Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1432/2023 15.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iddiaçı kimi mülkiyyətində olan TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə cavabdehin vurduğu ziyana görə cavabdehdən 6000 (altı min) manat alınaraq ona ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə razılaşaraq onun iddiaçı kimi mülkiyyətində olan tolaş markalı Şahin minik modelli sarı rəngli ** CL *** dövlət nömrə nişanlı minik avtomobilini aylıq ödəmə ilə lizinq vasitəsi ilə sonda cavabdehə sadə əlyazma müqavilə ilə razılaşaraq təhlil verdi. Cavabdehin sözügedən nəqliyyat vasitəsini idarə eməsi üçün elektron etibarnamə verdi. Bir müddətdən sonra məlum oldu ki, cavabdeh sözügedən nəqliyyat vasitəsini idarə edərkən hadisə törədib yə həmin hadisənin protokolunu bu iddia ərizəsinə sübut qismində təqdim edir İXP 4785763 xx.xx.2022-ci il tarixli. Cavabadeh ona etibarnamə ilə idarə etməyə verdiyi və lizinq vasitəsi ilə son ödəmədə satmaq niyyəti ilə razılaşdığını sözügedən daşınar əmlaka 6000 (altı min) manat ziyan vuraraq tam minik maşın kimi işlək vəziyyətindən çıxarmışdır. Cavabdeh vurduğu ziyanı ödəməyi söz versədə sonradan əlaqədən itərək sözügedən ziyanın ödənilməsindən yayındı. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan mülki işə baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçının nümayəndəsi ilə avtomobili hissə-hissə ödəməklə 7200 manata satın almağa razılaşmış, ona avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. O, iddiaçının özünü tanımamış və onunla heç bir razılıq əldə etməmişdir. Həmin məbləğdən o ayrı-ayrı vaxtlarda 900 və 300 manat olmaqla cəmi 1200 manat pul ödəniş etmişdir. O avtomobili aldıqdan sonra taksi fəaliyyətilə məşğul olmuşdur. Avtomobili aldıqdan 2 ay sonra o qəza törətmiş və avtomobili aşırmışdır. Daha sonra avtomobili duracaqa qoymuşlar. İddiaçı həmin avtomobili duracaqdan çıxardaraq təmir etdirib və taksi fəaliyyəti göstərməsi üçün başqa şəxsə icarəyə verib. O bir neçə dəfə avtomobili onlardan geri istəsə də onlar avtomobili verməmişlər. İddiaçının göstərdiyi məbləğdə avtomobilinin dəyəri və dəymiş zərər qiyməti ilə razı deyildir. Belə ki, həmin qiymət çox şişirdilmişdir. Odur ki, iş üzrə əmtəəşünaslıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 10:00-da TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olanBA148662 saylı X1 Şəhadətnaməsindən görünür ki, TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır. İşdə olan “Avanqard Avtoservis” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 4010 manat zərər dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı adına 10A53A62E62CB941 seriyalı sertifikat xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aktivləşdirilmişdir. İşdə olan arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev-26, mənzil-21 də qeydiyyatda olmaqla yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan çıxarışdan görünür ki, TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh əl yazmasından görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı TOFAŞ ŞAHİN MİNİK markalı, ** CL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini işlək vəziyyətdə qəbul etmişdir. İlkin ödəniş olaraq 850 manat ödəmişdir. 50 manatda sabahsı günü ödəyəcəyini qeyd etmişdir. Hər ay 300 manat olmaqla 24 aya ödəniş etməsini öhdəsinə götürmüşdür. Ödənişi qutardıqdan sonra maşın onun olacaqdır. Əgər maşını geri qaytararsa heç bir ödənişə iddiası yoxdur. İşdə olan ƏN-V 961137 saylı etibarnamədən görünür ki, İddiaçı TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh 02 il 03 ay müddətinə etibarnamə vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 9/153 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avanqard Avtoservis” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı “Tofaş Şahin” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilmiş hissələrin qiyməti 1480 manat, təmir-bərpa işlərinin qiyməti 2030 manat olmaqla təxminən 3510,0 manat müəyyən edilir. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan 2002-ci il buraxılışlı TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh istifadəsinə vermiş, Cavabdeh qeyd edilən avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, “Avanqard Avtoservis” tərəfindən tərtib edilmiş qüsur aktında TOFAŞ ŞAHİN MİNİK markalı, sarı rəngli ** CL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 4010 manat zərər vurulması göstərilmiş, lakin iş üzrə xx.xx.2023-cü il tarixli, 9/153 saylı məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyində 2002-ci il buraxılışlı “Tofaş Şahin” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilmiş hissələrin qiyməti 1480 manat, təmir-bərpa işlərinin qiyməti 2030 manat olmaqla təxminən 3510,0 manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə xx.xx.2023-cü il tarixli, 9/153 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməli, 2002-ci il buraxılışlı “Tofaş Şahin” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilmiş hissələrin qiyməti 1480 manat, təmir-bərpa işlərinin qiyməti 2030 manat olmaqla 3510,0 manat ziyan vurulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinin məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, iddiaçı 2002-ci il buraxılışlı “Tofaş Şahin” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən 6000 manat ziyan vurulmasına da heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, işə baxılarkən ziyan məbləğinin iddia tələbində göstərilən məbləğdə olmasına dair heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 2002-ci il buraxılışlı “Tofaş Şahin” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə cavabdehdən Cavabdeh 3510 manat (üç min beş yüz on) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri iddia tələbinin təmin edilən hissəsinə münasibətdə tərəflərə aid edilməli, ödənilmiş dövlət rüsumunun 25 manatı iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun 55 manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3510 (üç min beş yüz on) manat maddi ziyan məbləği və məhkəmə xərci olaraq 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdeh 25 (iyirmi beş) manat, İddiaçı 25 (iyirmi beş) manat tutularaq, X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-1432/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1432/2023
15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver