Məhkəmə qərarları › İş №2(076)-139/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-139/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-139/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (anası) Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 6.000 manat pulun və 80 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyətyanı sahəsində 3 sot istixanası vardır. Həmin istixananı salafanlamaq və salafana qədər təmir işləri aparmaq üçün Şəmkir rayonu, Muxtariyyə kəndində yaşayan Cavabdeh ilə iş haqqında razılaşma etmişdir. İstixananı tam hazırlamaq üçün əl muzdu 220 (iki yüz iyirmi) manat, salafan və su şlankları ilə 1.000 (min) manat, ümumilikdə 1.220 (min iki yüz iyirmi) manat pulu ilkdən Əli ustaya vermiş, Əli və adlarını bilmədiyi daha 3 nəfər usta sabahısı gün işə başlamışlar. Günün sonunda o, işə nəzər yetirəndə salafanın tərs üzə vurulduğunu görmüş və iradını bildirmişdir. Tələb etmişdir ki, salafan açılıb düz üzə vurulmalıdır. Belə ki, salafanın tərs və düz üzü istehsalatçı tərəfindən möhür ilə işarəli olur. İstixana qış fəsli işlək olduğundan salafanın düz örtülməsinin əsas şərtlərdən olmasını ustalara bildirmişdir. Onlar isə onun iradını qəbul edərək sabah gəlib səhvlərini düzəldəcəklərini, sabah tezdən gəlib işi təhvil verəcəklərini bildirmişlər. O, sabah ustaya telefon açmış, Əli ona “xala biz Sumqayıta gəlmişik, burada iş götürmüşük, sən toxumunu ək”–demişdir. O da 500 (beş yüz) manatlıq toxum, lazım olan gübrə və dərmanlar alıb əkini əkmişdir. Əkindən sonra küləkli havalarda salafanın düzgün vurulmamış hissəsində yavaş–yavaş cırılmalar olmuşdur. O, cavabdehə tez–tez telefon etdikcə gələcəklərini demişlər. Son bir ayda isə telefonda dalaşıb “gəlmirik, get şikayətini kimə edirsən et”– demişlər. O da 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdə iş üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Beləcə ona 6000 (altı min) manat ziyan dəymişdir. Belə ki, həmin sahədən o, 3.000–5.000 manat gəlir əldə edərdi. Əkinin salafanı cırıldığı üçün soyuq havalarda və küləkli havada yararsız vəziyyətə düşmüş, Əliyə zəng vurub “təzə salofan alıram, gəlin heç olmasa təzədən çəkin”–demişdir. Lakin cavabdeh etiraz edərək gəlməmişdir. Odur ki, cavabdehdən 6.000 manat pulun və 80 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində təmsil etdiyi şəxsə məxsus istilikxana vardır. Keçən ilin yay aylarında həmin istixananı salafanlamaq və digər təmir işləri aparmaq üçün Şəmkir rayonu, Muxtariyyə kəndində yaşayan Cavabdeh ilə iş görmək barədə razılaşmışlar. İstixananı tam hazırlamaq üçün əl muzdu 220 (iki yüz iyirmi) manat, salafan və su şlankları ilə 1.000 (min) manat, ümumilikdə 1.220 (min iki yüz iyirmi) manat pulu cavabdehə vermiş, cavabdeh isə adlarını bilmədiyi daha 3 nəfər usta ilə işə başlamışlar. Günün sonunda o, işə nəzər yetirəndə salafanın tərs üzünə vurulduğunu görmüş və iradını bildirmişdir. Ustalar salafanı tərs vurduqlarını bilmiş, bu səbəbdən dəmirləri vurmamış və sabah gəlib salafanı düzəldəcəklərini, dəmirləri isə vuracaqlarını demişlər. Lakin ustalar gəlməmiş, o da cavabdehə zəng vurub soruşmuşdur. Cavabdeh ona Sumqayıt şəhərində olduğunu, salafanda problem olmadığını və əkin əkməsini demişdir. O da toxum, lazım olan gübrə və dərmanlar alıb əkini əkmişdir. Əkindən sonra küləkli havalarda salafanın düzgün vurulmamış hissəsində yavaş–yavaş cırılmalar olmuşdur. O, cavabdehə tez–tez telefon etdikcə gələcəklərini demişlər. Sonuncu dəfə isə telefonda dalaşıb “gəlmirik, get şikayətini kimə edirsən et”– demişlər. Beləliklə, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, o, ustalara pul vermiş, material almışdır. Eləcə də, istilikxananın salafanı yararsız vəziyyətdə olduğuna görə 4 mövsüm məhsul əkə bilməmiş və əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Yalnız ekspert gəlib əraziyə baxış keçirdikdən sonra əkin əkmişdir. Bütün bunların nəticəsində ona 6.000 manat maddi ziyan dəymişdir. Odur ki, cavabdehdən 6.000 manat pulun və 80 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçıya məxsus istilikxanada iş görmüş, salafanlama işləri aparmışdır. Həmin işlərin aparılması üçün iddiaçı onlara 1.250 manat pul vermiş, həmin məbləğin 220 manatı zəhmət haqqı olmuş, qalan pula isə material alınmışdır. Onlar salafanlama işlərini düzgün aparmış və işi təhvil vermişlər. Lakin iki ay sonra külək salafanı qoparmışdır. Salafanın qopması onların qüsurlu iş görməsindən deyil, külək əsməsindən baş vermişdir. Bu səbəbdən hazırda iddianı qəbul etmir. Hesab edir ki, o, qüsursuz iş gördüyü halda iddiaçının ondan pul tələb etməsi əsassızdır. Həmçinin, qeyd edir ki, iddiaçı istilikxanada məhsul əkmiş və qazanc əldə etmişdir. Yəni o, hər hansı gəlirdən məhrum olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi tam mükiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Şəmkir X3 Mərkəzinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, istixanada əkilən xiyar bitkiləri (F1 sortları üzrə) aqrotexniki qaydalara uyğun olaraq əkilib– becərilərsə, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri aparılarsa, əkilən bitkilərdə becərmə və digər qulluq işləri optimal müddətdə aparılarsa 1 hektar xiyardan 60–70 ton məhsul əldə edilməsi mümkündür. Buna uyğun olaraq 0.03 hektar istilikxanadan 1.8–2.1 ton məhsul əldə edilə bilər. İşdə olan Şəmkir Rayon Statistika İdarəsinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, 2024–cü ilin təsərrüfat ilində istixana şəraitində yetişdirilən 3 sot xiyar əkilmiş sahədən ay üçün deyil, bir mövsüm ərzində 3.800–4.000 kq məhsul əldə etmək mümkündür. Gəlirin hesablanması təsərrüfat rəhbərinin cari ildə məhsul satışından, əldə olunan vəsaitdən və məhsul istehsalına çəkilən xərcdən asılı olaraq dəyişir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindəki selofonlama işləri görülmüş mövcud istilikxana Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda qeydiyyata alınmış, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin sərhədləri daxilində deyildir. Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindəki selofonlama işləri görülmüş mövcud istilikxanada qüsurlu iş görülmüşdür. Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən və İddiaçı məxsus istilikxanada xiyar məhsulu əkilmişdir. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2025–ci il tarixli 3– 16–16/2–10/2092/2025 nömrəli rəyindən görünür ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindəki selofonlama işləri görülmüş mövcud istilikxana Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda qeydiyyata alınmış, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin sərhədləri daxilində deyildir. Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindəki selofonlama işləri görülmüş mövcud istilikxanada qüsurlu iş görülmüşdür. Lakin sualın tam cavabı səlahiyyət xaricindədir. Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən və İddiaçı məxsus istilikxanada xiyar məhsulu əkilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Seriya RX ******* saylı, xx.xx.2017– ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi tam mükiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin, müəyyən edildi ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsində istilikxana quraşdırılmışdır. Cavabdeh tərəfindən həmin istilikxanada selofonlama işləri görülmüş, işlərin aparılması üçün iddiaçı tərəfindən cavabdehə 1.250 manat pul verilmişdir. Həmin məbləğin 220 manatı zəhmət haqqı olmuş, qalan pula isə material alınmışdır. Lakin istilikxanada aparılmış selofonlama işləri qüsurlu olmuşdur. Görülmüş işin qüsurlu olması xx.xx.2025–ci il tarixli 3–16–16/2– 10/2092/2025 nömrəli ekspert rəyi ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı tərəf cavabdehə iş görmək üçün pul verməsini, lakin görülmüş işin qüsurlu olmasını, bununla da cavabdeh tərəfindən ona maddi ziyan vurulmasını iddia etmiş, cavabdeh tərəf isə həmin halı, yəni qüsurlu iş görməyi qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı cavabdehə işlərin görülməsi və zəhmət haqqı olmaqla, cəmi 1.250 manat pul vermişdir. Lakin cavabdeh tərəfindən qüsurlu iş görülmüş, nəticədə iddiaçıya maddi zərər dəymişdir. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 1.250 manat olmuşdur. Cavabdeh özü də məhkəməyə həm yazılı ərizə verməklə, həm də izahatında işlərin görülməsi üçün iddiaçı tərəfindən ümumilikdə 1.250 manat xərc çəkilməsini etiraf etmişdir. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh tərəf salafanlama işlərini düzgün aparmasını və işi təhvil verməsini bildirsə də, əldə edilmiş ekspert rəyi ilə həmin hal təkzib edilmiş və istilikxanada qüsurlu iş görülməsi müəyyən edilmişdir. Görülmüş qüsurli işin nəticəsində isə iddiaçı maddi zərər məruz qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində, yəni istilikxanada görülmüş qüsurlu işin nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 1.250 manat olmuşdur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Bununa belə iddiaçı cavabdeh tərəfindən 6.000 manat məbləğində maddi ziyana məruz qalmasını iddia etsə də, həmin halı təsdiq edəcək mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, xx.xx.2025–ci il tarixli 3–16–16/2–10/2092/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindəki selofonlama işləri görülmüş mövcud istilikxana Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda qeydiyyata alınmış, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin sərhədləri daxilində deyildir. Yəni, həmin istilikxana mülkiyyətdə olan torpaq sahəsində deyil, istifadədə olan torpaq sahəsində yerləşir. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ötən müddət ərzində həmin istilikxanadan 3.000–5.000 manat gəlir əldə edə biləcəyini, lakin qüsurlu iş görüldüyündən heç bir məhsul əkmədiyini, yalnız ekspert əraziyə baxış keçirdikdən sonra əkin əkdiyini qeyd etsə də, xx.xx.2025–ci il tarixli 3–16– 16/2–10/2092/2025 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən və İddiaçı məxsus istilikxanada xiyar məhsulu əkilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı istilikxanada məhsul əkməyə davam etmişdir. Belə olan halda iddiaçının əldə edəcəyi gəlirdən məhrum olması halı istisna edilir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1–ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş ziyana görə 1.250 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Həmçinin, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 40 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi iddiaçıdan, 50 (əlli) manat hissəsi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.250 (bir min iki yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh müştərək qaydada alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar