Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1319/2025 06.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı “Kredit borcunun qaytarılması və tutulmanın girov predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh X5 qarşı “Kredit borcunun qaytarılması və tutulmanın girov predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək Cavabdeh 5292 (beş min iki yüz doxsan iki) manat 20 qəpik əsas borc, faiz borcu 1265.03 manat, cərimə borcu 3016.60 manat olmaqla cəmi 9573.83 manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 101 (bir yuz qırx bir) manat 44 qəpik məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və tutmanın Cavabdeh məxsus olan 585 əyar çəkisi 12.05 qram olan boyunbağı, 583 əyar 37.75 qram olan boyunbağı, 583 əyar 3.8 qram olan sırğa, 500 əyar çəkisi 10 gram olan komplektə yönəldilərək satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçı *ALFACredit" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana istehlak (Lombard) məqsədilə 5610 (beş min altı yüz on) AZN məbləğində 24 ay müddətində illik 40 faizlə ödəməsi şərti ilə təminatlı borc verilmişdi. Kredit alan isə aldığı borcu kredit ödəniş gününə 343,25 manat qaytarmağı və bu müqavilə üzrə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə kredit müqaviləsinin təminatı olaraq Cavabdeh saxlanc girovu haqqında mügavilə bağlanmışdır. xx.xx.2023--cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akta əsasən Cavabdeh məxsus olan 585 əyar çəkisi 12.05 qram olan boyunbağı, 583 əyar 37.75 qram olan boyunbağı, 583 əyar 3.8 qram olan sırğa, 500 əyar çəkisi 10 qram olan komplekt girov qoyulmuşdu. Kredit müqaviləsinin bağlanmasından ən son ödəniş 13 mart 2024-cü il tarixdə 200 manat ödənilmis, lakin ödənişə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək MMC-yə olan borcunu müqavilə üzrə qeyd olunmuş qaydaya əsasən geri qaytarmamışdır. Beləliklə də, cavabdeh müqavilə öhdəliklərini kobudcasına pozaraq MMC-yə maddi zərər vurmuşdur. Borcun könüllü qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və ən sonda rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdeh MMC-yə olan borcunu yaxın zamanlarda qaytaracağına söz versə sözügedən müqavilənin şərlərini pozaraq, borclu olduğu 5610 (beş min altı yüz on) AZN kredit müqaviləsi üzrə aylıq ödənişlərini günü bu günədək "xxxx" MMC-yə qaytarılmasın təmin etməmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC rəhbərliyi olaraq hüquqlarımızın qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X6 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana istehlak (Lombard) məqsədilə 5610 (beş min altı yüz on) AZN məbləğində 24 ay müddətində illik 40 faizlə ödəməsi şərti ilə təminatlı borc verilmişdi. Kredit alan isə aldığı borcu kredit ödəniş gününə 343,25 manat qaytarmağı və bu müqavilə üzrə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023--cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh məxsus olan 585 əyar çəkisi 12.05 qram olan boyunbağı, 583 əyar 37.75 qram olan boyunbağı, 583 əyar 3.8 qram olan sırğa, 500 əyar çəkisi 10 qram olan komplekt girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixli, ACLMB01-000228 saylı kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 5292.20 manat, faiz borcu üzrə 1265.03 manat, cərimə borcu üzrə 3016.60 manat olmaqla, cəmi 9573.83 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, X6 borcunun olması barədə məlumat verilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3016,60 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ACLMB01- 000228 saylı kredit müqaviləsinə əsasən cavabdehdən əsas məbləğ üzrə 5292.20 (beş min iki yüz doxsan iki manat, iyirmi qəpik) manat, faiz borcu üzrə 1265.03 (min iki yüz altmış beş manat, sıfır üç qəpik) manat, cərimə borcu üzrə 300 (üç yüz) manat olmaqla, cəmi 6857.23 (altı min səkkiz yüz əlli yeddi manat, iyirmi üç qəpik) manat və 101.44 (yüz bir manat, qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Tutma girov predmeti olan cavabdeh X5 məxsus 585 əyar çəkisi 12.05 qram olan boyunbağı, 583 əyar 37.75 qram olan boyunbağı, 583 əyar 3.8 qram olan sırğa, 500 əyar çəkisi 10 qram olan komplektdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc cavabdeh X2 ümumi qaydada tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay üddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1319/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1319/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver