Məhkəmə qərarları › İş №2(076)-1164/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1164/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1164/2023 20.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li "Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi"nə əsasən 24 yanvar 2023-cü il tarixə Banka borclu olduğu 6.520,96 (altı min beş yüz iyirmi manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 434,91 (dörd yüz otuz dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 7.247,22 (yeddi min iki yüz qırx yeddi manat iyirmi iki qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 92,47 (doxsan iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li "Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi"nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 21,9 % (iyirmi bir tam onda doqquz faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 7.800,00 (yeddi min səkkiz yüz manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaitinin bir hissəsi digər kredit təşkilatlarında olan borclarının ödənilməsinə yönəlmiş, digər hissəsi isə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.11-ci və 3.8ci bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li "Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi"nin 2.11-ci bəndinə əsasən Kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan>> tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən «Kredit alan»ın Müqavilədə göstərilmiş "Cari hesabından "Kart hesabı"na köçürmə yolu ilə verilir. 3.8-ci bəndinə əsasən "Kredit alan" bu Müqavilə üzrə ayrılmış kredit vəsaitlərin "Cari hesabı"ndan "Kart hesabı"na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 24 yanvar 2023-cü il tarixə 6.520,96 (altı min beş yüz iyirmi manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 434,91 (dörd yüz otuz dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 7.247,22 (yeddi min iki yüz qırx yeddi manat iyirmi iki qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək "Kredit alan"ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən «Ödəniş cədvəli ilə müəyyən edilən müddətlər "Kredit alan" tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda (6.1.3-cü bənd) və ya "Kredit alan" bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (6.1.4-cü bənd) Bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada Müqaviləni vaxtından əvvəl ləğv edilə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilen gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır və «Kredit alan» tərəfindən ödənilir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin və razılaşmanın şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən 05 iyun 2023-cü il tarixə Banka borclu olduğu 6.225,44 (altı min iki yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 15,63 (on beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 6532,42 (altı min beş yüz otuz iki manat qırx iki qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 92,47 (doxsan iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 21,9 % (iyirmi bir tam onda doqquz faiz) hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 7.800,00 (yeddi min səkkiz yüz manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12902.21 manat kredit məbləğini xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 6.225,44 (altı min iki yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 15,63 (on beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 6532,42 (altı min beş yüz otuz iki manat qırx iki qəpik) manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 6.225,44 (altı min iki yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 15,63 (on beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 6532,42 (altı min beş yüz otuz iki manat qırx iki qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh əsas borcunu vaxtında ödəməmiş, bununla da iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq faiz borcu hesablamış və tələb etmək hüququ yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh müştərək qaydada xx.xx.2021-ci il tarixli 325182-1-23437 №-li kredit müqaviləsi üzrə 6.225,44 (altı min iki yüz iyirmi beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 15,63 (on beş manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 6.532,42 (altı min beş yüz otuz iki manat qırx iki qəpik) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 92,47 (doxsan iki manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 6225,44 (altı min iki yüz iyirmi beş manat qırx dörd qəpik) manat əsas borc, 15,63 (on beş manat altmış üç qəpik) manat faiz borcu və 291,35 (iki yüz doxsan bir manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6.532,42 (altı min beş yüz otuz iki manat qırx iki qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 92,47 (doxsan iki manat qırx yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar