Məhkəmə qərarları › İş №2(076)-1177/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1177/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1177/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0015976-2022 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində əsas borcu və 701.53 (yeddi yüz bir manat əlli üç qəpik) manat faiz borcu, cəmi 5240.53 (beş min iki yüz qırx manat əlli üç qəpik) manat məbləğində pulun və ödənilməmiş 73 (yetmiş üç) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "Merkuri BOKT” QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" QSC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli MR0015976-2022 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 25 % (iyirmi beş) olmaqla 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 4 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər cavabdeh götürdüyü 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində əsas borcdan heç bir ödəniş etməmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan heç bir ödəniş etməmişdir. Beləliklə, halhazırda borclunun ödənilməmiş 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində əsas borcu və 701.53 (yeddi yüz bir manat əlli üç qəpik) manat faiz borcu, cəmi 5240.53 (beş min iki yüz qırx manat əlli üç qəpik) manat məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli MRQO15976-2022 nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə "Kreditorun" vaxtından əvvəl tələb etmə hüququ yaranır. İddiaçı BOKT "xxxx" QSC-nin nümyəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələblərinə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli MR0015976-2022 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində bərpa olunan kredit xətti verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində əsas borcu və 701.53 (yeddi yüz bir manat əlli üç qəpik) manat faiz borcu, cəmi 5240.53 (beş min iki yüz qırx manat əlli üç qəpik) manat borcu yaranmışdır. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli MR0015976-2022 nömrəli kredit müqaviləsi üzrə krediti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli karta köçürüləcək məbləğin aktından görünür ki, Cavabdeh kartına 4539 manat məbləğində pul köçürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh kreditin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0015976-2022 nömrəli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin BOKT "xxxx" QSC-yə 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində əsas borcu və 701.53 (yeddi yüz bir manat əlli üç qəpik) manat faiz borcu, cəmi 5240.53 (beş min iki yüz qırx manat əlli üç qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh əsas borcunu vaxtında ödəməmiş, bununla da iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq faiz borcu hesablamış və tələb etmək hüququ yaranmışdır. İddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 4539 (dörd min beş yüz otuz doqquz) manat məbləğində əsas borc və 701.53 (yeddi yüz bir manat əlli üç qəpik) manat faiz borcu olmaqla cəmi 5240.53 (beş min iki yüz qırx manat əlli üç qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 73 (yetmiş üç) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar