Məhkəmə qərarları › İş №2(076)-1292/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1292/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1292/2023 08.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********05049 NOKİA 3.1 markalı telefon, İmei kodu **********91025 NOKİA 3.1 markalı telefon, HOFFMANN LED TV almış və nəticədə 570 (beş yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********05049 NOKİA 3.1 markalı telefon üçün ümumilikdə, 274 (iki yüz yetmiş dörd) manat olmaqla 249.9 (iki yüz qırx doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.1 (iyrimi dörd manat on qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********91025 NOKİA 3.1 markalı telefon üçün ümumilikdə, 182 (yüz səksən iki) manat olmaqla ondan, 165.7 (yüz altmış beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 16.3 (on altı manat otuz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (12 ay x 34 manat + 0 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə, 114 (yüz on dörd) manat olmaqla ondan, 103.2 (bir yüz üç manat iyrimi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 10.8 (on manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2020-ci ildir və cəmi ödədiyi məbləğ 717.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubundan mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən NOKİA 3.1 markalı telefon üçün 249.9 manat ödənilməmiş hissə, 24.1 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən NOKİA 3.1 markalı telefon üçün 165.7 manat ödənilməmiş hissə, 16.3 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV üçün 103.2 manat ödənilməmiş hissə, 10.8 manat cərimə, cəmi 570 manat miqdarında borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 31 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 249.9 manat ödənilməmiş məbləğ və 24.1 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 165.7 manat ödənilməmiş hissə, 16.3 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 103.2 manat ödənilməmiş hissə, 10.8 manat cərimə borcu yaranmışdır. İş materiallarından olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünürkü ki, iddiaçı təşkilata olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2023-cü il tarixdə qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh alqı-satqı мцгавиляси цзря ющдялийи мцяййянляшдирилмиш вахт ярзиндя иъра етмяйи ющдясиня эютцрмясиня бахмайараг, иъра етмямиш, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya cəmi 570 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Азярбайъан Республикасынын Мцлки Мяъяллясинин 324.1–ъи маддясиня ясасян ягд мцлки щцгуг мцнасибятинин ямяля эялмясиня, дяйишдирилмясиня вя йа хитамына йюнялдилмиш биртяряфли, икитяряфли вя йа чохтяряфли ирадя ифадясидир. Щямин Мяъяллянин 567–ъи маддясиня ясасян алгы–сатгы мцгавилясиня эюря сатыъы яшйаны алыъынын мцлкиййятиня вермяйи, алыъы ися яшйаны гябул едиб явязиндя мцяййянляшдирилмиш пул мябляьини (гиймяти) юдямяйи ющдясиня эютцрцр. Щямин Мяъяллянин 600.1–ъи маддясиня ясасян алгы–сатгы мцгавилясиндя яшйанын алыъыйа верилдикдян мцяййян мцддят сонра юдянилмясинин (яшйаларын нисйя сатышынын) нязярдя тутулдуьу щалда алыъы юдяниши мцгавилядя нязярдя тутулан мцддятдя, мцгавилядя беля мцддят нязярдя тутулмадыгда ися бу Мяъяллянин 427–ъи маддясиня уйьун мцяййянляшдирилмиш мцддятдя щяйата кечирмялидир. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən nisyə satış müqaviləsinə görə yaranmış 570 (beş yüz yetmiş) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh borclu olduğu xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən NOKİA 3.1 markalı telefon üçün 249.90 (iki yüz qırx doqquz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 24.1 (iyrimi dörd manat on qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən NOKİA 3.1 markalı telefon üçün 165.70 (bir yüz altmış beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 16.30 ( on altı manat otuz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN LED TV üçün 103.2 (bir yüz üç manat iyrimi qəpik) manat ödənilməmiş hissə, 10.80 ( on manat səksən qəpik) manat cərimə, cəmi 570 (beş yüz yetmiş) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar