Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1191/2024 23.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı X4 Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 50.700 (əlli min yeddi yüz) manat məbləğində pul alınıb ona verilməsə dair qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin mart ayında Vüsal adlı şəxsin vasitəsilə tanış olmuşdur. Tanışlıqdan bir neçə gün sonra Cavabdeh onun yanına gələrək özü üçün iş görmək məqsədi ilə 2022-ci ilin mart ayından həmin ilin may ayının 13-nə qədər ondan hissə-hissə olmaqla 70.700 (yetmiş min yeddi yüz) manat pul almış, həmin puldan 19.510 (on doqquz min beş yüz on) manat qaytarmış, qalan 51.190 (əlli bir min yüz doxsan) manat pulunu isə qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edmişdir. Cavabdeh ona "BOLT" şirkəti ilə müqavilə əsasında işlədiyini, VÖEN ilə vergi ödəyicisi olduğunu, ondan aldığı pullara kiçik həcmli motosikletlər alıb şirkətə icarəyə verib öz qazancını çıxaracağını, onun borcunu qaytaracağını bildirmişdir. Cavabdeh hər dəfə ondan pulları götürəndə qol çəkib götürmüş və götürdüyü pulları aylara bölüb artıqlaması ilə qaytaracağını bildirmişdir. O nə onun deməsinə görə aldığı motosikletləri görməmiş, nə də onun işlə məşğul olduğu ilə maraqlanmamışdır. Bundan başqa həmin dövrdə özünə məxsus 13.200 (on üç min iki yüz) manat dəyərində 4 (dörd) ǝdǝd motosikletləri də Cavabdeh satmaq məqsədilə vermişdir. O da ona tez bir zamanda onun pulunu qaytaracağına söz versə də, bu dəfə də onu aldadaraq, onun pullarını mənimsəmişdir. O, Cavabdeh verdiyi pulları tarix ardıcıllığı ilə qeyd etmiş və Cavabdeh da öz xətti ilə yazıb imzalar etmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh onun etibarından sui-istifadə etməklə ondan aldığı 70.700 (yetmiş min yeddi yüz) manat pulun 51.510 (əlli bir min beş yüz on) manatını mənimsəmişdir. Onunla dəfələrlə mobil telefon vasitəsilə əlaqə saxlayıb və ondan aldığı pulların qaytarılmasını tələb etməsinə baxmayaraq, o müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan imtina etmişdir. O da Cavabdeh bu kimi dələduzluq əməllərindən bezib Suraxanı rayon polis idarəsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Fakt üzrə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanılmış və təqribən 9 (doqquz) aya müddətində aparılan istintaq zamanı Cavabdeh ondan 70.700 (yetmiş min yeddi yüz) manat pul alması və həmin məbləğdən 19.510 (on doqquz min beş yüz on) manat pulu hissə-hissə qaytardığı və 51.190 (əlli bir min yüz doxsan) manat pulunu qaytarmamaqla ona külli miqdarda ziyan vurması tam sübuta yetirilmişdir. Lakin, istintaq orqanı aparılmış araşdırma nəticəsində belə qənaətə gəlmişdir ki, bu iş mülki qanunvericiliyin tələbləri əsasında tənzimlənməli və məhkəmə qaydasında həll olunmalıdır. Ona görə də Bakı şəhəri, Suraxanı RPİ-nin İstintaq şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli Qərarla "Cinayət işi üzrə icraata xitam verilmişdir". Göstərilən səbəblərdən o ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də bu işin məhkəmə qaydasında həll edilməsi üçün iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iddia tələbini qəbul etmərək, verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı birlikdə iş görmək məqsədilə 2022-ci ilin may ayının əvvəllərindən öz aralarında razılaşmışlar. Həmin razılaşmaya əsasən Cavabdeh dəyəri 700-1.200 manat arasında olan 50 kub metr motor həcmli motosikletləri alıb icarə əsasında «Bolt» şirkətinə verməyi, İddiaçı isə motosikletləri almaq üçün ona pul verməyi, o, da şirkətdən gələn gəliri İddiaçıla aralarında bölüşdürməyi razılaşmışlar. Bu məqsədlə də İddiaçı Cavabdeh pul vermiş və onlar birlikdə işləmişlər. İddiaçı heç vaxt cavabdehə borc pul verməmişdir. Şərikli işin nəticəsində iddiaçıya olan borcu tam ödənilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə xitam verilməsi baradə qərardan görünür ki, həmin qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı cavabdeh tərəfindən borc verdiyi pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzlərdən görünür ki, o, X3 xx.xx.2022-ci il tarixdə 4000 manat borc almış və həmin borcu 7 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 14500 manat borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 2500 manat borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 5000 manat borc almış və həmin borcu 7 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixdə 5500 manat borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 2400 manat borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 3000 manat borc almış və həmin borcu 06 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 4000 manat borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 4200 manat pulu borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixdə 4000 manat borc almış və həmin borcu 06 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür; 5000 manat borc almış və həmin borcu 6 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, tərəflər arasında mülki hüquq münasibətləri 2022-ci ilin may ayından yaranmışdır. Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 14500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 5500 manat, xx.xx.2022-ci il tarixdə 2400 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4200 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, daha sonra 5000 manat olmaqla ümumilikdə 54100 manat borc pul almışdır. Cavabdeh həmin pulları borc almasına dair yazılı qəbzlər vermişdir. Hazırda İddiaçı Cavabdeh 70700 (yetmiş min yeddi yüz) manat borc pul verməsini, cavabdehin həmin borcdan ona 19510 manat məbləğində pul qaytarmasını qeyd edərək, cavabdeh ona borclu olduğu 50.700 (əlli min yeddi yüz) manat pulu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, yuxarıda qeyd edilən ayrı-ayrı vaxtlarda verilən 4000 manat, 14500 manat, 2500 manat, 5000 manat, 5500 manat, 2400 manat, 3000 manat, 4000 manat, 4200 manat, 4000 manat, 5000 manat məbləğlərində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdehin imzası (cavabdeh tərəfindən imzalanmaası mübahisələndirilməmişdir) ilə təsdiq etdiyi əlyazma qəbzləri məhkəməyə təqdim etmişdir. Həmin qəbzlərlə müəyyən olunur ki, ümumilikdə 54100 (əlli dörd min yüz) manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh X2 nümayəndəsi (vəkil) Vəkil isə məhkəmə iclasında iddiaçı ilə cavabdeh arasında borc münasibətləri deyil, yalnız birlikdə iş qurmaq məqsədilə ilə razılaşma olduğunu, iddiaçının cavabdehə verdiyi pulu da birlikdə işləyib qazanc əldə etmək məqsədilə verdiyini, ona görə cavabdehin iddiaçıya heç bir məbləğdə borcunun yaranmadığını bildirmişdir Lakin, cavabdehin nümayəndəsi qeyd etdiyi halı, yəni iddiaçı tərəfindən cavabdehə verilmiş pul məbləğinin birlikdə işləyib qazanc əldə etmək məqsədilə verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh 70700 (yetmiş min yeddi yüz) manat borc pul verməsini, cavabdehin həmin borcdan ona 19510 manat məbləğində pul qaytarmasını, hazırda cavabdehdən 50.700 (əlli min yeddi yüz) manat pul tələb etməsini göstərmiş olsa da, məhkəmə iclasında araşdırılmış sübutlarla (cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbzlər) Cavabdeh İddiaçı 54100 (əlli dörd min bir yüz) manat məbləğində borc pul alması və cavabdeh tərəfindən iddiaçıya olan borcundan 19510 (on doqquz min beş yüz on) manat pul qaytarıldığı öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilərən imzalanmış qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 14500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 5500 manat, xx.xx.2022-ci il tarixdə 2400 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4200 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, daha sonra 5000 manat olmaqla ümumilikdə 54100 manat borc pul almış, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 4000 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 14500 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 2500 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 5000 manat, xx.xx.2023-cü il tarixdə bağlanmış 5500 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 2400 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 3000 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 4000 manat, xx.xx.2022ci il tarixdə bağlanmış 4200 manat, xx.xx.2022-ci il tarixdə bağlanmış 4000 manat, daha sonra bağlanmış 5000 manat pulun borc kimi verilməsinə dair müqavilələr qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə Cavabdeh tərəfindən verilmiş yazılı qəbzlərlə təsdiq olunur ki, həmin pul məbləğləri iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında ümumilikdə 54100 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilələr olmasa da, cavabdeh tərəfindən imza edilən qəbzlərlə həmin pulun iddiaçı tərəfindən cavabdehə verilməsi, iddiaçının izahatı ilə isə cavabdehin borc aldığı puldan 19510 manat pulu iddiaçıya qaytarması təsdiq edilir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ümumilikdə 34590 (otuz dörd min beş yüz doxsan) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, həmçinin iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən 193.77 manat dövlət rüsumu da cavabdehdən dövlət büdcəsi hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 34590 (otuz dörd min beş yüz doxsan) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 193.77 (bir yüz doxsan üç manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1191/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1191/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver