Məhkəmə qərarları › İş №2(076)-1286/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1286/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1286/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1500 manat borcun, eləcə də 35 (otuz beş) manat keçirilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 6 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Cavabdeh təxminən 6 il əvvəl onun yanına gələrək, Şəmkir rayonu Seyfəli kəndi sakinlərindən onlara pensiya düzəltmək üçün pul aldığını, hazırda həmin şəxslərin ondan şikayət etdiklərini bildirdi və ona köməklik etməyini xahiş etdi. O da, kömək etmək üçün hətta onunla birlikdə borc pul aldığı Cəmilə adlı qadının da evinə getmiş və ondan şikayət etməməsini xahiş etmişdir. Sonradan Cavabdeh ona borclarını vermək üçün ona köməklik etməyini xahiş etdi. O Cavabdeh 1500 manat borc pul vermişdir. Bunda sonra Cavabdeh ona yaxşılıq etmək istədiyini dedi və ona məxsus xırdabuynuzlu heyvanlara baxacağını bildirdi. O isə özünə məxsus 12 baş xırdabuynuzlu heyvanlarını otarmaq üçün ona vermişdir. Lakin, sonradan onu aldatdığını bilmişdir. Ona görə də Cavabdeh barəsində polisə şikayət etmişdir. Cavabdeh Polis Şöbəsində dindirilərkən də, ondan 1500 manat borc pul aldığını etiraf etmişdir. Hazırda onun barəsində Şəmkir Rayon Məhkəməsinin icraatında CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi vardır. Qeyd edilənlərə əsasən Cavabdeh ona olan 1500 manat borcun, eləcə də 35 (otuz beş) manat keçirilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini, Cavabdeh ona olan 1500 manat borcun, eləcə də 35 (otuz beş) manat keçirilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş “İttiham aktı”nın surətindən görünür ki, aparılmış istintaqla müəyyən olunmuşdur ki, Cavabdeh tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini İddiaçı xurda buynuzlu heyvanlarına quluq göstərəcəyinə dair valandan vəd verərək onu aldadıb 2019-cu ilin oktyabr-noyabr ayunda istintaq dəqiq məlum olmayan gündə Şəmkir rayonu, Posanlı yaşayış massivində İddiaçı məxsus 12 baş, Qarbağ sortlu, dişi cinsli, hər birinin qarnında quzusu olan və ayrı-ayrılıqda çəkisi isə 40-45 kiloqram olan 4560,00 (dörd beş yüz altmış) manat məbləğində xırdabuynuzlu heyvanları aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən cinayət işi üzrə ifadə vermiş Cavabdeh İddiaçı 4 ildir tanıdığını, ondan borc qismində 1500 manat məbləğində borc almasını və İddiaçı 1500 manat borcundan başqa borcu olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehin ona 1500 manat məbləğində borcunun olmasını təsdiq edən sübutu, yəni cavabdehin cinayət işi üzrə verdiyi izahatını məhkəməyə təqdim etmişdir. Həmin ifadənin məzmununda cavabdeh iddiaçıya 1500 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh isə qeyd olunan 1500 manat pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə əvvəllər müəyyən məbləğdə pulu borc kimi vermiş və cavabdehin iddiaçıya 1500 manat borcu yaranmışdır. Bu barədə cavabdehin barəsində olan cinayət işi üzrə ifadə verən zaman 1500 manat borcu olduğunu etiraf etmişdir. Lakin cavabdeh 80000 manat borcunu iddiaçıya qaytarmamışdır. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448, 739 və 882ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 1500 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar