Məhkəmə qərarları › İş №2(076)-136/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-136/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-136/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə müraciət edərək, cavabdehdən 161000 manat əsas borc, 32.200 manat illik gecikdirməyə görə faiz olmaqla, cəmi 193.200 manat pulun və ödənilmiş 483 manat 20 qəpik dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tanışı Cavabdeh ona qarşı dələduzluq əməli törətdiyinə görə barəsində cinayət işi başlanılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı, 27 yanvar 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 46.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 on bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 01 avqust 2019-cu il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübutlar - axtarış, diskə baxış istintaq hərəkəti protokollarına əlavə edilmiş disklər, tədqiqat üçün götürülmüş səs fonoqramı nümunələrinin qeyd edildiyi disklər, zərərçəkmiş şəxslərin ifadələrinə əlavə etdikləri disklərin cinayət işinin materiallarında saxlanılması, hazırkı cinayət işi üzrə verilmiş mülki iddialar zərərçəkmiş şəxs X3 vurulmuş maddi ziyana görə 350.000 (üç yüz əlli min) manat, zərərçəkmiş şəxs X12 vurulmuş maddi ziyana görə 1.000.000 (bir milyon) manat zərərçəkmiş şəxs X4 vurulmuş maddi ziyana görə 21.000 (iyirmi bir min) manat; zərərçəkmiş şəxs X5 vurulmuş ziyana görə 363.700 (üç yüz altmış üç min yeddi yüz) manat, mənəvi ziyana görə 10.000 manat, zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161.000 (yüz altmış bir min) manat, mənəvi ziyana görə 10.000 manat, zərərçəkmiş şəxs X6 vurulmuş maddi ziyana görə 478.283 (dörd yüz yetmiş səkkiz min iki yüz səksən üç) manat, mənəvi ziyana görə 10.000 manat, zərərçəkmiş şəxs X7 vurulmuş maddi ziyana görə 579.500 (beş yüz yetmiş doqquz min beş yüz) manat, zərərçəkmiş şəxs X8 vurulmuş maddi ziyana görə 21.500 (iyirmi bir min beş yüz) manat, zərərçəkmiş şəxs X1 vurulmuş maddi ziyana görə 2.500 (iki min beş yüz) manat pul vəsaitinin təqsirləndirilən şəxs Cavabdeh alınaraq onlara ödənilməsi barədə mülki iddialarının baxılmamış saxlanılması və adları çəkilən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, zərərçəkmiş şəxslər X11, X2 və X9 məhkəməyə təqdim etdikləri ərizələri nəzərə alınaraq, həmin şəxslərin təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki iddialarından imtinaları qəbul edilməsi və qeyd olunan iddialar üzrə mülki mühakimə icraatına xitam verilməsi, iş üzrə mülki iddia qaldırmamış digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, hazırkı iş üzrə üzərinə həbs qoyulmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən həbsdən azad edilməsinin nəzərə alınması, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş "X25 minik" markalı ** VK *** dövlət qeydiyyat nömrəli avtomobilin xx.xx.2019-cu il tarixdə özgəninkiləşdirildiyindən qeyd olunan daşınar əmlakın həbsdən azad edilməsi, iş üzrə məhkəmə məsrəfləri hesab edilən 361 (üç yüz altmış bir) manat 17 qəpik ekspertiza xərci təqsirləndirilən şəxs Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 1(101 )-84/2021 nömrəli hökmündə yaranmış anlaşılmazlığın aradan qaldırılması, hökmün təsviri-əsaslandırıcı hissəsində - 28-ci səhifənin sonuncu abzasından əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin müvafiq tələbinə əsaslanmaqla aşağıdakı şəkildə bəndlərin əlavə edilmişdir. "Məhkəmə kollegiyasının cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxs Cavabdeh təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir." hökmün nəticəvi hissəsində - 34- cü səhifənin 4-cü abzasında "ümumi rejimli" sözləri "ciddi rejimli" sözləri ilə əvəz edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-827/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Cavabdeh müdafiəçisi X13, zərərçəkmiş şəxslər İddiaçı, Vasif Nağıyev, Rəşad İmanlı, Alim Səmədov, Elçin Quliyev. Sərxan Musayev, Arif Qasımov, Mirzəyev İlqar və Mirzəyeva Şura tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair 27 yanvar 2021 -ci il tarixli verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-575/2023 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda qeyd edilən qərarlardan da görünür ki, Cavabdeh cinayət əməlləri nəticəsində iddiaçıya 161.000 manat zərər dəymişdir. Odur ki, iddiaçı hazırda pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsa da, o, cəzaçəkmə müəssisəsində cəz çəkdiyindən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 483.20 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1(101)-84/2021 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 46.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 on bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, İddiaçı mülki iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 161 000 manat maddi ziyanın və 10 000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmiş, lakin onun iddiası baxılmamış saxlanılmış və ona mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-827/2021 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair 27 yanvar 2021-ci il tarixli verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-575/2023 saylə qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh "xxxx" Birgə Müəssisəsi baş direktorunun xx.xx.2017-ci il tarixli 392/k saylı əmri ilə "xxxx" Birgə MÜəssisəsinin Azf-099 kayihəsində texniki ofis mühəndisi vəzifəsinə təyin edilməklə, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həmin vəzifədə işləyərəkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını dələduzluq yolu iləələ keçirmək məqsədi ilə tanışı İddiaçı bilə-bilə yalan məlumat verib, öz qohumunun səhmdarı olduğu "xxxx"(X10) xarici şirkətinin Azərbaycan Resoublikasında fəaliyyət göstərən filialı vasitəsi ilə "xxxx" Birgə Müəssisəsi üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gün sonra 20% gəlir əldə etdiyini, sərmayəyatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra ona 4% gəlir verəcəyini yalandan vəd edib aldadaraq, İddiaçı özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin aprel ayında "xxxx" ASC-nin Gəncə şəhəri, Nizmai rayonu, H.Əliyev prospekti, 273 ünvanında yeerləşən filialının yaxınlığında sonuncudan 106.300 manat pul vəsaitini alaraq 45 gündən sonra qazanc adı ilə İddiaçı həmin məbləğin 4.5 %-i məbləğində yəni, təxminən 4800 mnat pul verib özünə qəti inam yaratdıqdan sonra yaranmış etibarlı münasibətdən istifadə edib, öz cinayətkar niyyətini davam etdirməklə yəni, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməklə, 2018-ci ilin iyun ayının 27-də ünvan 4 ünvanında İddiaçı nağd qaydada 149.300 manat, özünün "xxxx" ASC-də olan 5292********2600 nömrəli plastik kart hesabına İddiaçı tərəfindən tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müxtəlif vaxtlarda köçürülmüş cəmi 32900 manat xx.xx.2019-cu ilin tarixdə isə həmin plastik kart hesabına köçürülmüş 15000 manat olmaqla, ümumilikdə 303.500 manat məbləğində pul vəsaitini vahid niyyətlə İddiaçı alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeydindən istifadə edib etibrdan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin cinayət işi gedən zaman iddiaçı xx.xx.2019-cu il tarixdə mülki iddia ilə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi ziyana görə 303.500 manat və 10 000 manat mənəvi ziyanın əvəzinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Cinayət işi üzrə istintaq davam edən zaman iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli 2(076)-2716/2019 nömrəli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh 142.500 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə 14 oktyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış və həmin tarixdə icraya yönəldilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020ci il tarixində hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ünvan 5 İddiaçı tərəfindən əldə edilmişdir. xx.xx.2020-ci il tarixdə isə iddiaçı iddia tələblərinin həcmini azaldaraq, 161 000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın əvəzinin Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Hökm çıxarılan zaman isə iddiaçının mülki iddiası baxılmamış saxlanılmış, zidiyyətli məqamlar olduğundan iddiaçıya dəymiş ziyan ilə bağlı mülki icraat qaydasında iddia qaldırması izah edilmişdir. Məhkəmə hazırkı mülki işin araşdırması müəyyən edilmişdir ki, qiyabi qətnamə onun əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ünvan 5 ünvanında yerləşən mənzilin alınması üçün 105 000 manat pulu Mətanət Əlizadədən borc alaraq vermiş, cavabdeh pulu vaxtında ödəmədiyindən iddiaçı əlavə 22500 manat pulu Mətanət Əlizadəyə ödəmişdir. Həmçinin iddiaçının qızının kartından Cavabdeha 15 000 manat pul göndərmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya 142.500 (105000+22500+15000=142500) manat ziyan dəymiş və bununla bağlı iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı mübahisənin həlli ilə bağlı bildirir ki, cavabdehin hərəkətləri ilə iddiaçıya 303.500 manat ziyan dəyməsinə baxmayaraq, onun iddia ərizəsi üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli qiyabi qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 142 500 manat pulun tutulması qət edilmiş, bundan sonra isə iddiaçı cinayət işi gedən zaman iddia tələblərini həmin hissədə azaltmış və məhkəmədən 161.000 (303.500-142.500=161000) manat maddi ziyanın əvəzini və 10 000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi hökm və qiyabi qətnamədə iddiaçıya dəymiş ziyanın motivləri fərqli göstərilsə də, hazırkı məhkəmə araşdırması zamanı məhkəmə müəyyən edir ki, iddiaçıya cavabdehin hərəkətləri nəticəsində 303.500 manat ziyan dəymiş və həmin ziyandan 142.500 manat qiyabi qətnamə əsasında iddiaçının xeyrinə tutulmaqla, ona dəymiş ziyanın bir hissəsi kompensasiya edilmiş və iddiaçı ona dəymiş ziyanı 161 000 manat müəyyən edilmişdir. Odur ki, iddia 161 000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün beş faiz hesablanması hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmə iddiaçının iddia ərizəsində gecikdirilmiş vaxt üçün 2018-ci ildən başlanmaqla 4 il üçün tələb etməsini əsaslı saymır. Belə ki, iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə pul ödəmiş və ayrı-ayrı vaxtlarda ödədiyi pullarına cəmi 303.500 manat olmuşdur. 2019-cu ildə qiyabi qətnamə ilə 142.500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edildiyindən, qalan 161 000 manat ziyan üçün də gecikdirilmiş vaxt üçün beş faizin hesablanmağı da həmin qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Odur ki, xx.xx.2019-cu ildən iddia verilən günə kimi, yəni xx.xx.2023-cü ilə kimi gecikdirilmiş müddət üçün 3 il 9 ay 24 gün üçün hesablanmalıdır. Belə olan halda isə müəyyən edilir ki, gecikdirilmiş vaxt üçün beş faiz 1 il üzrə 8050 (161000x5:100=8050), 1 ay üzrə 670.83 manat (8050:12=670.833333), 1 gün üçün isə 22.36 manat (670.83:30=22.3611111) təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbləri həmin hissədə qismən təmin edilməli, 30724.11 (3x8050+9x670.83+24x22.36= 30724.11)manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi də ona münasib olaraq olaraq 481.72 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 161 000 (yüz altmış bir min ) manat və gecikdirilmiş vaxt üçün 30724.11 (otuz min yeddi yüz iyirmi dörd manat on bir qəpik) manat olmaqla, cəmi 191724.11 (yüz doxsan bir manat yeddi yüz iyirmi dörd manat on bir qəpik) məbləğində pul vəsaiti və 481.72 (dörd yüz səksən bir manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar