Məhkəmə qərarları › İş №2(076)-1447/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1447/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1447/2023 29.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: "xxxx" MMC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC–nin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı maddi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 6.645 manat maddi ziyanın və 88 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobil "xxxx" MMC tərəfindən 1 günü 70 manat olmaqla, xx.xx.2023– cü il tarixdən xx.xx.2023–cü il tarixədək Cavabdeh icarəyə verilmişdir. Bu barədə tərəflər arasında xx.xx.2023–cü il tarixli icarə müqaviləsi bağlanmış və avtomobili idarə etməsi üçün cavabdehə etibarnamə verilmişdir. Lakin cavabdeh xx.xx.2023–cü il tarixdə “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobillə Şəmkir rayonu istiqamətindən Zəyəm qəsəbə istiqamətində hərəkətdə olarkən qarşısına it çıxmış, cavabdeh iti vurmamaq üçün manevr etmiş, həmin vaxt idarəetməni itirmiş və avtomobil yolun kənarına aşmışdır. Nəticədə avtomobilə 6.645 manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh həmin maddi ziyanı ödəməmişdir. Bu səbəbdən məhkəmədə iddi qaldırılmışdır. Odur ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 6.645 manat məbləğində pulun və 88 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobil "xxxx" MMC tərəfindən 1 günü 70 manat olmaqla, xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək Cavabdeh icarəyə verilmişdir. Bu barədə tərəflər arasında xx.xx.2023– cü il tarixli icarə müqaviləsi bağlanmış və avtomobili idarə etməsi üçün cavabdehə etibarnamə verilmişdir. Lakin cavabdeh xx.xx.2023–cü il tarixdə “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobillə Şəmkir rayonu istiqamətindən Zəyəm qəsəbə istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobil yolun kənarına aşmışdır. Nəticədə avtomobilə 6.645 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra dəfələrlə cavabdehdən dəymiş ziyanı könüllü olaraq qaytarması tələb edilmiş, lakin cavabdeh həmin ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəmədə iddi qaldırılmışdır. Odur ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə vurulmuş ziyanın əvəzi olaraq 6.645 manat məbləğində pulun və 88 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobil "xxxx" MMC tərəfindən 1 günü 70 manat olmaqla, xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək Cavabdeh icarəyə verilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023– cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM–nin 327.1–ci maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Şəmkir RPŞ–nin DYPB–nə göndərilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli ziyan aktından görünür ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə 6.645 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə dəymiş 6.645 manat məbləğində maddi ziyanın ödənilməsi tələb olunmuşdur. İşdə olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2023–cü il tarixli 9/4511 nömrəli rəyindən görünür ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə dəymiş maddi ziyanın məbləği 6.445 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə müəyyən etdi ki, “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobil "xxxx" MMC tərəfindən 1 günü 70 manat olmaqla, xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək Cavabdeh icarəyə verilmiş, bu barədə tərəflər arasında xx.xx.2023–cü il tarixli icarə müqaviləsi bağlanmış və avtomobili idarə etməsi üçün cavabdehə etibarnamə verilmişdir. Lakin cavabdeh xx.xx.2023–cü il tarixdə “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobillə Şəmkir rayonu istiqamətindən Zəyəm qəsəbə istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobil yolun kənarına aşmışdır. Nəticədə avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəf baş vermiş yol–nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı 90–TU–883 nömrəli avtomobilə 6.645 manat maddi ziyan dəyməsini iddia etsə də, işdə olan ekspert rəyi ilə həmin avtomobilə dəymiş maddi ziyanın məbləği 6.445 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə, iddiaçıya məxsus avtomobilə 6.445 manat məbləğində maddi ziyan dəyməsi qənaətinə gəlir və iddianı həmin hissədə əsaslı hesab edir. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 6.445 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 6.445 (altı min dörd yüz qırx beş) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC–yə ödənilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 88 (səksən səkkiz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC–yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar