Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1199/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Üçüncü şəxs kimi AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi olmaqla) “Ölçmə işlərinin aparılmasına yaradılan maniənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonunun Yuxarı Keçili kəndinin ərazisində yerləşən ona məxsus həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ödədiyi 100 manat Dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonunun Yuxarı Keçili kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Ona və ailə üzvülərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə Şəmkir rayonunun Yuxarı Keçili kəndinin ərazisində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onların adına JN-007A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi tikmişdir. O, həm torpaq sahəsi, həm də fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarını vahid əmlak kimi qeydə aldırmaq istəyir. Buna görə üçüncü şəxsə müraciət etmişdir. Müraciəti ilə bağlı olaraq müəyyən olundu ki, qeydə aldırmaq istədiyi torpaq sahəsinin 0.0135 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur və o, üçüncü şəxs tərəfindan ərazidə ölçmə işlərinin aparılmasına maniə yaradır. Buna görə də DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə islərinin aparılması mümkün olmamışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, ölçmə işlərində cavabdeh tərəfindən yaradılan maniə aradan qaldırılsın. Odur ki, Şəmkir rayonunun Yuxarı Keçili kəndinin ərazisində yerləşən ona məxsus həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ödədiyi 100 manat Dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə ölçmə işlərinin aparılması üçün rüsum ödəmişdir və lazımi sənədləşmə işlərini həll etmişdir, buna baxmayaraq cavabdeh tərəfindən həmin idarənin əməkdaşlarının öz vəzifəsinin yerinə yetirilməsinə maniəçilik edilir və onlar ölçmə işlərini apara bilmirlər. Odur ki, cavabdeh tərəfindən yaradılan maniənin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı rədd edilməsini xahiş edərək və iddia ərizəsinə etiraz edib bildirdi ki, Şəmkir Rayon Məhkəməsinə İddiaçı ona qarşı "ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbi" barədə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda o həmin iddia ilə razı deyil və rədd olunmasını istəyir, belə ki, iddiaçı onun qonşusudur, mübahisəli fərdi yaşayış evində və torpaq sahəsində onlar artıq 45 ildir ki yaşayırlar. İddiaçı ilə aralarında 0.001 ha torpaq sahəsinə dair mübahisə vardır. Belə ki, həmin torpaq sahəsi yeni yaranmış elektron xəritə ilə iddiaçının payına düşür, onun torpaq sahəsi isə başqa qonşunun. Hamısı həmin torpaq sahəsində ev tikdirib uzun illərdir ki, yaşayırlar mehriban qonşulardır. Ancaq iddiaçı onlara məlum olmayan səbəblərdən hazırki haqsız iddianı ona qarşı qaldırmışdır. Ona görə də hazırda yaşadıqları evdə ölçmə işlərinin aparılmasına razı deyil. Məhkəmə rüsumlarını da ödəməyə imkanı yoxdur. Göstərdiklərini nəzərə alaraq İddiaçı ona qarşı "ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbi" barədə iddiasının rədd edilməsi barədə qərar qəbul etməyi xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsini təmin etməmiş və səbəblərini bildirməmişdir. Məhkəmə mülki işə AR ƏMDX-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-007A, kod-50411005 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Şəmkir rayonu Keçili kəndində 0.30 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-148/25 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinnin tərəfindən yazılmış məktubdan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı müraciəti 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 0.0135 ha hissəsi mübahisəlidir və yaxınlıqdan 330 kv-lıq yüksək gərginlikli elektrik xətti keçir. Odur ki, ərizənin icrası mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən JN-007A, kod-50411005 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə sənədi əsasında İddiaçı və ailə üzvlərinə verilmiş 0.30 ha torpaq sahəsinə dair dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maniə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsində (JN- 007A, kod-50411005 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçıya məxsus) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maniə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay üddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1199/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1199/2025
02.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver