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X7 qarşı “nikahın pozulması və aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X8 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Şəmkir rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 30 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X11 ilə 2005-ci il tarixdə nikahlarını qeyd etdirmədən ailə qurmuş, 2006-cı ildə nikahlarını qeyd etdirmişlər. Birgə nikahdan 2005-ci il təvəllüdlü Aysel və 2007-ci il təvəllüdlü Ayxan adlı uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə münasibətləri normal olsa da sonradan münasibətləri pisləşmişdir. Cavabdehlə 2022-ci ilin yanvar ayına qədər birlikdə yaşasalar da, hazırda faktiki olaraq ayrılmışlar. Bu vəziyyətdə birgə yaşamaqları mümkün deyil, aralarında olan nikah formal xarakter daşıyır. Qeyd olunanları nəzərə alaraq onunla cavabdeh arasında Şəmkir rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 30 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X3 qızının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X8 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlə aralarında olan nikahın pozulmasını istəmədiyini, sadəcə birgə nikahdan olan hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 207499 nömrəli 31 yanvar 2006cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 arasında xx.xx.2006-cı il tarixdə Şəmkir rayonu Qeydiyyat Şöbəsində nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Aşıralıyev”, arvada “Aşıralıyeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005-ci il tarixdə X9 və xx.xx.2007ci il tarixdə X10 doğulmuşdur. Şəhadətnamələrin ata qrafasında X11, ana qrafasında X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, M/Ş00497/22 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X11 xx.xx.2022-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. X8 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən çıxış edərək hesab edir ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X4 hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub, iddiaçı X5 ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Dövlət rüsumu haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 4800 manatdır (400x12). İddia təmin edildiyindən ödənilməli olan 68 (altmış səkkiz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdeh X4 tutularaq iddiaçı X5 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X4 xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat aliment tutularaq, iddiaçı X5 ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh X4 mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq iddiaçı X6 ödənilsin. Cavabdeh X4 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1065/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1065/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver