Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1229/2023 13.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehən kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 216,48 manat məbləğində zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidməti haqqının, ümumilikdə 296,88 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 07 may 2005–ci il tarixli, TR 057 saylı və 07 may 2012–ci il tarixli, TR 066 saylı xüsusi lisenziyalar almışdır. Bu məqsədlə "xxxx" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015–ci il tarixədək 9 manat, xx.xx.2015–ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə "xxxx" MMC ilə “Ədalət–A” hüquq firması arasında xx.xx.2008–ci il, xx.xx.2011–ci il, xx.xx.2014–cü il, xx.xx.2015–ci il və xx.xx.2018–ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. 06 saylı MKİS–in arayışına əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2012–ci il tarixdə, xx.xx.2013–cü il tarixdə və xx.xx.2014–cü il tarixdə “SNTV” kabel televiziyasının və “Ədalət–A” hüquq firmasının əməkdaşları həmin ünvanda kabel şəbkəsinə baxış keçirən zaman mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktını aşkar etmiş, bu barədə xx.xx.2012–ci il tarixdə, xx.xx.2013–cü il tarixdə və xx.xx.2014–cü il tarixdə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış xx.xx.2012–ci il tarixdə olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan xx.xx.2012–ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2014–cü il tarixli aktın tərtib olunma tarixinədək olan müddət 656 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olması nəzərə alınaraq müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya abunə haqqı qismində 216,48 manat ziyan vurmuşdur. Həmçinin, "xxxx" MMC ilə “Ədalət–A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1–ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 manat pul ödəməsi nəzərdə tutulmuşdur. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh vurduğu ziyanı ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq cavabdehdən kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 216,48 manat məbləğində zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik bank xidməti haqqının, ümumilikdə 296,88 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC–yə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh heç bir üzrlü səbəb göstərməyərək məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, qeyd olunan mənzili xx.xx.2013–cü il tarixdə əldə etmişdir. Halbuki, iddiaçının əməkdaşları kabel şəbəkəsinə qanunsuz qoşulmanı xx.xx.2012–ci il tarixdə aşkar etmişlər. O, mənzili aldıqda orada hər hansı kabel şəbəkəsi olmamışdır. İddiaçı tərəfindən tərtib edilmiş aktın tarixindən də göründüyü kimi qanunsuz qoşulma əgər olmuşdursa, mənzil onun mülkiyyətinə keçməmişdən əvvəl olmuşdur. Həmçinin, iddiaçı qanunsuz qoşulmanı aşkar etdiyi tarixdən 11 il sonra məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia müddətinin tətbiq olunması barədə cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2012–ci il tarixli, xx.xx.2013–cü il tarixli və xx.xx.2014–cü il tarixli aktlardan görünür ki, "xxxx" MMC–nin və “Ədalət–A” hüquq firmasının əməkdaşları tərəfindən ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin sakini tərəfindən müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 07 may 2005–ci il tarixli, TR 057 saylı və 07 may 2012–ci il tarixli, TR 066 saylı xüsusi lisenziyalar almışdır. Bu məqsədlə "xxxx" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015–ci il tarixədək 9 manat, xx.xx.2015–ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə "xxxx" MMC ilə “Ədalət–A” hüquq firması arasında xx.xx.2008–ci il, xx.xx.2011–ci il, xx.xx.2014–cü il, xx.xx.2015–ci il və xx.xx.2018–ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. 06 saylı MKİS–in arayışına əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2012–ci il tarixdə, xx.xx.2013–cü il tarixdə və xx.xx.2014–cü il tarixdə “SNTV” kabel televiziyasının və “Ədalət–A” hüquq firmasının əməkdaşları həmin ünvanda kabel şəbkəsinə baxış keçirən zaman mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktını aşkar etmiş, bu barədə xx.xx.2012–ci il tarixdə, xx.xx.2013–cü il tarixdə və xx.xx.2014–cü il tarixdə akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Nəticədə cavabdehin iddiaçıya abunə haqqı qismində 216,48 manat ziyan vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1–ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2–ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 1095–ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 377.1–ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2–ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3–cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379–cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı xəttə qanunsuz qoşulma faktını 2012–ci il tarixdə müəyyən etdiyi halda cavabdehə qarşı hazırkı tələbini 2023– cü il tarixdə irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095–ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı isə bu müddət ərzində məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə yönələn tələbi əsaslı olsa da, lakin hazırki mübahisə üzrə iddia müddəti üzrlü səbəblər olmadan ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə ki, iddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası, iddia müddətinin keçməsi əsasına görə rədd edilməli, iddia tələbi isə təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması məqsədilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1229/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1229/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver