Məhkəmə qərarları › İş №2(076)-13/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-13/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-13/2023 05.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 vəkili X1 iştirakları ilə İddiaçı QSC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı əsas kredit borcunun, onun faizlərinin və cərimənin alınması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması və evin alıcıya təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı əsas kredit borcunun, onun faizlərinin və cərimənin alınması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, cavabdehlərin ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılması və evin alıcıya təhvil verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2013–cü il tarixli 16L000004655 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 19 noyabr 2014–cü il tarixli 016R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq dərəcəsi 1,6667 faiz olmaqla, ödəniş planı üzrə hissə–hissə qaytarmaq şərtilə 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan isə kredit və kreditdən istifadəyə görə nəzərdə tutulmuş faizləri ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq, borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasına təminat məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Tərəflərin imzaladıqları xx.xx.2016–cı il tarixli 016R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eləcə də, kredit müqaviləsinin icrasına təminat məqsədilə xx.xx.2013–cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsindəki 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur. Bundan başqa kredit müqaviləsinin icrasına təminat məqsədilə xx.xx.2014– cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsindəki 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur. İpoteka müqavilələri təsdiq edilmiş və həmin tarixdə DƏDRX–nin 11 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, banka olan borcunu tam şəkildə ödəməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, buna baxmayaraq, cavabdeh banka olan borcundan 1.288 manat ödəmiş, qalan borcunu isə ödəməmişdir. Ona görə də bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiaçı bank cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 noyabr 2014–cü il tarixli 016R********** saylı kredit razılaşması üzrə 43.565,83 ABŞ dolları əsas kredit borcu, 21.782,49 ABŞ dolları faiz borcu, 40.427,03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 105.775,35 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi 10 manat pulun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsindəki 0.27 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsindəki 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsindəki 0.27 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, habelə ipoteka predmeti olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsindəki 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda 1 ay ərzində Cavabdeh2 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili X4 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013–cü il tarixli 16L000004655 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 19 noyabr 2014–cü il tarixli 016R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq dərəcəsi 1,6667 faiz olmaqla, ödəniş planı üzrə hissə–hissə qaytarmaq şərtilə 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasına təminat məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Eləcə də, kredit müqaviləsinin icrasına təminat məqsədilə xx.xx.2013–cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsindəki 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur. Bundan başqa kredit müqaviləsinin icrasına təminat məqsədilə xx.xx.2014–cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsindəki 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur. Maddi imkanı aşağı olduğu üçün cavabdeh Banka olan borcunu tam ödəyə bilməmişdir. İddianın cərimə borcu hissəsini qəbul etmir. İpoteka predmetinə qoyulmuş qiymətlə bağlı etirazı yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsindən görünür ki, Bank cavabdehə 120 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İşdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı Bank cavabdehə aylıq 1.6667 faiz olmaqla 36 ay müddətinə 80000.00 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi ilk 35 ayı 2985.00 ABŞ dolları, sonuncu ayı isə 2998.35 ABŞ dolları olmaqla banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 016R**********SA saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik və ödəniş cədvəlindən görünür ki, həmin razılaşma ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə ödənişləri xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixə kimi ilk 11 ayı 1500 ABŞ dolları, sonuncu ayı isə 41940.75 ABŞ dolları olmaqla banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 16S000007792 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Cavabdeh1 ilə ipoteka saxlayan İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 16M000000228 saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə ipoteka saxlayan İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 31376 manat qiymətləndirilmişdir. İşdə olan Cavabdeh2 ilə ipoteka saxlayan İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 016M**********01 saylı İpoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə ipoteka saxlayan İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Şəmkir rayonun Muxtariyyat kəndində yerləşən Cavabdeh2 tam mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 40000.00 ABŞ dolları qiymətləndirilmişdir. İşdə olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş notariat qaydasında təsdiqlənmiş ərizələrdən görünür ki, onlar Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-nə ipoteka qoyulmasına razılıq vermişlər, həmçinin ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. İşdə olan Cavabdeh4 tərəfindən verilmiş notariat qaydasında təsdiqlənmiş ərizələrdən görünür ki, o, Cavabdeh2 tam mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-nə ipoteka qoyulmasına razılıq vermiş, həmçinin ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh1 göndərilmiş xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı Bank borcludan kredit xətti müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan Cavabdeh2 göndərilmiş xx.xx.2019-cu il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, iddiaçı Bank borcludan kredit xətti müqaviləsi üzrə borc öhdəliyini icra etməsini tələb etmiş, əks halda qanunla müəyyən edilmiş qaydada ipoteka predmetinə borcun tutulması yönəldiləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddaiçı İddiaçı QSC ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsindən xahiş etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddaiçı İddiaçı QSC ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tələbin yönəldilməsi ilə bağlı bildirişin qeydə alınmasını DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsindən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsinin təminatı kimi Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsinin təminatı kimi Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Müraciətlərin qəbulu və Dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişlərindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-nə 43565.83 ABŞ dolları əsas, 21782.49 ABŞ dolları faiz və 40427.03 ABŞ dolları cərimə borcu yaranmışdır İşdə olan "xxxx" MMC-nin 1271/21/AB saylı, xx.xx.2021-ci il tarixli Ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 53000 manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC-nin 1272/21/AB saylı, xx.xx.2021-ci il tarixli Ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 250000 (iki yüz əlli min) manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC-nin 01/23-524 saylı, xx.xx.2023-cü il tarixli Ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 70000 (yetmiş min) manat təşkil etmişdir. İşdə olan "xxxx" MMC-nin 01/23-525 saylı, xx.xx.2023-cü il tarixli Ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 180000 (bir yüz səksən min) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Cavabdeh1 xx.xx.2014-cü il tarixli 016R********** saylı kredit razılaşması əsasında cavabdehə 36 ay müddətinə aylıq 1.6667 faiz olmaqla olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 80000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 016R**********SA saylı kredit razılaşma və ödəniş planına dəyişikliyə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə ödənişləri xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi ilk 11 ayı 1500 ABŞ dolları, sonuncu ayı isə 41940.75 ABŞ dolları olmaqla banka olan borcunu ödəməyi öhdəsinə götürmüşdü. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Həmçinin, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 16M000000228 saylı ipoteka müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 016M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən Şəmkir rayonun Muxtariyyat kəndində yerləşən Cavabdeh2 tam mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin 1271/21/AB saylı, xx.xx.2021-ci il tarixli Ekspert rəyinə əsasən Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 53000 manat və "xxxx" MMC-nin 1272/21/AB saylı, xx.xx.2021-ci il tarixli Ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 250000 (iki yüz əlli min) manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin 01/23-524 saylı, xx.xx.2023-cü il tarixli Ekspert rəyinə əsasən isə Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 70000 (yetmiş min) manat və "xxxx" MMC-nin 01/23-525 saylı, xx.xx.2023-cü il tarixli Ekspert rəyinə əsasən Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 180000 (bir yüz səksən min) manat müəyyənləşdirilmişdir. İddiaçı Bank tərəfindən xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə İddiaçı QSCnə 43565.83 ABŞ dolları əsas, 21782.49 ABŞ dolları faiz və 40427.03 ABŞ dolları cərimə hesablanmışdır. İddiaçı Bank tərəfindən cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməsi tələb edilmiş, lakin cavabdehlər borcu ödəməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı Bank öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 16L000004655 saylı kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin tam həcmdə icra edilməsi üçün öhdəlik götürmüşdür. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün müqavilə üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC tərəindən 53000 manat və Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC tərəfindən 250000 (iki yüz əlli min) manat, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC 70000 (yetmiş min) manat və Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC tərəfindən 180000 (bir yüz səksən min) manat qiymətləndirilmişdir. Məhkəmə iş materiallarını və ekspert rəylərini əlaqəli şəkildə təhlil edərək, "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyini daha uyğun hesab edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 70000 (yetmiş min) manat və Cavabdeh2 mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 497.9 kv.m yardımçı sahə, 128.7 kv.m yaşayış sahəsi, 626.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 180000 (bir yüz səksən min) manat müəyyənləşdirilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ipotekanın növlərindən bəhs edən 308.1ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə 40427.03 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit razılaşmalarının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə dəbbə pulunun 40427.03 ABŞ dollarından azaldılaraq 4000 ABŞ dolları həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. İddianın hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC–nə ödənilməsi hissəsinə qiymət verildiyindən tələbin yuxarıda qeyd olunan hissəsinə təkrarən qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, tələbin xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə üzrə 43565.83 ABŞ dolları məbləğində kredit borcu, 21782.49 ABŞ dolları məbləğində faiz borcu, 4000 ABŞ dolları dəbbə pulu, cəmi 66348.32 (altmış altı min üç yüz qırx səkkiz dollar otuz iki sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması, əldə olunan vəsait hesabına bankın borcunun ödənilməsi, ipoteka predmetləri satıldıqdan 1 ay sonra Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 və Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evindən Cavabdeh2 və Cavabdeh4 çıxarılması, evlərin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqından ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə 43565.83 ABŞ dolları məbləğində kredit borcu, 21782.49 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 69348.32 (altmış doqquz min üç yüz qırx səkkiz dollar otuz iki sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İpoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evi və Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın. Həmin əmlakların satışından əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli, 016R********** saylı kredit razılaşması üzrə cəmi 69348.32 (altmış doqquz min üç yüz qırx səkkiz dollar otuz iki sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İpoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat, Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 180000 (bir yüz səksən min) manat müəyyənləşdirilsin. Cavabdeh1 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Osman Sarıvəlli küçəsində yerləşən 0.27 ha torpaq sahəsi və üzərində yerləşən 17 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra evi tərk etmədikdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 həmin evdən və Cavabdeh2 məxsus Şəmkir rayonu, Muxtariyyat kəndi, Vilayət Həsənov küçəsində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra evi tərk etmədikdə Cavabdeh2 və Cavabdeh4 həmin evdən çıxarılsınlar və evlər boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar