Məhkəmə qərarları › İş №2(076)-1293/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1293/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1293/2024 05.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3995,85 manat əsas, 734,01 manat faiz, 98,02 manat cərimə borc olmaqla, cəmi 4827,88 manat və dövlət rüsumu olaraq ödənilmiş 69,28 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 24133 nömrəli, 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə azalan balansla illik 28% faiz ödəmək şərti ilə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Kredit müqavilədindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh1 ilə bağlanmış 24133 nömrəli, 29 noyabr 2021-ci il tarixli girov müqaviləsinə əsasən ona məxsus ümumi çəkisi 182,5 ( xalis çəkisi 179) qaram və dəyəri 7350 manat olan qızıl-zinət əşyaları BOKT "xxxx" MMC-nin xeyrinə girov qoyulmuşdur. Eləcədə bu borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclunun kreditor qarşısında öhtəliklərinin icrasının təmini kimi 24133 nömrəli, 19 noyabr 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə girovda olan ona məxsus qızıl-zinət əşyalarını satılacağı barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 0, borc ödəmək imkanı olmadığını bildirərək, borcunu ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdeh1 Etibar qızı 24133 nömrəli, 19 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhtəliyə əməl etmədiyinə görə, eyni nömrəli girov müqaviləsi əsasında girovda olan qızıl-zinət əşyaları yenidən qiymətləndirilərək, satılıb borcunun bir hissəsinə ödənilmiş və qalan borcun ödətdirilməsi üçün BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhtəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehin BOKT "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixə 3995,85 manat əsas, 734,01 manat faiz, 98,02 manat cərimə borcu olmaqla, cəmi 4827,88 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında sonuncunun vaxtı keçmiş əsas borcunun qalıq məbləğini ödəməsi məqsədi ilə 36 ay müdətinə illik 28% dərəcəsi ilə, 13000 manat məbləğində borc verilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (zaminlər) arasında xx.xx.2021-ci il tarixli, 24133 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər, Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2021-ci il tarixli 24133 nömrəli güzəştli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə əsas borc üzrə 3995,85 manat əsas, 734,01 manat faiz, 98,02 manat cərimə borcu olmaqla, cəmi 4827,88 manat miqdarında borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borcunun olması barədə cavabdehlərə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, BOKT "xxxx" MMC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən 3995,85 manat əsas, 734,01 manat faiz, 98,02 manat cərimə borcu olmaqla, cəmi 4827,88 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərlərinə götürmüşdürlər. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, ümumilikdə 4827,88 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 69,28 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3995,85 manat əsas, 734,01 manat faiz, 98,02 manat cərimə borcu olmaqla, cəmi 4827,88 (dörd min səkkiz yüz iyirmi yeddi manat səksən səkkiz qəpik) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69,28 (altmış doqquz manat iyirmi səkkiz qəpik) manat pul tutularaq Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar