Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1307/2023 02.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2356.11 manat əsas, 178.12 manat faiz borcu olmaqla, cəmi 2534.23 (iki min beş yüz otuz dörd manat iyirmi üç qəpik) manat məbləğində kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 45.19 (qırx beş manat on doqquz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2356.11 manat əsas, 428.42 manat faiz borcu olmaqla, cəmi 2784.53 (iki min yeddi yüz səksən dörd manat əlli üç qəpik) manat məbləğində kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 47.85 (qırx yeddi manat səksən beş qəpik) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış TL- EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 18,9 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. TL- EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində Borc alanın ABB-də açılmış müvafiq cari hesaba köçürülməklə verilir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq ABB tərəfindən Borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Cavabdeh xx.xx.2022-ci il tarixli EE000024264 nömrəli Balansdan kənar Məxaric orderini imzalamaqla 2500 manat məbləğində krediti ödəniş kartı vasitəsilə xx.xx.2022-ci il tarixdə məxaric etmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, cavabdeh bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olmasına baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar Bank tərəfindən cavabdehə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər bu günədək yerinə yetirilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması, cavabdehdən 2356.11 manat əsas, 428.42 manat faiz borcu olmaqla, cəmi 2784.53 (iki min yeddi yüz səksən dörd manat əlli üç qəpik) manat məbləğində kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 47.85 (qırx yeddi manat səksən beş qəpik) manat dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında TL-EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 48 ay müddətinə illik 18,9 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Maliyyə arayışına əsasən, Cavabdeh Banka ödənilməmiş xx.xx.2023-cü il tarixinə 2356.11 manat əsas, 428.42 manat faiz borcu olmaqla, cəmi 2784.53 (iki min yeddi yüz səksən dörd manat əlli üç qəpik) manat borcu qalmışdır. CL-EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Gəncə filialı tərəfindən 48 ay müddətinə illik 18,9 faiz olmaqla 2500 manat məbləğində kredit verilmişdir. TL-EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli tam kart müqaviləsindən görünür ki, Cavabdeh 05 il müddətinə tam kart verilmişdir. EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit məbləğini xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, EE000024264 saylı balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh məxaric orderini imzalamaqla 2500 manat məbləğində krediti ödəniş kartı vasitəsilə məxaric etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdalıqdan görünür ki, HəsCavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli hesab çıxarışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kredit dövriyyəsi 2836.81 manat təşkil edir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə 2356.11 manat əsas, 428.42 manat faiz borcu olmaqla, cəmi 2784.53 (iki min yeddi yüz səksən dörd manat əlli üç qəpik) manat borcu var. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi kredit götürən cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-yə CL-EE000024264 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 2356.11 manat əsas, 428.42 manat faiz borcu olmaqla, cəmi 2784.53 (iki min yeddi yüz səksən dörd manat əlli üç qəpik) manat pul tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 47.85 (qırx yeddi manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,80 (səksən qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2356.11 manat əsas, 428.42 manat faiz borcu olmaqla, cəmi 2784.53 (iki min yeddi yüz səksən dörd manat əlli üç qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 48.65 (qırx səkkiz manat altmış beş qəpik) manat tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1307/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1307/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver