Məhkəmə qərarları › İş №2(076)-1320/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1320/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1320/2023 04.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Ələkbərov Fəhrad Tofiq oğluna və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC cavabdehlər Ələkbərov Fəhrad Tofiq oğluna və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Ələkbərov Fəhrad Tofiq oğlundan 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 337,59 (üç yüz otuz yeddi manat əlli doqquz qəpik) manat, faiz borcuna görə 3,45 (üç manat qırx beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 341,04 (üç yüz qırx bir manat 04 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh - Ələkbərov Fəhrad Tofiq oğlu arasında bağlanmış 13 may 2019-cu il tarixli, SHTO- 6911_RES_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 642,24 (altı yüz qırx iki tam yüzdə iyirmi dörd ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13 May 2019-cu il tarixdə İddiaçı ASC-nin Şəmkir filialı ilə digər cavabdeh(lər) Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 13 May 2019-cu il tarixli, SHTO- 6911_RES_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 13 May 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Ələkbərov Fəhrad Tofiq oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 May 2019-cu il tarixli, SHTO- 6911_RES_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec olmayaraq hər ay 10,98 (on manat 98 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Ələkbərov Fəhrad Tofiq oğlunun 13 May 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 337,59 (üç yüz otuz yeddi manat 59 qəpik) manat, faiz borcuna görə 3,45 (üç manat 45 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 341,04 (üç yüz qırx bir manat 04 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh və Ələkbərov Fəhrad Tofiq oğlundan 13 May 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 337,59 (üç yüz otuz yeddi manat 59 qəpik) manat, faiz borcuna görə 3,45 (üç manat 45 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 341,04 (üç yüz qırx bir manat 04 qəpik) manat manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh - Ələkbərov Fəhrad Tofiq oğlu arasında bağlanmış 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 642,24 (altı yüz qırx iki tam yüzdə iyirmi dörd ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13 May 2019cu il tarixdə İddiaçı ASC-nin Şəmkir filialı ilə digər cavabdeh(lər) Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Ələkbərov Fəhrad Tofiq oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 13 may 2019-cu il tarixli, SHTO- 6911_RES_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 13-dən gec olmayaraq hər ay 10,98 (on manat 98 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Ələkbərov Fəhrad Tofiq oğlunun 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 337,59 (üç yüz otuz yeddi manat 59 qəpik) manat, faiz borcuna görə 3,45 (üç manat 45 qəpik) manat, borcun cəmi məbləği 341,04 (üç yüz qırx bir manat 04 qəpik) manat təşkil edir. İşdə olan 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şəmkir filialı tərəfindən cavabdeh Ələkbərov Fəhrad Tofiq oğluna illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (anmış) ay müddətinə 642,24 (altı yüz qırx iki manat iyirmi dörd qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. İşdə olan 13 may 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə cavabdeh Ələkbərov Fəhrad Tofiq oğlunun öhdəliyinin icrasının təminatı olaraq İddiaçı ASC-nin Şəmkir filialı ilə digər Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmış və kredit götürənlə birgə məsuliyyəti müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 13 May 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 337,59 (üç yüz otuz yeddi manat əlli doqquz qəpik) manat, faiz borcuna görə 3,45 (üç manat qırx beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 341,04 (üç yüz qırx bir manat dörd qəpik) manat manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Ələkbərov Fəhrad Tofiq oğluna borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi və kredit öhdəliyinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borc məbləğlərinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehə (zaminə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissəicra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Ələkbərov Fəhrad Tofiq oğlu və Cavabdeh müştərək qaydada 13 may 2019-cu il tarixli, SHTO-6911_RES_KMP saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 337,59 (üç yüz otuz yeddi manat əlli doqquz qəpik) manat, faiz borcuna üzrə 3,45 (üç manat qırx beş qəpik) manat, cəmi 341,04 (üç yüz qırx bir manat dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdehlər Ələkbərov Fəhrad Tofiq oğlu və Cavabdeh müştərək qaydada əsas borc üzrə 337,59 (üç yüz otuz yeddi manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 3,45 (üç manat qırx beş qəpik) manat olmaqla cəmi 341,04 (üç yüz qırx bir manat dörd qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar