Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1302/2025 05.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X5 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X7 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ona məxsus olan, iddia ərizəsində qeyd olunan 14170 (on dörd min bir yüz yetmiş) manat dəyərində, 6 adda qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin, 300 manat vəkil xidmət haqqının 17 manat etibarnamə üçün ödəmiş olduğu notariat rüsumunun və 84 manat dövlət rüsumunun, 51 manat mediasiya xərcinin, cəmi 14622 (on dörd min altı yüz iyirmi iki) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 onun qayınanasıdır. İddiaçı X10 ilə 2021-ci ilin noyabr ayının 27-də faktiki ailə qurmuşdur. Nikahı 04 mart 2022-ci ildə İjevski şəhər VVAQ İdarəsində rəsmi qeydə alınıb. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X11 adlı bir uşağı doğulmuşdur. İkinci uşağa hamilədir. Cavabdehin oğlu Cavid Qədirovla öz istəyi ilə ailə qurmuşdur. Toyu olan gün cavabdeh qayınanası X6 yaşadığı evə gəlin köçmüşdür. Toy hədiyyəsi olaraq ona cavabdeh və qohumları qızıl-zinət əşyaları hədiyyə etmişlər. X20 Rusiyada yaşadığı üçün o da Rusiyaya getməli idi. Cavabdeh qayınanası bu səbəbdən ona bildirdi ki, ona toy hədiyyəsi olaraq alınmış qızıl-ziynət əşyaları çox bahalıdır və iddiaçı onları özü ilə Rusiya Federasiyasına aparmamışdır. Qızılzinət əşyalarını cavabdeh saxlayıb. O qızıl- zinət əşyalarını ona vermək istəmirdi. Lakin cavabdeh onu məcbur etdi ki, qızıl-ziynət əşyaları ona saxlamaq üçün vermişdir. Cavabdeh aşağıda qeyd etdiyi qızıl-ziynət əşyalarını geri qaytarmaqdan imtina edir. Buna görə də məcbur olub, hazırkı iddianı qaldırmışdır. Cavabdehdə qalan qızıl-ziynət əşyaları 2200 manat dəyərində 583 ǝyarlı 20 qramlıq bir ədəd Reket formalı qızıl sep; 770 manat dəyərində 583 ǝyarlı 7 qramlıq bir ədəd kitap formalı qızıl klon; 8000 manat dəyərində, böyük tipi qramlıq badam formalı brilyant qaşlı, sırğa-üzük dəsti; 2000 manat dəyərində 583 əyarlı, 5 qramlıq toyda əmisi İlham hədiyyə etdiyi, brilyant qaşlı, gül formalı bir ədəd qızıl üzük; 400 manat dəyərində setka formalı, sadə ağ qaşlı, 4 qramlıq bir ədəd qızıl üzük; 800 manat dəyərində ortada iri Aleksandirit qaşı olan, yumru formali İtalya qızılı, toyda valideyini hədiyyə etdiyi 6 qramlıq bir ədəd qızıl üzük - cəmi: 14170 (on dörd min bir yüz yetmiş) manat dəyərində əmlakdan ibarətdir. Məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, 800 manat dəyərində bir ədəd ortada iri aleksandrit qaşı olan 6 qramlıq qızıl üzüyün və 8000 manat dəyərində badam formalı brilyant qaşlı böyük tip 24 qramlıq sırğa üzük dəsti, bu mümkün olmadıqda onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, toyda ona hədiyyə olunmuş qızıl zinət əşyalarını əri X10 ilə birlikdə Rusiya Federasiyasına gedərkən qaynanası X1 üçün vermişdir. Qızıllarını istədikdə onun anası X12 qaynasından alaraq Rusiya Federasiyasına, yəni ona göndərmişdir. Qızıllardan iri aleksandrit qaşlı üzük və badam formalı sırğa üzük dəsti əri Cavid Qəribov onları pul qarşılığında girov qoymuşdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh X5 nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə qardaşı Cavid Qədirov 2021-ci ildə faktiki evləndikdən sonra birlikdə Rusiya Federasiyasında getmişlər. Getdikləri zaman iddiaçı qızıllarını qaynanısı, cavabdeh Laləzər Əsgərovaya saxlanması üçün vermişdir. Qızıllarını istədikdə isə Rusiya Federasiyasına göndərilmişdir. Cavabdehdə olan qızıl zinət əşyaları qaytarılmışdır. Lakin tələb etdiyi qızıllar Rusiyadan qayıdarkən iddaçının özündə olmuşdur. Ona görə də iddanın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, İddiaçı atasıdır. Qızı İddiaçı ilə Cavid Qədirovun toylarında qızına qızıllar hədiyyə edilmişdir. İddiaçı Rusiyada əri Cavid Qafarovla birgə yaşayırdı. Qızı Rusiyadan qayıdanda onun yanında qalmışdır. Qızına hədiyyə edilmiş qızıllar qayınanası Laləzərdədir. Belə ki, qızı Rusiya Federasiyasına getməmişdən əvvəl qızıllarını qaynanasına vermiş, Rusiyadan qayıtdıqda isə ümumiyyətlə qaynanasının evinə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifasəində bildirdi ki, İddiaçı onun qızıdır. Qızı İddiaçı və Cavid Qədirovun toylarında qızına qızıl zinət əşyları hədiyyə verilmişdir. Qızılları qızı Rusiya Federasiyasına getməmişdən əvvəl qaynanası Laləzar Əsgərovaya vermişdir. Ayşən qızıllarını istədikdə qaynanasında alaraq rusiyaya qızı Ayşənə göndərmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin, şahidlərin ifadələrini dinləyib və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 583 ǝyarlı 20 qramlıq bir ədəd Reket formalı qızıl sep 2200 manat; 583 ǝyarlı 7 qramlıq bir ədəd kitap formalı qızıl klon 780-800 manat; böyük tipi qramlıq badam formalı brilyant qaşlı, sırğa-üzük dəsti 8000 manat; 583 əyarlı, 5 qramlıq brilyant qaşlı, gül formalı bir ədəd qızıl üzük 2000 manat; setka formalı, sadə ağ qaşlı, 4 qramlıq bir ədəd qızıl üzük 400 manat; ortada iri Aleksandirit qaşı olan, yumru formali İtalya qızılı 6 qramlıq bir ədəd qızıl üzük 800 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş, məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3147/2024 nömrəli ekspertin rəyindən görünür ki, mülki iş materiallarında göstərilən 03 adda zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2790,00 manat müəyyən olunur. (1 ədəd Reket formalı qızıl sep 1800 manat, 1 ədəd kitap formalı 583 ǝyarlı 7 qramlıq qızıl klon 630 manata, 1 ədəd setka formalı, sadə ağ qaşlı qızıl üzük 360 manat). 01 ədəd İtaliya ortada iri Aleksandirit qaşı olan, yumru formalı qızıl üzüyün; 01 böyük tipi qramlıq badam formalı brilyant qaşlı, sırğa-üzük dəstin; 01 ədəd 5 qramlıq brilyant qaşlı, gül formalı qızıl üzüyün üzərində olan Aleksandirit və brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü və sair məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-03599 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, İddiaçı və X9 xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilmiş mediasiya sessiyasında iştirak etmiş, İMS-də müzakirə edilən mübahisə predmeti əmlakın qaytarılması tələbinə baxılmışdır. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən X9 olmuşdur. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X10 ilə 2021-ci ildə faktiki evlənmiş və Cavid Qədirovun valideynləri ilə yaşadığı evə gəlin köçmüşdür. Cavabdeh iddiaçıya məxsus qızılları saxlanılması üçün götürmüş, lakin İddiaçı əri ilə Rusiyaya getdikdən sonra iddiaçının tələbi ilə tələb edilən qızılları da Rusiyaya göndərmişdir. İddiaçının tələbinə görə, ona hədiyyə edilən qızıl-zinət əşyaları hazırda cavabdehdədir və o, iddia ərizəsində sayı və dəyəri göstərilən həmin əşyaları özü ilə aparmamışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehdə olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə cavabdehdə olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə, iddianın "300 manat vəkil xidmət haqqının cavabdehdǝn alınması" hissəsini əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 780 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 300 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki iddia tələbi cavabdeh tərəfdən könüllü surətdə qismən təmin edilərək iddia ərizəsində qeyd edilən cavabdehdə qalan qızıl-ziynət əşyaları 2200 manat dəyərində 583 ǝyarlı 20 qramlıq bir ədəd Reket formalı qızıl sep; 770 manat dəyərində 583 ǝyarlı 7 qramlıq bir ədəd kitap formalı qızıl klon; 2000 manat dəyərində 583 əyarlı, 5 qramlıq brilyant qaşlı, gül formalı bir ədəd qızıl üzük; 400 manat dəyərində setka formalı, sadə ağ qaşlı, 4 qramlıq bir ədəd qızıl üzük İddiaçı təqdim edildiyindən 74 manat ödənilmiş dövlət rüsumu və 300 manat vəkil xidmət haqqı cavabdeh X3 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X7 qarşı “əmlak və maddi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh X4 vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul alınıb İddiaçı ödənilsin. Cavabdeh X4 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73 (yetmiş üç) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1302/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1302/2025
05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver