Məhkəmə qərarları › İş №2(076)-1179/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1179/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1179/2023 17.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12960 nömrəli, 23 sentyabr 2019-cu il tarixli Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1242.49 ABŞ dolları qalıq məbləğini ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla, 5 il (12 ay güzəşt müddəti müəyyən edilməklə) müddətinə 2112 manat 24 qəpik məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış eyni tarıxli və nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müxtəlif bəhanəlrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Öhtəliyin yerinə yetirilməməsi nəticəsində cavadehin BOKT "xxxx" MMC-nə “16” yanvar 2023-cü il tarixə 1381 manat 27 qəpik əsas, 10 manat 50 qəpik faiz, 20 manat cərimə olmaqla, cəmi 1411 manat 77 qəpik borcu yaranmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1381 manat 27 qəpik əsas, faiz borcuna görə 10 manat 50 qəpik faiz, 20 manat cərimə olmaqla, cəmi 1411 manat 77 qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 34 manat 12 qəpik məbləğində vəsaitin iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 10 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan BOKT "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12960 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik 1 faiz olmaqla, 5 il (12 ay güzəşt müddəti müəyyən edilməklə) müddətə 2112 manat 24 qəpik məbləğində güzəştli kredit vermişdir. İş materiallarında olan BOKT "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12960 saylı zaminlik müqaviləsindən görünür ki, Zülfiyyə Sərkarova xx.xx.2019-cu il tarixli, 12960 saylı kredit müqaviləsi üzrə Sərkarov İltifat Mehralı oğlunun öhdəlikləri üzrə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Sərkarov İltifat Mehralı oğlu xx.xx.2019-cu il tarixli, 12960 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-nə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi 2112.24 manat əsas borcu və 64.53 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Sərkarov İltifat Mehralı oğlunun kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 1381.27 manat əsas, faiz borcuna görə 10.50 manat, dəbbə borcuna görə 20 manat, borcun cəmi məbləği 1411.77 manat borcu qalmışdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamələrdən görünür ki, Cavabdeh1 16 mart 2023-cü il tarixdə və Cavabdeh2 17 mart 2023-cü il tarixdə məhkəmə bildirişini qəbul etmişlər, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər kredit мцгавиляси цзря ющдялийи мцяййянляшдирилмиш вахт ярзиндя иъра етмяйи ющдяsиня эютцрмяsиня бахмайараг, иъра етмямиш, göstərilənlər nəticəsində cavabdehlərin iddiaçıya cəmi 1411.77 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Азярбайъан Республикасынын Мцлки Мяъяллясинин 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Щямин Мяъяллянин 386.1–ъи маддясиня ясасян ющдялийин зяряр вурулмасы, ясассыз варланма вя йа бу Мяъяллядя нязярдя тутулмуш диэяр ясаслар нятиъясиндя ямяля эялмяси щаллары истисна олмагла, ющдялийин ямяля эялмяси цчцн онун иштиракчылары арасында мцгавиля олмалыдыр. Щямин Мяъяллянин 739.1–ъи маддясиня ясасян borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Щямин Мяъяллянин 739.2–ъи маддясиня ясасян borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Щямин Мяъяллянин 472.1 вя 472.2-ъи маддяляриня эюря борълу заминликля тямин едилмиш ющдялийи иъра етмядикдя вя йа лазымынъа иъра етмядикдя, яэяр бу Мяъяллядя вя йа заминлик мцгавилясиндя заминин субсидиар мясулиййяти нязярдя тутулмайыбса, замин вя борълу кредитор гаршысында бирэя мясулиййят дашыйырлар. Яэяр заминлик мцгавилясиндя айры гайда нязярдя тутулмайыбса, фаизлярин, боръ тутулмасы цзря мящкямя хяръляринин вя борълунун ющдялийи иъра етмямяси вя йа лазымынъа иъра етмямяси нятиъясиндя кредитора дяйян диэяр зярярин явязинин юдянилмяси дя дахил олмагла, замин кредитор гаршысында борълу иля ейни щяъмдя мясулиййят дашыйыр. Йухарыда да гейд олундуьу кими ъавабдещ заминлик мцгавилясини имзаламагла кредитор гаршысында борълу иля ейни щяъмдя мясулиййяти юз цзяриня эютцрмцшдцр. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən kredit müqaviləsinə görə yaranmış əsas borc üzrə 1381.27 manat, faiz borcuna görə 10.50 manat, cərimə borcuna görə 20 manat, cəmi 1411.77 manat borc alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 34.12 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 1381.27 manat, faiz borcuna görə 10.50 manat, dəbbə borcuna görə 20 manat, cəmi 1411.77 (bir min dörd yüz on bir manat yetmiş yeddi qəpik) manat borc alınıb iddiaçı BOKT "xxxx" MMC-nə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 34.12 (otuz dörd manat on iki qəpik) manat dövlət rüsumu alınıb iddiaçı BOKT "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar