Məhkəmə qərarları › İş №2(076)-1313/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1313/2024

14.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1313/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonunun Keçili kəndinin ərazisində yerləşən ona məxsus 0,8 ha həyətyanı torpaq sahəsində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Şəmkir rayonunun Keçili kəndində yaşayan, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ödədiyi 100 manat Dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həmkəndlisidir. Cavabdeh1, Keçili kəndinin ərazisində yerləşən, ona məxsus 0,8 ha həyətyanı torpaq sahəsinin cənub tərəfdən 0,0393 ha hissəsini zəbt edərək, orada qanunsuz olaraq istilikxana quraşdırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-45/2022 saylı qətnaməsinə əsasən, zəbt edilmiş torpaq sahəsi zəbtdən azad edilmiş, orada quraşdırılmış istilikxana sökülərək, ona məxsus torpaq sahəsi özünə təhvil verilmişdir. O, 0,8 ha həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını Dövlət Qeydiyyatına aldırmaq üçün, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmişdir. Lakin, cavabdehlər Cavabdeh1 və onun qohumu Cavabdeh2 ilə həmin torpaq sahəsində üçüncü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına maneə yaradırlar. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Ölçmə işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən Şəmkir rayonunun Keçili kəndinin ərazisində yerləşən ona məxsus 0,8 ha həyətyanı torpaq sahəsində üçüncü şəxs tərəfindən ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneənin aradan qaldırılmasına və ödədiyi 100 manat Dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı rədd edilməsini xahiş edərək əlavə olaraq bildirdi ki, qeyd edilən torpaq sahəsi hazırda onun istifadəsindədir və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X6 iddianı qəbul etməyərək cavabdeh X2 izaharına uyğun izahat verib iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsinin xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan A-421589 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkəmə komitəsi torpaq sahəsinin planın və ölçüsündən görünür ki, İddiaçı Şəmkir rayon Keçili bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə 800 km.m həyətyanı məqsədi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan xx.xx.2024-ci il tarixli 3-21-3-40/2-Ə-0039-8/24 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinnin tərəfindən yazılmış məktubdan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı təkrar müraciəti (daxilolma: **********, xx.xx.2024-cü il) 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş, A-421589 saylı "Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan 0.08 ha torpaq sahəsinin 0.0407 ha hissəsi şimal qonşunuz istifadə etməklə, üzərində ona məxsus fərdi yaşayış evinin bir hissəsi aşkar edilmişdir. Bundan başqa, həmin sənəd üzrə olan torpaq sahəsinin 0.0393 ha hissəsini isə cənub qonşunuz istifadə etməklə, mübahisəlidir və qeyd olunan mübahisənin məhkəmə qaydasında davam etdiyi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(076)-45/2022 nömrəli Şəmkir rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən A №42158999 saylı, xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı Ələkbərov Elsevǝr Rövşən oğluna verilmiş 800 kv.m torpaq sahəsinin 0.0342 ha-dək hissəsi Cavabdeh1 Əlyar oğlunun, 0.0372 ha-dək hissəsi isə X3 zəbtindən azad edilməsinə, həmçinin həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililər və istilikxana cavabdehlərin vəsaiti hesabına sökülməsinə qət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən A №42158999 saylı, xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı Ələkbərov Elsevǝr Rövşən oğluna verilmiş 800 kv.m torpaq sahəsinə dair dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X4 X1 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkəmə komitəsi torpaq sahəsinin planı və ölçüsü A №421589 saylı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar