Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1330/2024 06.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh "xxxx" ASC Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli, ev-19 ünvanında qeydiyyatdadır. Həmin ərazi Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan və hazırkı tələbə müstəsna aidiyyət və iddiaçının seçməsinə görə aidiyyət qaydaları tətbiq edilmədiyindən iddiaçı bu tələbi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə) verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduğundan, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1330/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1330/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver