Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-137/2023 05.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «Samsung» markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 69 manat olmaqla, cəmi 1034.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Canali lora” markalı qazan dəstinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 289.40 manat, ümumilikdə iki müqavilə üzrə 1324.30 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 66 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 25 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 873.30 manat borcu qaytarmamışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1309 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin hər iki müqavilə üzrə miqdarı 1309 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 130.90 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixə "xxxx" MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 758.90 manat əsas, 113.80 manat cərimə, cəmi 872.70 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 114.40 manat əsas, 17.10 manat cərimə, cəmi 131.50 manat, iki müqavilə üzrə olan borcu 873.30 manat əsas, 130.90 manat cərimə, cəmi 1004.20 manat təşkil etmişdir. Odur ki, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 758.90 manat əsas, 113.80 manat cərimə, cəmi 872.70 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 114.40 manat əsas, 17.10 manat cərimə, cəmi 131.50 manat, iki müqavilə üzrə olan borcu 873.30 manat əsas, 130.90 manat cərimə, cəmi 1004.20 manat borcun və ödənilmiş 30.04 manat məbləğində dövlət rüsumunun Mehtiyeva (Mansurova) İlahə Tofiq qızından tutularaq "xxxx" MMCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ərizə göndərilərək, iddianı müdafiə etdiklərini, işə onların iştiakı olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirərək, qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan iddiaçı "xxxx" MMC ilə cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli №010976136 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin «Samsung» A525 markalı mobil telefonu, “Alba” markalı qazan dəsti və “Samsung” A52 markalı telefon cavabdehə verməyi, cavabdeh isə həmin əşyaya görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" MMC-si ilə cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli №011039578 saylı müqavilədən görünür ki, "xxxx" MMC-nin “Canali lora” granit qazan dəsti cavabdehə verməyi, cavabdeh isə həmin əşyaya görə ödəniləcək məbləği müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli №010976136 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər hər ay 69 manat, sonuncu ay isə 68.97 manat olmaqla cəmi 1034.97 manat pulu iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli №011039578 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər hər ay 25 manat, sonuncu ay isə 14.49 manat olmaqla cəmi 289.49 manat pulu iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30.44 (otuz manat qırx dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh Mehtiyeva (Mansurova) X1 A525 markalı telefon, “Alba” markalı qazan dəsti və Samsung Galaxy A52 markalı mobil telefonu "xxxx" MMC-dən almışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızı “Canali lora” granit qazan dəstini "xxxx" MMC-dən almışdır. Müqavilələrə əsasən cavabdeh həmin əşyalara görə ödəniləcək məbləği müqavilələrdə nəzərdə tutulmuş şərtlər daxilində və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə olan ödəniş cədvəli üzrə ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 758.9 manat ödənilməmiş hissə və 113.8 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 114.4 manat ödənilməmiş hissə və 17.1 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən onun iddiaçı "xxxx" MMC-nə borcu yaranmışdır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 758.90 manat ödənilməmiş hissə, 113.80 manat dəbbə pulu, cəmi 872.70 (səkkiz yüz yetmiş iki manat yetmiş qəpik) manat və xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 114.40 manat ödənilməmiş hissə, 17.10 manat dəbbə pulu, cəmi 131.50 (bir yüz otuz bir manat əlli qəpik) manat, ümumilikdə 1004.20 (bir min dörd manat iyirmi qəpik) manat pul Mehtiyeva (Mansurova) İlahə Tofiq qızından tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, 30.04 (otuz manat dörd qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızından xx.xx.2021-ci il tarixli müqavilə üzrə 758.90 (yeddi yüz əlli səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 113.80 (yüz on üç manat səksən qəpik) manat dəbbə pulu, cəmi 872.70 (səkkiz yüz yetmiş iki manat yetmiş qəpik) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 114.40 (yüz on dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 17.10 (on yeddi manat on qəpik) manat dəbbə pulu, cəmi 131.50 (yüz otuz bir manat əlli qəpik) manat, ümumilikdə 1004.20 (bir min dörd manat iyirmi qəpik) manat pul alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Cavabdeh Mehtiyeva (Mansurova) İlahə Tofiq qızından 30.04 (otuz manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-137/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-137/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver