Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1107/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən, ona və ailə üzvlərinə verilmiş Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 53 saylı qərarı JN 517A, KOD 50400098 saylı Şəhadətnamə ilə 0.27 ha həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə verilmiş Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 53 saylı qərarı JN 517A, KOD 50400098 saylı Şəhadətnamə ilə 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda onlar həmin torpağa çıxarış ala bilmirlər. O torpaq sahəsini sənədləşdirmək məqsədi ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona rəsmi məktubla cavabdehlər tərəfindən ölçmə işlərinə maneə yaradıldığı üçün sənəd verilməsindən imtina edilmişdir. Ona görə də, hazır ki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən, ona və ailə üzvlərinə verilmiş Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 53 saylı qərarı JN 517A, KOD 50400098 saylı Şəhadətnamə ilə 0.27 ha həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi verərək bildirir ki, İddiaçı ona qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə iddia tələbini qəbul etmir. Belə ki, onun torpaq sahəsinin bir qismi iddiaçı tərəfindən zəbt edilmişdir. Belə ki, JN 519 A, KOD 50400098 nömrəli şəhadətnamə ilə ona və ailə üzvülərinə 0,25 ha torpaq sahəsi verilmişdir. Ümumiyyətlə iddiaçı mübahisəsi gedən evə aid heç bir rəsmiyyəti yoxdur, əldə etdiyi sənədləri sonradan toplamışdır. O, DƏDRX-nin Şəmkir Ərazi idarəsinə müraciət edən zaman ona imtina verildi ki, həmin torpaq sahəsinin orto foto görünüşündə uyğunsuzluq vardır. Uyğunsuzluğu da iddiaçının inşa etdiyi yeni tikililər etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialarında olan JN-517A KOD 50400098 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqli surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.27 ha torpaq sahəsi X2, İddiaçı, X6, X7, X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 475504 nömrəli ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində ölmüşdür. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 2230 nömrəli məktubundan görünür ki, X1mış miras üzrə xx.xx.2024-cü il tarixdə 1021 saylı vərəsəlik işi açılmış mərhumun vərəsəsi İddiaçı müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-179/2025 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim etdiyiniz sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən mənzildə mübahisəli hal aşkarlanmışdır və qeyd olunan mübahisə səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Odur ki, qeyd olunan mübahisəni nəzərə alaraq, təqdim olunmuş sənədlərdə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Beləliklə, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən torpaq sahəsi X2, İddiaçı, X6, X7, X5 birgə mülkiyyətindədir. İddiaçı mərhum X2 vərəsəsi müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin Cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X9 X8 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən JN-517A, KOD 50400098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0.27 ha torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X13 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1107/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1107/2025
19.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver