Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-143/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin oğlunın sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 1620 (bir min altı yüz iyirmi) manat pulun və 37 (otuz yeddi) manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Sumqayıt şəhəri, əşya bazarı ərazisində yerləşən mağaza işlədir. Cavabdeh instagram sosial şəbəkəsindən tanımışdır. 2021-ci ilin aprel ayında Cavabdeh mağazaya yaxınlaşaraq avtomobil ehtiyyat hissələri almış, 2021-ci ilin oktyabr ayında borcu bağlayacağını bildirmişdir. O vaxtdan indiyədək 700 manat və 2023-cü ilin iyun ayında 400 manat ödəmişdir. Ödənməmiş 1620 manat məbləğ qalmışdır. Dəfələrlə Cavabdeh borcunu qaytarmağı tələb etsə də, indiyədək borcunu qaytarmamışdır. Cavabdeh hərəkətinə hüquqi qiymət verilməsi məqsədilə 2023cü ilin iyun ayında Sumqayıt şəhər 4-cü Polis Bölməsinə müraciət etmişdir. 4-cü Polis Bölməsinin təhqiqatçısı Kənan Hacıyev onu və Cavabdeh çağıraraq dindirdi və 29 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında ifadələri öz əksini tapmışdır. Təhqiqat zamanı o hadisəni olduğu kimi danışmışdır, cavabdeh şəxs Cavabdeh də dediklərini təsdiq etdi və ona 1620 manat borcu olduğunu etiraf etdi. Qeyd edilənlərə əsasən Cavabdeh 1620 (bir min altı yüz iyirmi) manat pulun və 37 (otuz yeddi) manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti və ailə səbəblərindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh 2021-ci ildə tap.az sosial şəbəkəsindən tanıdığı şəxsin avto ehtiyat hissələr satışı elanını görməsini, həmin şəxslə həftəlik mal alıb pulunu ödəmək şəklində razılaşmasını, İddiaçıdan 2720 manat məbləğində ehtiyat hissələri almasını, həmin puldan ümumilikdə 1100 manat pul qaytarmasını, qalan pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı ilə cavabdeh arasında həqiqətən də qeyd etdiyi kimi şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilə əsasında cavabdehin iddiaçıya 1620 manat borcunun olmasını sübut etmək iddiaçının, həmin borcun qaytarılmasını isə sübut etmək yükü cavabdehin üzərinə düşür. İddiaçı, ehtiyat hissələrini cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, 2021-ci ilin aprel ayında Cavabdeh iddiaçıya məxsus mağazaya yaxınlaşaraq 2720 manat dəyərində avtomobil ehtiyyat hissələri almış, həmin puldan 700 manat və 400 manat olmaqla ümumilikdə 1100 manat ödəmişdir. Ödənməmiş 1620 manat məbləğ qalmışdır. Hazırda cavabdeh qalan 1620 manat pulun və ya onun bir hissəsinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı 2720 manat məbləğində ehtiyat hissələrini Cavabdeh vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ümumilikdə 1100 manat pulu ödəmiş, lakin 1620 manat borcu qalmışdır. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh pul məbləğini və ya onun bir hissəsini iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən şifahi alqısatqı müqaviləsi əsasında cavabdehə verdiyi ehtiyat hissələrinin pul məbləğini ondan tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1620 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 37 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1620 (bir min altı yüz iyirmi) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-143/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-143/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver