Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1155/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 9000 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində tanış olmuşdur. Tanışlıqlarından sonra cavabdeh bildirmişdir ki, kreditlə borc pul ver kommersiya işləri görürəm şirkəıtlərlə işləyim, onun pulunu tez bir zamanda hissəhissə qaytaracaq. O cavabdehin səmimiliyinə inanaraq cavabdehlə 21 aprel 2022-ci il tarixdə 03 (üç) il müddətinə Bakı şəhəri, 24 saylı notarit ofisində notarial qaydada kredit müqaviləsi bağlayaraq, 9000(doqquz min) manat məbləğində pulu cavabdehə borc pul vermişdir. Cavabdeh Hüseynov Əsgər almış olduğu pulları bağlanmış kredit müqaviləsi üzrə 21 aprel 2025-ci tarixinədək qaytarmağa öhdəçilik götürmüşdür. Lakin cavabdeh qeyd olunan müddətə borcunu qaytarmır. Cavabdehə onun tərəfindən rəsmi bildirişlər göndərmişdir. Cavabdehlə dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayıb və kredit borcunun ödənilməsini tələb etməyinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan imtina edir. Göstərilən səbəblərdən o ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də bu işin məhkəmə qaydasında həll ediməsi üçün iddia qaldırmaq məcburiyyətində qaldırmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh ilə 2022-ci ildə tanış olmuşdur. Tanışlıqlarından sonra ona bildirdi ki, ona kreditlə borc pul versin, kommersiya işləri görür şirkətlərlə işləyib , pulunu tez bir zamanda hissə-hissə qaytaracağını bildirmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq onunla 21 aprel 2022ci il tarixində 03 (üç) il müddətinə Bakı şəhəri, 24 saylı notariat ofisində notarial qaydada kredit müqaviləi bağlayaraq, 9000(doqquz min) manat məbləğində pulu borc pul vermişdir. Hüseynov Əsgər almış olduğu pulları bağlanmış kredit müqaviləsi üzrə 21 aprel 2025-ci il tarixinədək qaytarmağa öhdəlik götürmüşdür. Lakin qeyd olunan müddətə borcu qaytarmır. İddiaçı dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayıb və kredit borcunun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina edir. İddiaçı göstərilən səbəblərdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabhdeh yaşayış yerində yoxdur, və digər şəxslərə də külli miqdarda borcu vardır, cavabdehin borcu qaytarmaq kimi bir niyyəti və imkanı da yoxdur. Ona görə də iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5cimaddəsinə əsasən məhkəmə işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “kredit müqaviləsi” adlanan xx.xx.2022-cü il tarixli sadə yazılı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana 9000 manat sıfır qəpik məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2025-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixli yazılı kredit müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən 9000 manat pulun xx.xx.2025-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. İddiaçı cavabdehlə əlaqə saxlamasına baxmayaraq, cavabdehin hazırki günədək iddiaçıya borcundan heç bir ödəniş etməməsinə əsaslanaraq notarila qaydada təsdiq edilmiş yazılı qaydada bağlanılmış müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak edib iddianı aradan qaldıran, iddiaçıya hər hansı borcunun olmadığını təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməli, 9000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1155/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1155/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver